campaign-7 müddətİ bİtİb
  • BİTMƏYİNƏ qaldı:

    müddətİ bİtİb!

  • Hədəf

    10000 AZN

  • Toplanılan Məbləğ

    270 AZN

Tor Cafe

Hekayəmiz: Adım İqrardı. Lənkəranda doğulmuşam və 14 yaşıma kimi burada yaşamışam. Sonra daha yaxşı gələcək üçün Bakıya - xalamın yanına köçdüm. Uzun müddət sonra Lənkərana qayıtdım. Çoxdandır burda fərqli bir məkan açmaq arzusundaydım. Düşünürdüm ki, nəsə etmək üçün böyük vəsait lazımdır. Elə oldu ki, sosial biznes modeli ilə tanış oldum. Beləliklə, arzumun reallaşacağına inamım artdı. Büdcəmiz yox idi, amma bu ideyanın start götürməsi üçün lazım olan məbləği özümün və bir neçə dostumun dəstəyi ilə toplaya bildim. Hazırda arzuladığım ideaya üzrərində işləyirəm. Açacağımız məkan tor adlanır. Kafe sosial biznes modeli üzərində qurulub. Yəni komersiya marağı olmadan qazanılan gəlirin 70%-i yaradıcı təşəbbüslərə ayrılır. Qalan 30% isə mərkəzin inkişafı üçün nəzərdə tutulur.

Məqsəd: Yeniyetmə vaxtımda görmədiyim fürsətləri başqalarına qazandırmaq üçün məkanı məhz Lənkaranda açırıq.

Hədəf: Əsas hədəf cənubda gənclər üçün kreativ industiyalar vasitəsilə yeni nəfəslik yaratmaqdır.Hazırda təmir prosesində olan tor sizinlə birgə #yüzadamıngücü adlanan yeni mərhələyə keçir. Yəni tor inana 100 adam 100 manat ianə edərək onun parçasına çevrilir. Həmin 100 adamın adı kafedə bunun üçün ayrılmış müəyyən yerdə qeyd olunacaq.

 Ödəniş 3 formada mümkündür:

- bank hesabına köçürmə,

- buradan (online ödəniş),

- birbaşa layihə sahibi ilə görüşüb vermək.

Bank hesabımız:

2) Bank Respublika Ad - Iqrar Soyad - Qurbanzada IBAN - AZ20BRES00380194401177352702

Sən də kafemizim tarixində iz qoyacaq 100 insandan biri ol!

 

 



  TOP