news-8

İctimai yerlərdə “Wi-Fi” texnologiyasından istifadə zamanı təhlükəsizlik qaydalarına riayət edin.

İctimai yerlərdə “Wi-Fi” texnologiyasından istifadə etməklə pulsuz olaraq internetə uzaq məsafədən bağlanmaq daha asan və rahat olsa da, bu, eyni zamanda kompüterlərimizdə və ya telefonlarımızda saxlanılan fərdi məlumatlarımız üçün riskli ola bilər.  Buna görə də ictimai yerlərdə “Wi-Fi” şəbəkəsindən istifadə edərkən təhlükəsizliyi təmin etmək üçün aşağıdakı qaydalara əməl etməyiniz tövsiyə olunur: 1.İctimai yerlərdə mühafizə olunmamış “Wi-Fi” şəbəkələri üzərindən bank hesablarınıza və ya həssas fərdi məlumatlarınıza daxil olmayın. 2.Kompüterinizi və ya mobil telefonunuzu ictimai yerlərdə nəzarətsiz qoymayın. 3.İctimai “Wi-Fi” şəbəkəsindən istifadə edərək onlayn alış-veriş etməyin. Çünki onlayn alış-veriş sizdən bank hesab məlumatlarınız kimi həssas fərdi məlumatlarınızın daxil edilməsini tələb edir. 4.Kompüterinizdə və ya mobil telefonunuzda avtomatik qoşulmanı söndürün. Bir çox kompüter və ya mobil telefonun simsiz olaraq avtomatik bir şəbəkədən digərinə qoşulmağa icazə verən qoşulma parametrləri mövcuddur. 5.Bu funksiya rahatlığı təmin etsə də, cihazlarınızın mühafizə olmayan şəbəkələrə qoşulmasına şərait yaradır. Xüsusilə səyahət edərkən və ya tanımadığınız yerlərdə bu funksiyanın sönülü olmasını təmin edin. 6.“Bluetooth” qoşulmasını nəzarətdə saxlayın. İctimai yerlərdə “Bluetooth” funksiyasının aktiv olması, kibertəhlükəsizliyiniz üçün böyük risklər yarada bilər. 7.Bədniyyətli açıq “Bluetooth” siqnallarından istifadə edərək cihazınıza daxil olaraq fərdi məlumatlarınızı oğurlaya bilər. 8.İctimai “Wi-Fi” şəbəkəsindən istifadə edərkən fərdi məlumatlarınızı mühafizə etmək üçün VPN xidmətindən istifadə edin. VPN ictimai “Wi-Fi” şəbəkəsi üzərindən göndərdiyiniz və ya aldığınız bütün məlumatları şifrləyir. Mənbə: www.cert.az - Elektron Təhlükəsizlik Xidməti


  TOP