[email protected] World Language Center (Səid Rüstəmov 17)

Polşada Yeni Başlanğıc!

Bir gəncin təhsil almaq ve psixoloq olaraq cəmiyyətə xidmət etmək xəyallarını gerçəkləşdirməsinə dəstək olmaq.

Hərkəsə Salam!

   Mənim adım Yeganə Allahverdiyevadır. 1999-cu ildə Bakı şəhərində anadan olmuşam. Ailəm anam və məndən ibarətdir. 3 yaşım olarkən avtomobil qəzası nəticəsində atamı itirmişik. Uşaqlıq vaxtından ən böyük xəyalım insanların həyatına toxunmaq, onları xilas etmək olub. Bu xəyalımı gerçəkləşdirmək üçün 2017-ci ildə 97.5 ortlama 635 balla Azərbaycan Tibb Universiteti - Müalicə Profilaktika fakültəsinə qəbul olmuşam. 

Təhsil aldığım müddətdə müxtəlif sertifikatlar və təqaüdlər əldə etmişəm.

  • - 2020-ci ildə Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən təhsildə göstərdiyim yüksək nəticələr üçün 1 semestrlik təhsil haqqının ödənilməsi mükafatına layiq görülmüşəm. 
  • - 2020 və 2021-ci illərdə Türkiyənin İstanbul Universiteti tərəfindən təşkil olunan “Hekimliğe Merhaba” adlı 1 həftəlik təhsil proqramına qatılıb yüksək nəticələr göstərdiyim üçün 2 il ardıcıl olaraq sertifikatlarla təmin olunmuşam. 

- Bu il isə Polşanın paytaxtı Varşava şəhərində yerləşən psixologiya üzrə ön sıralarda olan University of Economics and Human Sciences psixologiya ixtisası üzrə qəbul almışam. Lakin təhsil xərclərimi qarşılaqmaqda çətinlik çəkirəm.

 Təhsil xərclərimi qarşılamaq və viza ala bilmək üçün sizin dəstəyinizə ehtiyacım var.

 Kömək edən və dəstək olan hər kəsə öncədən təşəkkürümü bildirirəm.

 

Linklər

İdeyanıza bizimlə həyat verin!