campaign-7 davam edir
  • BİTMƏYİNƏ qaldı:

    8 gün

  • Hədəf

    5000 AZN

  • Toplanılan Məbləğ

    24.3 AZN

"BOOKLAB"

Layihə çərçivəsində insanların xüsusilə gənc nəsillin maarifləndirilməsi və inkişaf etdirilməsi əsas hədəfdir. Texnoloji trendə uyğun olaraq istifadəçi interfeysinin yaradılması, cəmiyyətin daha asan və hər yerdə (nəqliyyatda , idman edərkən, parka gəzintiyə çıxarkən, hər hansı digər işləri görərkən) kitabdan istifadə edəcəklər.

Layihə çərçivəsində həm də fiziki qüsurlu insaların kitab oxuya bilməmək problemin aradan qaldırılacaq. (görmə qabiliyyətini itirmiş və ya məhdud olan insanlara, oxumaq çətinliyinə səbəb olan disleksiya sindromuna malik uşaqlar və böyüklərə, kitabı əldə tutmaq, onu vərəqləmək misal üçün, yaşlı və fiziki məhdudiyyəti olanlara çətin gələ bilər.) Audiokitabı isə hər kəs əziyyətsiz dinləyə biləcək

Bildiymiz kimi ölkəmizdə də müəyyən YouTube kanalları və mobil tətbiqlər şəkilində audiokitablar var. Amma əsas problem keyfiyyət və kitab kateqoriyalarının əhatəsi az olmasıdır. Biz daha çox biznes, fərdi inkişaf, yerli və dünya ədəbiyyatına aid kitablara üstünlük verəcəyik.

Layihənin vəzifələri:

Bu layihə ilə yuxarıda göstərdiyimiz məqsədləri həyata keçirmək üçün aşağıdakı vəzifələr yerinə yetiriləcək:

1. Cəmiyyətin xüsusilə, gənc nəsilin maarifləndirilməsi və inkişaf etdirilməsi;

2. Cəmiyyətin daha asan və hər yerdə (nəqliyyatda , idman edərkən, parka gəzintiyə çıxarkən, hər hansı digər işləri görərkən) kitabdan istifadənin təmin edilməsi;

3. Oxuma çətinliyinə səbəb olan disleksiya sindromlu uşaqlar və böyüklər tərəfindən istifadəinin təmin edilməsi;

4. Görmə qabiliyyətini itirmiş və ya məhdud olan insanlara kitablardan istifadənin təmin edilməsi;

5. Kitabı əldə tutmaq, onu vərəqləmək çətin gələ bilən yaşlı və fiziki məhdudiyyəti olanların istifadəsinin təmin edilməsi;

6. Uşaqlar kitabı valideyinlərilə birgə dinləyə və müzakirəsini təşkil etməklə, nəsillər arasında körpülərin qurulmasına yardımın edilməsi;

Layihənin icra mərhələləri və nəzərdə tutulan fəaliyyətlər:

- Mobil tətbiqin hazırlanması (İOS və Android üçün);

- Kitabların audio versiyasının hazırlanması;

- Audio yazıların korrektə edilməsi;

- Audio yazıların proqrama yüklənməsi.

 

Layihəmizi dəstəkləyərək Siz ölkəmizdə audiokitab sektorunun inkişafına kömək etmiş olacaqsınız!

 

Bizi dəstəkləyin və maraqlı hədiyyələrə sahib olun:

  

1 AZN

-   Bir manat belə bizim üçün böyük əhəmiyyət daşıyır. Bir aylıq üzvlük hədiyyə.

 

10 AZN

-   Altı aylıq aylıq üzvlük hədiyyə.

 

30 AZN

-   Bir illik üzvlük hədiyyə.

 

50 AZN        

-   Bir illik üzvlük hədiyyə.

 -  Xüsusi kitab hədiyyələri.

 

100 AZN

-   İki illik üzvlük hədiyyə.

-  Xüsusi kitab hədiyyələri

 

500 AZN

-  Siz artıq layihənin rəsmi sponsorlarından biri olacaqsınız! Adınız və yaxud şirkətinizin loqosu layihənin saytında, tətbiqində və digər promo materiallarında dərc olunacaq.

-   Limitsiz abunəlik əldə edəcəksiniz.

 

1000 AZN-        

-   Sizi layihənin rəsmi sponsorlarından biri və sizi xüsusi tərəfdaşlığa dəvət edirik! Adınız və yaxud şirkətinizin loqosu layihənin saytında, tətbiqində və digər promo materiallarında dərc olunacaq.

-   Limitsiz abunəlik əldə edəcəksiz.

 

Əməkdaşlıq üçün bizə yazın:

E-mail: [email protected]

  TOP