event-4

"TOXUM Dəstək" adlı yeni bir layihə ilə qarşınızdayıq!

Tələbələr və gənc komandalar üçün.

"TOXUM Dəstək" müddətində layihə sahibləri və komandalarına öz layihələrini reallaşdırması fürsəti verilir.

"TOXUM Dəstək" kimlər üçün nəzərdə tutulub?

- Layihəsi hazır olan, lakin onu reallaşdırmaq üçün maddi çatışmazlıqları olan komandalar üçün nəzərdə tutulub. Layihənin məqsədi: - Komandalara 3 mövzuda təlimlər keçdikdən sonra onları kraud-fandinq üsulundan istifadə etməklə layihələrini reallaşdırmağa hazırlamaq.

Layihənin proqramı:

- Əvvəlcə, öz layihəsinə inanan komandalar aşağıda qeyd olunmuş linkdən qeydiyyatdan keçməlidirlər.

İlkin seçim mərhələsi göndərilən layihələr arasından olacaq. Seçilmiş 5 komanda isə təlimlərdə iştirak edə biləcək.

Bu təlimlərdə Siz,

1. Layihənizin çatışmayan tərəflərini tapmaq üçün – Layihələrin idarə olunması;

2. Layihənizi rahatlıqla reallaşdırmaq üçün - Kraudfandinq;

3. Dijital marketinq alətlərindən düzgün istifadə üçün isə -SMM mövzuları ilə tanış olacaqsınız.

Qalib komanda (və ya komandalar) təlimlərdə iştirakla yanaşı, 50$ məbləğində yalnız sosyal media hesablarında istifadə üçün nəzərdə tutulan vauçer əldə edəcək.

Şərtlər:

-Komandalar 5 nəfərdən ibarət olmalıdır.

-Layihələr sosial və ya sosial sahibkarlıq xarakterli olmalıdır.

-Qalib komanda (və ya komandalar) öz ideyasını TOXUM.ORG platformasında yerləşdirərək, 30-45 gün müddətində layihənin uğurla maliyyələşdirilməsinə nail olmalıdır.

İştirakçıların layihədə davamlılığını təmin etmək məqsədilə layihə ÖDƏNİŞLİDİR! (formal məbləğ - hər komanda üçün 30 AZN)

Layihədə iştirak etmək üçün buradan qeydiyyatdan keçin: https://forms.gle/RfKikWiC45a7z33N9

Layihənizə həyat verməyin tam vaxtıdır!

Ətraflı məlumat üçün: [email protected]

Details

Başlama:
19 iyul
Son gün:
29 iyul
Məbləğ:
30 AZN

Təşkilatçı

Ad Soyad:
TOXUM.org
Phone:
0000000000
Adres:
Bakı
  TOP