campaign-7 müddətİ bİtİb
  • BİTMƏYİNƏ qaldı:

    müddətİ bİtİb!

  • Hədəf

    600 AZN

  • Toplanılan Məbləğ

    0 AZN

Bilək Tələbə Birliyi

Problem:

Ölkəmiz texnoloji baxımdan dünyadan geri qalır. Bu problemin əsas səbəbləri tələbələrin yetərli mənbə, düzgün istiqamət və network problemlərinin olmasıdır. 

Biz nə istəyirik?

İnformasiya texnologiyalarında təhsil alan müəyyən peşəyə yiyələnmək istəyən tələbələri etibarlı mənbə ilə təmin etmək, istiqamət vermək, aralarında network yaradaraq bir cəmiyyət qurmaq istəyirik.  Daha sonra isə İT-də oxuyan tələbələri digər fakultələrdə oxuyan tələbələrlə şəbəkələşdirib texnoloji inkişafa təkan vermək istəyirik.

Necə edəcəyik?

  1. Sayt hazırlanacaq.   a. Elmi məqalələr - bu tələbələrə sərbəst işləri rahat yazmağa və azərbaycan dilində rahat  araşdırma aparmağa mənbə verəcək.   b. İstiqamət - bu hissədə hardan başlamalı olduğunu bilməyən tələbələrə istiqamət veriləcək.  c. Motivasiya - burada İT sahəsində uğur qazanmış azərbaycanlılar haqqında məqalələr olacaq.  d. Forum - bu hissədə hər kəs sual verə biləcək. 
  2. Müxtəlif eventlər keçiriləcək. Eventlər iki cür olacaq:  a. Seminar tipli eventlər - Dünyada İT sahəsində gedən aktiv mövzuları hədəf alacaq və ölkəmizin insanlarının da bu mövzulardan xəbərdar olmalarına kömək edəcək.    b. Network yaratmaq üçün keçirilən eventlər - Burada tələbələr həyata keçirmək istədikləri layihələri birlikdə hazırlaya biləcəklər. 

 

  Nəticə: 

Nəticədə Azərbaycanda İT sahəsində mütəxəssis olmaq istəyənlərin daha yaxşı, resursları olacaq. İnnovativ insanların sayı artacaq. Ölkəmizdə də texnoloji yeniliklər olacaq.   Qeyd: Bizə İlkin addımı atmaq üçün aşağıda göstərilən qədər məbləğ lazımdır 

 

Saytın hazırlanma müddəti: 45 gün  

Büdcə:  

Hostinq- 175 manat  

Domain- 40 manat   

Marketinq – 400 manat  

 

Cəm – 615  



  TOP