campaign-7 davam edir
  • BİTMƏYİNƏ qaldı:

    80 gün

  • Hədəf

    1000 AZN

  • Toplanılan Məbləğ

    155.7 AZN

III ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı

Salam!

Biz uşaqlar və böyüklər üçün ANİMAFİLM adlı animasiya festivalı təşkil edirik. Məqsədimiz yerli və xarici tamaşaçıları, peşəkarları sevindirəcək, həmçinin, Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edəcək illik tədbirin yaradılmasıdır.

Biz əsl animasiya sevənlərik, arzumuz budur ki, Azərbaycanda da balalarımız üçün yaxşı animasiya filmləri çəkilsin.

Bu il festival 3-cü dəfə – 14-18 oktyabr 2020-ci il tarixlərində Bakı və Şəki şəhərlərində keçiriləcək. Maraqlı animasiya filmlərinin nümayişi ilə yanaşı, balaca və böyük tamaşaçıları maraqlı tədbirlər gözləyir: peşəkar ustad dərsləri, maraqlı mühazirələr, musiqili axşamlar, xüsusi uşaq proqramları və s.

Festival beynəlxalq status daşayır. Hər il bizə 50-60 ölkədən 500-600 sayda maraqlı animasiya filmləri və ssenarilər göndərilir və beynəlxalq münsiflər heyyəti tərəfindən dəyərləndirilir. Bizim qaliblər Oskar və Ansi kimi nüfuzlu festivalların mükafatlarını da qazanırlar.

Təəssüflə qeyd edək ki, fesivallarımızın ilk gündən maddi çətinliklərlə qarşılaşıb. Buna baxmayaraq, kiçik də olsa çalışqan bir komanda ilə biz böyük işlər görmüşük. Ölkəmizdə animasiya sənətini təbliğ edərək, çoxlu dəyişikliklərə nail olmuşuq. Festival ilə yanaşı, kraudfandinq kampaniyası vasitəsilə “Azərbaycan animasiyası” kitabını nəşr etdik, Azərbaycan animasiyasını xarici ölkələrdə təmsil etdik, klassik Azərbaycan animasiya filmlərinin bərpası ilə məşğul olduq, Azərbaycanın ilk animasiya məktəbi olan ANİMAFİLM Məktəbi-ni yaratdıq və müəyyən qədər ölkənin animasiya icmasının təşkilatlanmasına töhvə verdik.

Toxum.org kraudfandinq platforması vasitəsilə Sizə müraciət etmək istəyirik. ANİMAFİLM Festivalına dəstək verin! Topladığımız məbləğ festivalın promo məhsullarının çapına xərclənəcək. Promo məhsulullara bunlar aiddir: çantalar, fincanlar, qələmlər və s. Lazım olan məbləğdən daha çox miqdar toplanarsa, bu vəsait festivalın inzibati işlərinə xərclənəcək.

Layihəmizi dəstəkləyərək Siz milli animasiyanın inkişafına kömək etmiş olacaqsınız!

Bizi dəstəkləyin və maraqlı hədiyyələrə sahib olun:

1 AZN

-         Bir manat belə bizim üçün böyük əhəmiyyət daşıyır. Festivalın kataloqunda adınız qeyd olunacaq.

10 AZN

-         III ANİMAFİLM festivalının açılış mərasiminə onlayn dəvətnamə əldə edəcəksiniz.

-         Festivalın kataloqunda adınız qeyd olunacaq.

30 AZN

-         Festivalın orijinal fincanını əldə edəcəksiniz.

-         III ANİMAFİLM festivalının açılış mərasiminə onlayn dəvətnamə əldə edəcəksiniz.

-         Festivalın kataloqunda adınızın qeyd olunacaq.

50 AZN

-         Festivalın orijinal çantasını əldə edəcəksiniz.

-         Festivalın orijinal fincanını əldə edəcəksiniz.

-         III ANİMAFİLM festivalının açılış mərasiminə onlayn dəvətnamə əldə edəcəksiniz.

-         Festivalın kataloqunda adınız qeyd olunacaq.

100 AZN

-         Rəngli “Azərbaycan animasiyası” kitabı əldə edəcəksiniz.

500 AZN

-         Siz artıq festivalın rəsmi sponsorlarından biri olacaqsınız! Adınız və yaxud şirkətinizin loqosu festivalın saytında, kataloqunda və digər promo materiallarında dərc olunacaq.

-         Rəngli “Azərbaycan animasiyası” kitabı əldə edəcəksiniz.

-         Festivalın orijinal çantasını əldə edəcəksiniz.

-         Festivalın orijinal fincanını əldə edəcəksiniz.

-         III ANİMAFİLM festivalının açılış mərasiminə onlayn dəvətnamə əldə edəcəksiniz.

-         Festivalın kataloqunda adınız qeyd olunacaq.

1000 AZN

-         Sizi ANİMAFİLM festivalının rəsmi sponsorlarından biri və xüsusi qonağı olacaqsınız! Xarici və yerli qonaqlarla birlikdə Siz festivalın Şəki hissəsinə dəvət olunacaqsınız. Şəki səfərinizin bütün xərcləri qarşılanacaq, Sizə festivalın bağlanış mərasimində və başqa maraqlı tədbrirlərində iştirak etmək imkanı veriləcək. Şəki səfərimiz 17-18.10.2020 tarixlərində baş tutacaq.

-         Adınızı və yaxud şirkətinizin loqosu festivalın saytında, kataloqunda və diqər promo materiallarda dərc olunacaq.

-         Rəngli “Azərbaycan animasiyası” kitabı əldə edəcəksiniz.

-         Festivalın orijinal çantasını əldə edəcəksiniz.

-         Festivalın orijinal fincanını əldə edəcəksiniz.

-         III ANİMAFİLM festivalının açılış mərasiminə onlayn dəvətnamə əldə edəcəksiniz.

-         Festivalın kataloqunda adınız qeyd olunacaq.

Əməkdaşlıq üçün bizə yazın:

E-mail: [email protected]

Bizi Sosial Şəbəkələrdə İzləyin:

Facebook

Instagram 

Youtube

Twitter

Digər videoları izləmək üçün:

I ANİMAFİLM 

II ANİMAFİLM 

Təşəkkür edirik!

Sizin ANİMAFİLM komandası

www.animafilm.az

  TOP