[email protected] World Language Center (Səid Rüstəmov 17)
Dövrün Ən Yaxşı 10 Filmi

Dövrün Ən Yaxşı 10 Filmi

1. Əsarətin Bədəli (1994)

 

İMDB: 9.3

 

Esarətin Bədəli 1994 - IMDB (Internet Movie Database) istifadəçilərinin ən çox bəyəndiyi filmlər siyahısında ilk yerdədir. Film Andy və Red adlı iki məhbusun dəmir barmaqlıqlar arxasında qurduqları dünyanın hekayəsindən bəhs edir. Andy Dufresne gənc və uğurlu bankirdir. Arvadını və sevgilisini öldürməkdə təqsirli bilinir və ömürlük həbs cəzasına məhkum edilir. Shawsank Həbsxanasında döyülmə, işgəncə, zorlama kimi hər cür vəziyyət yaşansa da, Andy hələ də həyata sadiq və nikbindir. Bu münasibət ətrafdakılara da təsir edir. Film 1995-ci ildə ən yaxşı film nominasiyası da daxil olmaqla 7 Oskar mükafatına namizəd olub.

 

 

 

2. The Godfather (1972)

 

İMDB: 9.2

 

The Godfather (Xaç atası) - Film Nyu Yorkda yaşayan güclü italyan mafiya ailəsinin hekayəsindən bəhs edir. Film nümayiş olunduğu andan böyük marağa səbəb olmuş və bir çox qurum, institut və jurnallar tərəfindən indiyə qədər çəkilmiş ən yaxşı filmlər siyahısında ilk sıralarda yer almışdır. İstifadəçi reytinqinə görə IMDB-də ən yaxşı 250 film siyahısında 2-ci yerdədir. Çox uzun müddət 1-ci yerdə qalan film 2008-ci ilin iyulunda birinciliyi Shawshank Redemption-a uduzdu. Film həmçinin ən yaxşı film, ən yaxşı aktyor (Marlon Brando) və ən yaxşı uyğunlaşdırılmış ssenari (Francis Ford Coppola, Mario Puzo) nominasiyalarında Oskar qazanıb.

 

 

3. Pulp Fiction (1994)

 

İMDB: 8.9

 

Pulp Fiction (Ucuz Roman) - 1993-cü ildə çəkilmiş filmdir. Film bir çox mükafatlar qazanmışdır. Ümumilikdə 7 Oskar mükafatına namizəd olan Pulp Fiction komediya və kriminal filmlərin ən yaxşıları sırasındadır.

 

4. Schindler's List (1993)

 

İMDB: 9.0

 

Schindler's list - Schindlerin siyahısı Oskar Schindler adlı alman iş adamının İkinci Dünya Müharibəsi zamanı Polşada qurduğu fabrikdə yəhudi fəhlələri işə götürməsi və bununla da 1100 yəhudinin həyatını xilas etməsi haqqındadır. Real həyat hekayəsinə əsaslanan film məşhur rejissor Stiven Spilberqin ən mühüm əsərlərindən biridir. Film 1994-cü ildə Oskar mükafatına namizəd olub və 7 mükafat qazanıb.

 

5. One Flew Over the Cuckoo's Nest (1975)

 

İMDB: 8.7

 

Ququ quşu (One Flew Over the Cuckoo's Nest) - 1975-ci ildə çəkilmiş Amerikan dramatik filmidir.

Film özünü ruhi xəstə kimi göstərərək ruhi xəstəxanaya köçürülən bir məhkumun (Jack Nicholson) hekatəsindən bəhs edir. Bu müddət ərzində məhbus həm qaçmağı planlaşdırır, həm də xəstəxanadakı digər xəstələrlə dialoq qurur. Baş tibb bacısı Mildred onun terapiyada sərbəst davranışı və azadlığı sevdiyi üçün digər xəstələr üçün pis nümunə olduğunu düşünür.

 

6. İnception (2010)

 

İMDB: 8.8

 

Başlanğıc (İnception) – Kristofer Nolan tərəfindən yazılmış fantastik janrda filmdir.

