[email protected] World Language Center (Səid Rüstəmov 17)
Uğurlu Layihə üçün 5 Məsləhət

Uğurlu Layihə üçün 5 Məsləhət

Uğurlu bir layihə həyata keçirmək fikriniz var?

Toxum.org kimi platformalar insanların layihələrini həyata keçirməyi üçün şərait yaradır. Şanslısınız, çünki bugün sizə Toxum.org-da necə uğurlu bir layihə həyata keçirə biləcəyiniz haqqında məlumatlar verəcəyik. 

Bugün həqiqətən Toxum.org-da uğurlu bir layihə həyata keçirmək istəyirsinizsə, hansı məqamlara diqqət edib, düzgün bir şəkildə yerinə yetirməli olduğunuz haqqında danışacayıq. Əgər layihənizin uğurlu olmasını və hədəflədiyiniz məbləğin toplanmasını istəyirsinizsə bloga keçə bilərik :)

 

1. Planlama edin

Planlama, bütün uğurlu layihələrin ən vacib hissəsidir. Möhtəşəm bir ideyanız ola bilər, lakin layihənizi başlanğıcdan sona kimi planlamamısınızsa, uğursuzluqla üzləşəcəksiniz. Bundan sonrakı hissələr də elə planlama etməli olduğunuz hissələrdir. Layihəniz üçün bir strategiya qurmaq, hədəflərinizi müəyyənləşdirmək, hədəf kütlənizi tapmaq və.s.

 

 

2. Layihəniz üçün video

Toxum.org-da uğurlu layihələrin hər birinin düzgün kontentdə çəkilmiş videoları var. Video sizin layihənizin ən önəmli hissəsidir. Bunun bəzi səbəbləri var. 

 Layihənizə dəstək olacaq insanların görəcəyi ilk şey videonuzdur. Yəni layihə videosu dəstəkçiləri layihənizə dəstək olmağa, onlarda maraq oyatmağa yönəldəcək şəkildə olmalıdır. Video uğursuz olarsa, insanlar layihənizlə bağlı digər məqamlara nəzər salmayacaqlar. Layihə videonuzu bir fraqment olaraq düşünün. Sizin layihəniz bir məhsuldur və siz onu müştəriyə ən yaxşı formada təqdim etməlisiniz.

 Layihə videosunun digər önəmli tərəfi insanlarda güvən yaratmasıdır. Sizin bir layihəniz varsa, lakin layihə ilə bağlı videonuz və ya fotoşəkilləriniz yoxdursa insanların sizin layihənizə şübhə ilə yanaşmaları qaçınılmaz haldır. Dəstəkçi toplamaq istəyirsinizsə, insanlarda güvən yaratmalısınız. Bunun üçün də video ən ideal üsuldur.

 

 

3. Layihə hekayəsi

Ümumiyyətlə hekayəsi olan şeylər daha çox marağa səbəb olur. Sizin də həyata keçirmək istədiyiniz layihənin bir hekayəsi olması əla olar. Və ya hekayəniz yoxdursa, layihəniz barədə məlumatları hekayə formatında yazmağa diqqət edin. Bu daha çox insanı sizin layihənizə çəkəcəkdir. İnsanların diqqətin çəkəcək layihə hekayəsi yazmağınız üçün bir strukturunuz olmalıdır. Başlanğıc, əsas hissə və sonluq. Bu ardıcıllığı qorusanız uğurlu bir layihə hekayəsi yazacaqsınız.

 

 

4. Sosial Media və Hədəf Kütlə

Layihəniz üçün dəstəkçi toplamaq istəyirsinizsə, bunun üçün ən asan üsul sosial mediadan istifadə etməkdir. Layihənizin xüsusi bir səhifəsi olmalıdır. Instagram, Facebook və LinkedIn sosial şəbəkələri bu cür layihələr üçün idealdır. Siz layihəniz üçün səhifə yaratdıqdan sonra ilkin növbədə yaxınlarınızdan dəstək istəməli olacaqsınız. Səhifənizi yaxınlarınızla bölüşün, onlar da öz yaxınları ilə bölüşsün. Belə olduqda müəyyən bir kütlə yaranmış olur. Belə kiçik kütlə yaratdıqdan sonra daha çox layihənizlə maraqlanan insanları araşdırmalısınız. Onların diqqətin çəkə biləcək paylaşımlar edərək səhifənizə çəkməlisiniz. 

Rəqib araşdırması etməniz mütləqdir. Rəqiblərinizin sosial media hesablarına baxın. Onları analiz edin. Hansı paylaşımların uğurlu, hansıların uğursuz olduğunu qeyd edin. Bəzi maraqlı kontent ideyalarından faydalana bilərsiniz. Bu araşdırmaları etdikdən sonra səhifənizdə necə paylaşımlar etməli olduğunuzu müəyyənləşdirəcəksiniz. Təbii ki, rəqiblərinizin paylaşımların kopyalayıb istifadə etmək olmaz. Sadəcə müəyyən bir fikir götürüb onu öz layihənizə uyğunlaşdıra bilərsiniz. 

Sosial media hesablarınızda real fotoşəkil və videoların olmasına da diqqət edin. Araşdırmalara görə real video və fotoşəkillər daha çox bəyənilir.

 

 

5. Hədəf məbləğ

Layihəniz üçün nə qədər pula ehtiyacınız olduğun düzgün müəyyənləşdirmək çox vacibdir. Real məbləğ qeyd etməlisiniz. Məsələn, büdcəsi maksimum 1000 azn olan layihə üçün 5000 azn istəsəniz, bu layihə uğursuz olacaq. İnsanlar buna inanmayacaq və dəstək olmaqdan imtina edəcəklər. Ola bilər ki, həqiqətən də yüksək bir məbləğə ehtiyacınız var. Lakin yenə layihəniz üçün yüksək məbləğ istəsəniz uğursuz olma ehtimalı var. Məbləğin hamısı yığılmaya bilər. Narahat olmayın, bunun bir həlli var. Siz layihəniz üçün lazım olan məbləği hissəli şəkildə toplaya bilərsiniz. Tutaq ki, 5000 azn-ə ehtiyacınız var. Bunu hissəli şəkildə, ilk mərhələdə 2500 azn, ikinci mərhələdə yenə 2500 azn şəklində toplaya bilərsiniz. Belə olduqda daha uğurlu olur, həm də artıq siz ikinci dəfə layihə vermək istəyəndə ilk layihənizdəki təcrübədən istifadə edərək daha da uğurlu olursunuz. Bəlkə də ikinci layihəniz üçün lazım olandan çox dəstək olacaq və daha çox pul toplamış olacaqsınız.

Bağış et

Dəstək Olmaq İstəyirsiniz?

dəstək ol

İdeyanıza bizimlə həyat verin!