campaign-7 müddətİ bİtİb
  • BİTMƏYİNƏ qaldı:

    müddətİ bİtİb!

  • Hədəf

    300 AZN

  • Toplanılan Məbləğ

    302.4 AZN

QIRQOVULLARI TƏBİƏTƏ QAYTARAQ!

QIRQOVULLAIRI TƏBİƏTƏ QAYTARAQ!

Ölkəmizin Kür çayı boyunca uzanan Tuqay meşələrini təbiət inciləri saymaq olar. Tarixi məlumatlara görə ötən əsrin 20-ci illərinə qədər bu meşələr Kürçayı boyunca Xəzər dənizinə qədər uzanırmış.Sonralar kənd təsərrüfatı və sənayenin inkşafı ilə bağlı bu meşələr sürətlə qırılmış və sahələri kəskin şəkildə azalmışdır.

Kürqırağı tuqay meşələrinin acınacaqlı vəziyyəti həm dövlətimizin,həm də  alimlərin diqqət mərkəzindədir. Son illər Tuqay meşələrinin bərpası ilə bağlı dövlətimiz tərəfindən bir çox mühüm tədbirlər həyata keçirilmişdir.

Kürboyu meşə təsərrüfatlarında indiyə kimi 15.000 hektara qədər süni meşə salınmışdır.  Kürboyu yaşayiş məntəqələrinin qazlaşdırılması da meşə fondlarının bərpasına və qorunub saxlanmasına öz töhvəsini vermişdir.

Bununla belə meşələr bərpa olunsa da,bunu meşələrin faunası barədə demək çox çətindir.Məsələn,Tuqay meşələri var olandan,həmin meşələrin sakini olan Qırqovulların nəsli Ağdaş mesələri istisna olmaqla,digər meşələrdə kəsilib.

Bir vətəndaş olaraq özumə borc bilərək hesab edirəmki,təbiət gözəli Qırqovulların tuqay meşələrinə öz evlərinə qaytarılması üçün,mütləq tədbirlər görməliyik.

Bu məqsədlə aşağıdakıları təklif edirik:

1.Zərdab rayonu ərazisindəki Tuqay meşələrinin mövcud vəziyyətdə Qırqovul quşlarının yaşamaları üçün nə qədər əlverişli olmağı barədə mütəxəssis rəylərinin alınması;

-Ictimai əsaslarla həyata keçiriləcək.

2.Gələcəkdə təbiətə buraxıılacaq quşlarin sayının və yaşayış arealının müəyyən edilməsi;

- Ictimai əsaslarla həyata keçiriləcək.

3.Təbiətə buraxılacaq 5 cüt  Qırqovul quşunun alınması:

-5 cüt x 50 manat = 250 manat.

4. Qırqovul quşlarının  buraxılacağı ərazilərdə qoruyucu-xəbərdaredici lövhələrin hazırlanması və yerləşdirilməsi

-50 manat

5.Layihəni maliyyəşdirəcək donorlarla birlikdə fəaliyyətimizi mətbuat və televiziya kanallarında işıqlandırmaq;

6.Orta məktəblərdə şagirdlər arasında layihəylə bağlı mühazirələr aparmaq.



  TOP