[email protected] World Language Center (Səid Rüstəmov 17)
Brendləşmənin əsas qaydaları

Brendləşmənin əsas qaydaları

Brendləşmə qısa olaraq desək, bir şirkətə qazandırılan imicdir. Məhsul və ya xidmətin qiymət, qablaşdırma, logo, rənglər və yazı tipi ilə bir bütün olaraq yaradılmasıdır.

Brendləşmənin yaranmasında rol oynayan ünsürlərin hamısı bir-biri ilə əlaqəlidir. Buna görə də, şirkətlər əvvəlcə özlərini yaxşı tanıyıb bu sualı verməlidirlər: “Mən kiməm? Nə iş görürəm?” Bu suala cavab tapdıqdan sonra digər proseslər üçün yol açılır.

Brendləşmə:

  • Şirkət üçün “mən kiməm?” sualının cavabıdır.
  • Bir məhsul və ya xidməti digərlərindən fərqləndiyməyə kömək edir.
  • Məhsul və ya xidmət istifadə edilsə də müştəridə iz qoyan brend olur.
  • Müştəri loyallığının yaranması üçün lazımdır.
  • Bazarda mövqe tapmağa kömək edən əsas ünsürdür.

İnsanlar bir məhsul və ya xidmət alanda əvvəlcə tanınan və daha çox istifadə edilən brendlərin məhsullarına yönəlirlər. Bunun əsas səbəbi tanıdığı brendin müştəridə oyatdığı özəl hissetmə duyğusu və brendin müştəriyə güvən verməsidir. Şirkətlər, brend anlayışını müştərilərinə düzgün şəkildə ötürdükdə uğurlu bir satış strategiyası əldə etmiş olarlar.

Dünyaca məşhur brendlərə nəzər yetirsək onların sadəcə rənglərinə və ya logolarına baxmaq bizə həmin markanı xatırladar. Bu strategiya brendləşmənin düzgün edildiyini göstərir. Nümunə vermək lazım olarsa, Apple sadəcə dişlənmiş alma logosu ilə Macbook-lardan İphone-lara qədər bütün məhsulların müştərilərin gözü önünə gətirə bilər. Coca Cola isə rəngi və logosu ilə buzla dolu stəkana tökülən Coca Cola reklamların müştərilərin gözü önünə gətirə bilər. Brendləşmə, belə şirkətlər üçün olduqca önəmlidir.

Nümunələrdə qeyd edilən brendlərdən daha yüzlərləsin demək olar. Belə brendlərin böyüməsi və uğurlu bir brendə çevrilməsi vaxt alır. Bunun üçün də brendləşmə prosesində diqqət edilməsi lazım olan nüanslar vardır. Onlar aşağıda qeyd edilmişdir:

  • Brendin  mövqeləndirilməsi
  • Hədəf kütlə seçimi
  • Hədəf kütlənin brenddən gözləntiləri
  • Brendin hekayəsi
  • Brendin üzü
  • Brendin hədəfləri və məqsədləri
  • Brendin misyon və vizyonu
  • Brendin xüsusi özəllikləri
  • Rəqiblərindən fərqli olan diqqət çəkən dəyərləri

 

Brendin faydaları

Brendin birçox faydaları vardır. Bunları bəzi kateqoriyalara ayırıb yazmaq daha yaxşı olacaq. Brendin müştərilər üçün faydaları, şirkət üçün faydaları, ölkə üçün faydaları və.s.

Brendin müştərilər üçün faydaları

Brend müştərilərin məhsulu tanımasına kömək edər. Müştərilər artıq məhsul haqqında daha bilgili olurlar və yanlış qərarlar vermirlər. Bu da müştərilərin alış-veriş etməsini asanlaşdırır və sürətləndirir. Brendlər müştərilərə sadəcə fiziki faydalar vermir, həmçinin mənəvi və şəxsi faydalar da verir. Müştərilərin brend üçün necə önəmli olduğun göstərir, onlara güvən aşılayır. Müştərilər özlərini ailə ortamında hiss edirlər. Belə olan halda da müştəri üçün risklər azalır, çünki öz sevimli brendinə güvənir ve sevir.

Brendin şirkət üçün faydaları

Brendin şirkətə verdiyi ən böyük fayda məhsullarını digər şirkətlərin məhsullarından fərqləndirməsidir. Bazarda bu marka məhsulları haqqında artıq dəqiq məlumatlar olduğu üçün satıcılar bu brendin məhsulların müştərlərə fərqli qiymətdən sata bilmirlər. Müştəri loyallığını və müştərilərin güvənin artırdığı üçün bu şirkətə müsbət təsir edir. Şirkətin bazarda mövqeyi güclənir. Bazarda mövqeyi güclənən şirkətin finansal gücü də artır.

Brendin ölkə üçün faydaları

Güclü və məşhur brendlər ölkə imicinin yaxşılaşmasına kömək edər. Ölkənin global bazarlara girməsinin qarşısı açılmış olar və beləcə ölkə iqtisadi üstünlüklər əldə etmiş olar. Həmçinin güclü brendlər ölkədə məşğulluğu və milli gəliri artırar.

Bağış et

Dəstək Olmaq İstəyirsiniz?

dəstək ol

İdeyanıza bizimlə həyat verin!