[email protected] World Language Center (Səid Rüstəmov 17)
Kraudfandinq (Crowdfunding) Haqqında Bilməli Olduğunuz Hərşey

Kraudfandinq (Crowdfunding) Haqqında Bilməli Olduğunuz Hərşey

Kraudfandinq (Crowdfunding) Nədir?

Şübhəsiz yeni bir məhsul/xidmət və ya layihə başladarkən, onu həyata keçirmək üçün böyük məbləğdə pul vəsaitinə ehtiyac olur. Bunun üçün ya əlimizdə həmin məbləğ olmalıdır, ya özümüzə investor tapmalıyıq, ya kredit götürməli oluruq, ya da başqa bir yolla o məbləği tapmalı oluruq. Lakin kraudfandinqdə belə şeylərə ehtiyac yoxdur. Siz kraudfandinqlə layihə başladaraq kütlədən dəstək istəyə bilərsiniz. Layihəniz uğurlu və kütlənin diqqətin çəkərsə sizə heç düşünmədən ianə dəstək olarlar.

Qısaca yekunlaşdırsaq, kraudfandinq sosial biznes, layihə və fərdlərə lazım olan kapitalı toplamaq üçün çoxlu kiçik dəstəyi bir araya gətirən maliyyələşmə formasıdır. Hər hansı bir layihənin həyata keçirilməyi üçün kiçik də olsa bir maddi vəsait vermisinizsə, kraudfandinqi dəstəkləmiş olursunuz. Bu ianə toplama metodu son illərdə həqiqətən uğurlu oldu. QYResearch, 2026 ilinə qədər qlobal olaraq kraudfadinq üsulu ilə 23 milyard dollar vəsait yığılacağını deyir.

 

 

Kraudfandinqin Faydaları

- Heç pul vermədən maddi dəstək tapmanın sürətli br formasıdır.

- Onlayn platformaların köməyi ilə layihənizi və ya markanızı kütləyə tanıtmağın asan bir yoludur.

- Fikirlərinizi paylaşaraq onu necə daha irəli səviyyəyə qaldıra biləcəyiniz haqqında ixtisaslaşmış şəxslərdən pulsuz geri dönüşlər ala bilərsiniz.

- Kütlənin layihənizə və ya fikrinizə necə reaksiya verəcəyini əvvəlcədən öyrənmə şansınız olacaq.

- Dəyərli investorlar tapa bilərsiniz.

- Hədəf məbləğ sürətli şəkildə toplana bilər və layihəniz viral olar.

 

 

Kraudfandinq üsulu ilə necə pul toplamaq olar?

 

1. Məbləği düzgün seçməlisiniz

Əvvəlcə layihəniz üçün nə qədər vəsaitə ehtiyacınız olduğunu müəyyənləşdirin. Əgər layihəniz hər hansı bir məhsul və ya xidmətdirsə, bazar araşdırması edərək asanlıqla minimum nə qədər vəsaitə ehtiyacınız olduğunu tapa bilərsiniz. Amma əslində sizə lazım olan minimum məbləği toplamağa ehtiyac yoxdur. Artıra bildiyiniz qədər məbləği artırmağı düşünməlisiniz. Lakin son məbləği müəyyənləşdirərkən çox diqqətli olmalısınız. Qeyri-real məbləğlər istəsəniz heçkim sizə dəstək olmaq  istəməz.

 

2. Platformanızı seçin

Xaricdə bu məqsədlə fəaliyyət göstərən bir çox kraudfandinq platforması var. İnsanlar öz layihələrinə uyğun olan platformanı seçərək layihələrin yerləşdirirlər. Məsələn, sizin YouTube videoları çəkmək üçün vəsaitə ehtiyacınız varsa, Patreon-da layihənizi yerləşdirməyiniz daha uğurlu olar. Çünki Patreon sırf yaradıcı insanların vəsait tapmaları üçün fəaliyyət göstərir. Siz YouTube videosu çəkmək ideyanızı GoFundMe-də yerləşdirsəniz uğurlu olmayacaq. Çünki GoFundMe xeyriyyə məqsədi ilə fəaliyyət göstərir. Yəni düzgün platformanı seçmək çox önəmlidir.

Ölkəmizə baxdıqda bu məqsədlə fəaliyyət göstərən platformalar çox azdır. Hətta yoxdur desək yeridir. Lakin istisnalar təbii ki, var. Məsələn, Toxum.org. Toxum.org Azərbaycanda yaradılan ilk kraudfandinq platformasıdır. Və artıq 5 ildir fəaliyyət göstərir. Əgər sizin hər hansı sosial layihəniz olarsa Toxum.org-da yerləşdirə bilərsiniz.

 

3. Mükafatarınızı müəyyənləşdirin

İnsanların layihənizə dəstək olmasını istəyirsinizsə, mükafat sistemindən istifadə etməlisiniz. Çünki kimsə sizin layihənizə qarşılıqsız yardım etmək istəməz (layihəniz çox maraqlı deyilsə). İnsanlar etdikləri yardımın qarşılığını mütləq istəyərlər. Həm sizin dəstək olanlara mükafat verməyiniz maraq oyadar və daha çox dəstəkçi qazanmış olarsınız. Mükafat deyəndə gözünüz qorxmasın. Böyük birşeyə ehtiyac yoxdur. Uyğun qiymətə kiçik bir hədiyyə də ola bilər, sadəcə dəstəkçiyə şəxsi təşəkkür maili yazmaq da.

 

4. Hədəf kütlənizi yaradın

Layihənizə kimlərin dəstək ola biləcəyini müəyyənləşdirib bir cədvəl hazırlayın. Bunlar sosial media izlıyiciləriniz, dostlarınız, ailəniz, şirkətiniz varsa şirkətinizin müştəriləri və.s ola bilər. Sosial media hesablarınızda layihənizlə bağlı paylaşımlar edib izləyicilərinizin diqqətin çəkin. Həmçinin onlara e-mail də yazmağınız layihənizə dəstək olmaları şansını artırar. 

 

5. Layihəniz üçün content hazırlayın

Kraudfandinq layihələrinin səhifələri həddən artıq vizuallığa önəm verir. Bu səbəblə sizin də layihənizin səhifəsi keyfiyyətli şəkil və videolarla zəngin olmalıdır. Ayrıca layihənizlə bağlı video çəkərkən və ya yazı yazarkən hekayə tərzində insanları cəlb edəcək şəkildə hazırlayın.Hərşeyin açıq və aydın olduğuna diqqət edin. İnsanlar sizə və layihənizə güvənsələr dəstək olacaqlar.

Bağış et

Dəstək Olmaq İstəyirsiniz?

dəstək ol

İdeyanıza bizimlə həyat verin!