Əgər sizə desəm ki, artıq müəllimləri və dərsləri özünüz seçəcəksiniz və müəllimlərlərin qısa tarixçəsi ilə əvvəlcədən tanış olacaqsız, buna inanardınızmı? ElmX olaraq bizim hədəfimiz Azərbaycanın Courserası olmaqdır. Biz Azərbaycandakı universitetlər və tələbələr arasında bağa ehtiyac olduğuna inanırıq və bu bağ biz olmaq istəyirik. Məsəl üçün Dövlət İdarəçilik Akademiyasında “Dövlət və ictimai münasibətlər” üzrə təhsil alan bir tələbə həmçinin eyni fakültənin ADAdakı müəllimlərindən də dərs ala bilməlidir. Əlbəttə, ADAdakı müəllim dərslərini platformaya yerləşdirmək istəyərsə. Burada müəllimləri siz qiymətləndirəcəksiz, Sonda daha yüksək feedback almış müəllim daha çox tələbə əldə edəcək. Buna əlavə olaraq siz həmçinin dərs materiallarını endirə biləcəksiz və tıxaclarda belə öyrənməyə davam edəcəksiz. Həyatımızın dəyişməsi üçün bəlkə də yalnız internet və ElmXə ehtiyac vardır. Biz keyfiyyətli təhsili daha tez çatdırırıq ki, insanların həyatı daha tez yaxşılaşsın