news-8

Şəxsiyyət vəsiqəmi itirdikdə nə etməliyəm?

Şəxsiyyət vəsiqəmi itirdikdə nə etməliyəm? Şəxs şəxsiyyət vəsiqəsini itirdikdə onu harada, nə vaxt və hansı şəraitdə itirdiyini göstərməklə yaşayış yeri üzrə qeydiyyatda olduğu ərazinin polis orqanına yazılı məlumat verməlidir. Bəs bu zaman nə qədər dövlət rüsumu ödəməliyəm? Şəxsiyyət vəsiqəsi itirildikdə və ya korlandıqda yeni şəxsiyyət vəsiqəsinin verilməsinə görə dövlət rüsumu aşağıdakı formada ödənilməlidir: • 10 gün müddətinə – 15 manat; • 3 iş gününə – 35 manat; • 1 iş gününə – 45 manat. Qeyd: Şəxsiyyət vəsiqəsini itirmiş vətəndaşa yeni şəxsiyyət vəsiqəsi verildikdən sonra itirdiyi şəxsiyyət vəsiqəsini taparsa, onu polis orqanına təhvil verməlidir.


  TOP