Dom Cobb (Leonardo DiCaprio) çox bacarıqlı oğrudur. Onun işi, zehnin ən həssas olduğu yuxu zamanı şüuraltının dərinliklərindən qiymətli sirləri çıxarmaq və oğurlamaqdır. Cobbun nadir çevikliyi onu korporativ casusluğun təhlükəli yeni dünyasında axtarılan oyunçuya çevirdi. Bununla belə, bu, həm də onu beynəlxalq qaçaq etdi və ona sevdiyi hər şey bahasına başa gəldi.

Cobb-a vəziyyətdən çıxmaq imkanı verilir. Ona həyatını qaytara biləcək son iş: “başlanğıc”ı tamamlamaq. Soyğunçuluq əvəzinə, Cobb və onun peşəkarlar komandası bu dəfə hər şeyin əksini etməlidir. Onların vəzifəsi ideyanı oğurlamaq deyil, onu əkməkdir. Əgər uğur qazansalar, bu, mükəmməl cinayət olacaq.

 

7. Fight Club (1999)

 

İMDB: 8.8

 

Döyüş Klubu (Fight Club) - 1999-cu ildə çəkilmiş filmin rejissoru David Fincher dir və baş rollarda Bred Pitt, Edvard Norton və Helena Bonham Carter idi.

Döyüş Klubunun birinci qaydası: Heç vaxt Döyüş Klubu haqqında danışma... Döyüş Klubunun ikinci qaydası: Heç vaxt döyüş klubu haqqında danışma... Cek həyatın adi işlərinə qapılan sığorta işçisidir. O, uzun müddətdir ki, “yuxusuzluq”dan əziyyət çəkir. O, öz psixoloji problemlərindən xilas olmaq üçün qrup terapiyalarında iştirak edir. Terapiya zamanı Marla adlı qızla tanış olur. Bir müddət sonra həyatını dəyişəcək Tyler Durden ilə... Durden Cek'in əldə etmək istədiyi bütün hədəflərə çatmış bir adamdır və Ceki haqqında heç vaxt danışılmaması lazım olan 'Döyüş Klubu' ilə tanış edəcək.

 

8. The silence of the lambs (1991)

 

İMDB: 8.6

 

Quzuların sükutu (The silence of the lambs) - Quzuların Sükutu 1992-ci ildə 7 Oskar mükafatına namizəd olmuş, eyni zamanda ən yaxşı film və ən yaxşı ssenari mükafatını da qazanmışdır. Akademiyanın gənc məzunu FTB agenti Clarice Starling bir qadını azğın qatilin caynağından xilas etməyə çalışır. Clarice qatili tapmaq üçün başqa bir psixopat, məşhur həkim Hannibal Lecter ilə yaxınlaşır. Lecter`dən məlumat almaq üçün ilk növbədə onun etibarını qazanmalıdır.

 

9. Forest Gump (1994)

 

İMDB: 8.8

 

Forest Gump - Forrest Gump, aşağı IQ sahibi bir gəncdir. Jenny ilə rastlaşır ona aşiq olur. Gump təsadüfən Elvis Presli, Kennedi, Nikson da daxil olmaqla tarixi şəxsiyyətlərlə qarşılaşır və hadisələr 50-ci illərdən 70-ci illərin sonuna qədər bir müddət ərzində inkişaf edir. Təsadüfən, Gump Vyetnam Müharibəsi və Amerikanın yaxın tarixindəki mühüm hadisələrin şahidi olur və hətta iştirak edir. Halbuki, etdiklərinin mühüm nəticələrindən xəbərsizdir.

 

10. Leon: The Professional (1994)

 

İMDB: 8.5

 

Sevginin gücü (Leon) - Mathilda ailəsi dağılan Nyu Yorkda yaşayan 12 yaşlı kiçik qızdır. Ailəsini sevməyən Mathilda üçün ən dəyərli varlığı kiçik qardaşıdır. Atası narkotik alveri ilə məşğul olduqda, mafiya ailənin bütün üzvlərini öldürür. Həmin vaxt alış-veriş edən Mathilda hadisədən çətinliklə xilas olub Leonun mənzilində gizlənir. Leon çox soyuqqanlı bir qatildir. Bununla belə, o, Mathildaya səmimi sevgi bəsləyir və onu qanadları altına alır. Əslində atalıq, dostluq kimi anlayışlar ona çox yaddır.

 

Bağış et

Dəstək Olmaq İstəyirsiniz?

dəstək ol

İdeyanıza bizimlə həyat verin!