[email protected] World Language Center (Səid Rüstəmov 17)
Kraudfandinq kampaniyası başlatmazdan əvvəl bilməli olduqlarınız

Kraudfandinq kampaniyası başlatmazdan əvvəl bilməli olduqlarınız

Son illərdə yeni layihələrin, fikirlərin sayı artmaqdadır. Bir çoxu layihələrini və ya fikirlərini öz vəsaitləri hesabına və ya banklardan kredit əldə edərək həyata keçirməyə çalışır. Bunlarla birlikdə dünyada getdikcə populyarlaşan bir metod daha var: Kraudfandinq. 

Kraudfandinq, insanlara öz layihələri üçün pul vəsaitini kütlə vasitəsilə toplamağa şərait yaradır. Siz layihəniz üçün lazım olan məbləği tanışlarınızdan, həmçinin tanımadığınız insanlardan toplaya bilərsiniz. Lakin sadəcə kraudfandinq layihəsi başladaraq istədiyiniz məbləği toplaya bilməzsiniz. Bunun üçün kampaniyanızı aktiv şəkildə aparmalısınız. Bu yazımızda kruadfandinq kampaniyası başlatmazdan əvvəl bilməli olduğunuz vacib məqamlara toxunacayıq.

 

 

İlk bilməli olduğunuz şey kraudfandinqin fərqli növləri vardır. Siz bir kraudfandinq kampaniyası başlatmazdan əvvəl kraudfandinqin hansı növündən istifadə edəcəyinizi müəyyənləşdirməlisiniz. 

Kraudfandinqin 4 növü var:

1. Mükafat əsaslı kraudfandinq - Bu növ, kampaniyaya dəstək olan dəstəkçilərin mükafatla təmin edilməsinə əsaslanır. Bu mükafatlar: kampaniyanın ilk məhsulları, sertifikatlar, təşəkkür məktubları və.s əhatə edir.

2. İanə əsaslı kraudfadinq - İanə əsaslı kraudfandinq daha çox sosyal kampaniyalarda və ya xeyriyyə məqsədli layihələrdə istifadə edilir. Kraudfandinqin bu növündə ianəçilər qarşılığında heç bir mənfəət gözləmədən sosial və ya müəyyən yardım layihəsinə pul bağışlaya bilər. Ən tanınmış ianə məqsədli kraudfandinq şirkətlərindən biri GoFundMe-dir.

3. Səhm əsaslı kraudfandinq - Bu növ vasitəsilə layihə sahibləri müəyyən səhm qarşılığında layihələri üçün pul toplayırlar. Səhm əsaslı kraudfandinq, ödədiyiniz məbləğ qarşılığında yaradılan biznes və ya layihədən pay almağı nəzərdə tutur. 

4. Borc əsaslı kruadfandinq - Peer-to-peer lending kimi də bilinir, ehtiyac duyulan məbləği toplamağın sürətli və asan bir yoludur. Borca əsaslanan kraudfandinq növündə məbləğin borc olaraq toplanması nəzərdə tutulur.

 

Hansı kraudfandinq növündən istifadə edəcəyinizi müəyyənləşdirdikdən sonra növbə hədəfinizi müəyyənləşdirməkdir. Əvvəlcə nə edəcəyinizi və necə pul toplayacağınızı araşdırmalısınız. İdeyanızı həyata keçirmək üçün nə qədər vəsaitin lazım olduğunu yalnız araşdırma nəticəsində əldə edə bilərsiniz.

 

 

Növbəti bilməli olduğunuz məqam düzgün kraudfandinq platformasının seçimidir. Sizin layihənizin aid olduğu kategoriyaya əsasən platforma seçməlisiniz. Məsələn, siz xeyriyyə məqsədli bir kampaniya başladıb Kickstarter-də paylaşırsınız. Bu zaman uğurlu olma ehtimalınız azalır. Çünki Kickstarter daha çox startaplar və ya bizneslər üçün nəzərdə tutulub. Siz öz xeyriyyə layihənizi GoFundMe-də yerləşdirsəniz daha uğurlu olar, çünki həmin platformada daha çox belə layihələr yer alır. 

Azərbaycanda da Toxum.org platforması sosial və sosial sahibkarlıq layihələri üçün nəzərdə tutulub. Siz öz sosial layihənizi bizim platformamıza yerləşdirsəniz uğurlu ola bilərsiniz. 

 

Bir sonrakı addım kampaniyanız üçün düzgün marketinq strategiyası aparmaqdır. İnsanlara belə bir layihənizin olduğunu və pul vəsaiti axtarışında olduğunuzu çatdırmalısınız. Bunun üçün də kampaniyanızın ilk günündən sosial media platformalarını aktiv istifadə edin. Paylaşacağınız şəkillər, videolar, məlumatlar, canlı yayınlar sizə ianə edəbiləcək insanları tapmağınıza yardımcı olacaqdır. 

 

Son olaraq başladacağınız kraudfandinq kampaniyasına sadəcə pul vəsaiti toplamaq olaraq baxmamalısınız. İlk olaraq layihəniz üçün pul toplamaq nə qədər vacibdirsə, daha sonra bu layihənin həyata keçməsi və lazımi müştərilərə çatması da o qədər önəmlidir. Kraudfandinq kampaniyanız müddətində siz həmçinin potensial müştərilərinizi də əldə edə bilərsiniz.


 

Bağış et

Dəstək Olmaq İstəyirsiniz?

dəstək ol

İdeyanıza bizimlə həyat verin!