[email protected] World Language Center (Səid Rüstəmov 17)
Kraudfandinq kampaniyasında videonun önəmi | Kampaniya Videosu Necə Çəkilməlidir?

Kraudfandinq kampaniyasında videonun önəmi | Kampaniya Videosu Necə Çəkilməlidir?

Uğurlu kraudfandinq kampaniyalarının sirlərindən biri videodur. Video bir kampaniyanın məqsədini kütləyə çatdırmaq üçün əsas kommunikasiya metodlarından biridir. Həmçinin kampaniya sahibinin səmimiyyətini göstərməsi üçün faydalıdır. Kraudfandinq kampaniyanızda videodan istifadə etmək hədəf məbləğinizi toplama şansınızı daha da artırar. Bu yazımızda videonun bu qədər önəmli olmasının səbəblərinə toxunacayıq. 

 

1. Video internetdə bir kraldır

İnternet və insanların internetdən istifadə tərzi gündən-günə dəyişir. İndiki zamanda internetdən istifadə edənlərin çoxu bu məqaləni oxumaq yerinə hər hansı sosial şəbəkədə video izləməyi üstün tutur. Bu inkar edilə bilməyəcək dərəcədə reallıqdır və Khan Academy və.s öyrədici kanalların YouTube-da yüksəlişi bunu təsdiqləyir. Kampaniya videonuz olmadan potensial dəstəkçilərinizin kampaniyanıza olan marağı itə bilər, çünki sadəcə yazılardan ibarət bir kampaniya haqqında məlumat almaq onlar üçün sıxıcı və maraqsız ola bilər.

 

2. Daha geniş bir kütləyə çatır

İnternetdə ən çox ziyarət edilən veb-saytlar video mərkəzlidir. Buna nümunə olaraq YouTube, Instagram, Facebook, TikTok və.s veb-saytlar göstərilə bilər. Bu vebsaytların çoxu başqa məqsədlərlə də istifadə edilir, lakin araşdırmalar onu göstərir ki, videolara daha çox baxılır.

 

3. Videolar rahatlıqla paylaşıla bilər

Son dönəmlərdə video paylaşmaq çox rahat bir hala gəlmişdir və bütün sosial media platformalarında video paylaşmaq, linkə klikləyərək video izləmək və.s son dərəcə asanlaşmışdır. Video paylaşmağın bu dərəcə asanlaşması ilə kampaniya videoları daha çox insana çata bilir və insanlar videoları izləyərək kampaniyalardan xəbərdar olurlar. Facebook və Instagram kimi platformalarda video paylaşma funksiyası ilə siz həmçinin organik reklam kampaniyası apara bilərsiniz. Bu da reklam xərclərinizi azaltmağa kömək edə bilər.

 

4. Kampaniyanın peşəkar görünməsinə kömək edər

Kraudfandinq kampaniyası üçün video hazırladıqda, bu izləyicilərdə güvən yaradar. Həmçinin video keyfiyyətli çəkilibsə, bu kampaniyanın peşəkar görünməsinə səbəb olar. Lakin video keyfiyyətsiz çəkilibsə, bu kampaniyanın həvəskar görünməsinə səbəb olar. Yəni videonun niyə önəmli olduğunu buradan da görmək mümkündür. Bu səbəblə kraudfandinq kampaniyasında videoya yer verildikdə onun faydasını görmək mümkündür.

 

 

Həll yolu

Məsələnin həlli çox sadədir. Kraudfandinq kampaniyanızda videoya yer verin. Belə olduğu halda nəticəsini görəcəksiniz. Kampaniya müddətində videoya yer verməsəniz, kampaniyanı geri çəkmiş olacaqsınız. Videosuz kampaniya izləyicilərdə güvən yarada bilməyəcək və onlara sıxıcı gələcək.Yəni qısaca, əgər kraudfandinq kampaniyanızın uğurlu olmasını istəyirsinizsə, keyfiyyətli bir videonun olması vacib şərtlərdən biridir.

 

 

Kraudfandinq Kampaniya Videosu Necə Çəkilməlidir?

 

 

 

 

Bağış et

Dəstək Olmaq İstəyirsiniz?

dəstək ol

İdeyanıza bizimlə həyat verin!