Haqqımızda

Biz kimik?

Toxum dəyişiklik edən, sosial gələcəyə yol açan, insanlara dəyər qatan layihələrə və sosial sahibkarlıq ideyalarına həyat verən platformadır. Bu həyatı Siz, ideya sahibləri və dəstəkçiləri, verirsiz. Toxumun əsas məqsədi ölkəmizdə kraudfandinq və dəstək mədəniyyətini formalaşdırmaq və həyat tərzinin bir hissəsinə çevirməkdir.

Dəyərlərimiz

Məsuliyyət götürmək - Biz inanırıq ki, cəmiyyətimizdə və ətrafımızdakı müsbət dəyişikliklərdən insanlar məsuldur. Ancaq məsuliyyət götürərək dəyişiklik edə bilərsən.

Birlik - Bütün brendlər, adlar, ideyalar 1-lərin, 3-lərin, 5-lərin, 10-ların dəstəyi ilə həyata gəlib. Biz birlərin gücünə inarırıq, birliyə inanırıq.

Sürətli ol - Sürətli düşünür, sürətli hərəkət edirik. Gec qalmaq üçün heç bir səbəb yoxdur. 

 


ADAŞLAR

Toğrul Vəliyev

Həmtəsisçi

Toğrul idarəetmə və strateji məsələlərə baxır. Onun işi layihəni idarə etmək və şərait yaratmaqdır. Toxum-dan əvvəl AEGEE-Bakı, Trend, BDU kimi yerlərdə çalışıb. İndi isə əsasən iqtisadi məsələlərə fokuslanıb. Hobbiləri: gəzmək, tarixi araşdırmaq və məqalə yazmaq.

Toğrul İsmayılov

Həmtəsisçi

Toğrul Toxumun marketinq və əməliyyatların idarə olunması məsələləri ilə məşğuldur. O, bir AIESEC-lidir və daha əvvəl Rapid Solutions, HR Company və BEGOC kimi şirkətlərdə çalışıb. Yemək bişirməkdən və futbol oynamaqdan zövq alır.

  TOP