campaign-7 müddətİ bİtİb
  • BİTMƏYİNƏ qaldı:

    müddətİ bİtİb!

  • Hədəf

    2000 AZN

  • Toplanılan Məbləğ

    108 AZN

Sosial Həll

Smart Rout – minlərlə insanın azad hərəkət etmə arzusudur. Cəmiyyətimizdə elə insanlar var ki, müvəqqəti və ya daima əlil arabalarından asılıdırlar. Bu arabalardan istifadə edənlər bilir ki, hər zaman onları hərəkətə gətirmək üçün nə qədər fiziki güc tələb olunur. Siz hələ onların müxtəlif hündürlükdə olan maneələri dəf etmə cəhdlərini bəlkə də görməmisiniz. Bu prosesin mütəmadi olaraq təkrarlanması onları ruh düşkünlüyünə də gətirib çıxarır və çox əfsuslar olsun ki, acı sonluqla nəticələndiyinin də tez-tez şahidi oluruq.

Müasir dünyada bu problemin bir çox həlli yolları var. Onların içərisində avtomatlaşdırılmış arabalar və ya yeni icad olunan smart-robot arabaları mühim yer tutur. Lakin məsələyə real olaraq baxsaq, ehtiyacı olan bir çoxları üçün bu cür arabalardan və ya texnikalardan istifadə əlçatmazdır. Smart Rout məhz bu kateqoriya insanlara kömək məqsədilə hazırlanacaqdır.Adından da göründüyü kimi, Smart Rout ağıllı çevirici mexanizmlərdir və bu texnologiyanın bütün arabalara tətbiqi nəzərdə tutulur.

Quraşdırılması olduqca asan olan bu qurğuların gələcəkdə satış dəyəri hər kəs üçün  əlçatan qiymətə olacaqdır. Bu texnologiyanın  əsas vəzifəsi əlillərə öz arabalarında müxtəlif düz səth üzərində saatda 15 kilometr sürətlə hərəkət etmələrinə və ya müxtəlif dərəcə altında maneələri dəf edə bilmələrinə şərait yaratmaqdır.Bir şəxsin deyil, əlil arabasına ehtiyacı olan minlərlə insanın sərbəst hərəkət etməsinə dəstək olmaq istəyirsinizsə, Siz də bu layihəyə dəstək olaraq yanımızda olun!



  TOP
Layihəyə dəstək ol