Deyilənlərə görə, kitab yazarkən ona elə ad seçmək lazımdır ki, alıb, oxusunlar. Bu, insanları aldatmağa bənzəyir. Siz kitaba uyğun olmayan ad seçərək də insanları aldada bilərsiniz. Nağıllar danışaraq onları aldada, yuxuya verib gözlərini bağlaya bilərsiniz. Nağılların məqsədi də bu deyilmi? Kiçikləri yuxuya verərək onların yatmağına şərait yaratmaq.
Bəs əgər sizə bu kitabdakı nağılların gözlərinizi bağlamaq yox, əksinə, yatdığınız yuxudan ayılmağınız üçün yazıldığını desəm? Bu kitabda danışdığım yalanların sizi həqiqətlərə aparacağını pıçıldasam və oxumağa başlasanız. Təbii ki, yalanlar ölkəsində deyilən həqiqətlər insana nağıl kimi görünür. Ona görə də bu kitabı bir nağıl kimi görəcək və içindəki uydurmaların əsl bizim həyatımızı əks etdirdiyinə şahid olacaqsınız.
Nağıl olsa da bu, bir həqiqətdir.
Beləliklə:
Müəllif tərəfindən imzalı olaraq kitabı ədə edə biəcəksiniz…
"Allahsızlar Şəhəri" və “Cəhənnəmin Xəritəsi” kitabını əldə edə bilərsiniz.
"Hərbidən Qeydlər", “Allahsızlar Şəhəri” və “Cəhənnəmin Xəritəsi” kitablarını əldə edə bilərsiniz.
Müəllifin ən yaxın oxucularından birinə çevrilərək Uraqanın kitablarını onunla birgə müzakirə etmə şansı əldə edəcəksiniz.
Müəllifin bundan sonra çıxacaq kitablarını ödənişsiz olaraq hədiyyə qazanmaq fürsəti əldə edəcəksiniz. Həmçinin Müəllif tərəfindən qonaq olacağınız bir çay süfrəsi və tetatet müzakirə şansı əldə edəcəksiniz.
Önsatışa qoşulmuş şəxslər kitab çap olunan kimi kitabı əldə edə biləcəklər.