[email protected] World Language Center (Səid Rüstəmov 17)
Tarixin uğurlu qadınları

Tarixin uğurlu qadınları

Kleopatra

Kleopatra Misirin son hökmdarı idi. Misirin hökmdarı olmasına baxmayaraq yunan idi və Makedoniyalı İskəndərin ölümündən sonra Misiri idarə edən Ptolmeylər nəslinin üzvü idi. Dövrün məşhur simaları Mark Antoni və Yuli Sezar ilə olan münasibətləri ilə daha çox tanınsa da ölkəsini çox yaxşı idarə etmiş başçılardan biri idi.

 

 

 

Jeanne d`Arc

Fransa tarixinin ən cəsur və vətənsevər qadınlarından biri idi. Ölkəsini Fransaya qarşı qorumaq üçün Tanrı`dan vəhiy gəldiyini demişdir. Fransa ordusuna rəhbərlik edərək İngiltərə ordusunun hücumunun qarşısını almışdır. Göstərdiyi cəsarət və vətənpərlik sayəsində Fransa və İngiltərə ordusu arasındaki Yüzillik Müharibənin simvolu olmuşdur. Sonda din adamları tərəfindən yandırılaraq öldürüldü.

 

 

 

Catherine de Medici 

Catherine de Medici 14 yaşında Fransa kralı II Henri ilə evlənərək Fransa kraliçası olmuşdur. Yoldaşının ölümündən sonra 3 oğlu ilə birlikdə Fransanı idarə etmişdir. Siyasi gücünü artırmaq üçün hər cür qəddarlığa əl atmışdır. Dövrünün ən qəddar şəxslərindən biri olmuşdur. Bartholomew Günü Qətliamında 50 mindən çox insanın ölümündən məhsul olmuşdur.

 

 

 

I Elizabeth 

I Elizabeth (1533-1603) İngiltərənin “Qızıl Saçlı Kraliçası” ölkəni süqutdan xilas edərək böyük bir imperiya olması üçün ilk addımları atmışdır. Onun dövründə baş verən mühüm hadisələr: İngiltərədə protestantlığın bərpası, Şotland kraliçası Mary`nin edam edilməsi, İngiltərənin Məblubedilməz Armadasını məğlub edilməsi və.s. Onun dövrü İngiltərənin çiçəklənmə dövrü olmuşdur. Dövründə sənətə və ədəbiyyatada da yüksək önəm vermişdir.

 

 

 

Böyük Yekaterina

II. Yekaterina və ya Böyük Yekaterina Rusiyanı 18.ci əsrin ən güclü dövlətlərindən biri halına gətirən bir imperatriçə olmuşdur. Rusiya imperiyasının möhkəmlənməsi onun dövründə olmuşdur. Rusiya üçün o qədər böyük işlər gördü ki, adının qarşısına “Böyük” ləqəbi qoyuldu.

Dünya görüşü və mədəniyyəti ilə önəmli şəxsləri ətrafında toplamağı bacaran Böyük Yekaterina dövrün məşhur fransız yazarları olan Voltaire, Denis və Diderot ilə dostluq münasibətləri qurmuşdur.

 

 

Helen Keller        

Helen Keller daha uşaqlıqdan görmə və eşitmə qabbiliyyətlərin itirmişdir. 7 yaşında olarkən həyatına bir müəllimin girməsi ilə hərşey dəyişdi. Keller onunla birlikdə qüsurları ilə mübarizə apardı və ən çox tanınan pedaqoqlardan biri olmağı bacardı.

 

 

 

Coco Chanel

Coco Chanel modern moda dizaynları ilə moda terminini yaradan bir dizayner idi. “Yüz ilin ən vacib 100 şəxsi” siyahısında adı olan tək dizayner idi. Karyerasına balaca bir papaq mağazası ilə başlayıb, bugün dünyanın ən məşhur markalarından birinin qurucusu olmuşdur.

 

Bağış et

Dəstək Olmaq İstəyirsiniz?

dəstək ol

İdeyanıza bizimlə həyat verin!