Əziz dostlar!
Məşhur “Tıq-Tıq xanım” animasiya filminin rejissoru Məsud Pənahi uşaqlar üçün “Nərgiz” adlı yeni film hazırlamaq niyyətindədir!
“Nərgiz” filminin əsas maarifləndirici məqsədi işğaldan azad olunmuş ərazilərdə düşmənin basdırdığı mina sahələrinə diqqəti yönəltmək, minaların necə təhlükəli olduğunu uşaqların diqqətinə çatdırmaqdır.
Qarabağ müharibəsinin başa çatmasından ötən 2 il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlaması nəticəsində həlak olub ya da ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il lazımdır. Bu baxımdan “Nərgiz” filmi uşaqlar üçün olduqca önəmlidir.
“Nərgiz” filminin məqsədi, həmçinin, ərazilərimizdən minaların təmizlənməsi işinə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək və Azərbaycanın dövlət orqanlarına informasiya dəstəyi göstərməkdir.
Əziz dostlar!
Sizdən xahiş edirik, dövrümüz üçün son dərəcədə aktual olan “Nərgiz” qısametrajlı animasiya filminin çəkilib yayılması üçün bizə dəstək olasınız.
Mədəniyyət Nazirliyinə, Elm və Təhsil Nazirliyinə, Minatəmizləmə Agentliyinə və digər aidiyyatı qurumlara müraciət edirik – bu həyati əhəmiyyətli layihəyə dəstək olun!
Hörmətlə,
Məsud Pənahi, “Nərgiz” filminin rejissoru
Rəşid Ağamalıyev, “Nərgiz” filminin prodüseri
BÜDCƏ İLƏ BAĞLI MƏLUMAT: