[email protected] World Language Center (Səid Rüstəmov 17)

Qaydalar və Şərtlər

Qaydalar və Şərtlər

Layihə - platformada yerləşdirilən, vəsaitlərin toplanma səbəbini və məqsədini əks etdirən elandır.

Layihə sahibi - layihəni platformada yerləşdirən və həmin andan etibarən layihənin uğurla maliyyələşməsi üçün çalışan, sonda toplanılmış məbləğlə həmin layihəni həyata keçirəcək şəxsdir.

Layihənin müddəti ərzində investisiya cəlb oluna bilər. Layihə müddətinin sonunda layihə bitmiş hesab olunur.

Saytda layihə yerləşdirmiş şəxs, layihə yekunlaşdığı zaman ölkəmiz daxilində olmalıdır. 

Toplanılmış məbləğ təhvil verildikdən sonra, onun təyinatı üzrə sərf olunmasına nəzarət ediləcək.

 

Layihə sahibinə qadağandır:

1) Plagiat layihə paylaşmaq;

2) Digər insanların və ya şirkətlərin hüquqlarını pozan, qanunu pozan və ya hər hansı bir tərəfə aid ola biləcək hər hansı bir müqavilə və ya qanuni vəzifəni pozan hər hansı bir hərəkət etmək;

3) Proqram viruslarını və ya Platformadakı hər hansı bir proqram, hardware və ya avadanlığın düzgün işləməsinə mane olan və ya Platformanın hər hansı digər istifadəçi tərəfindən istifadəsinə müdaxilə edən proqramları yaymaq; 

4) Platformanın və Xidmətlərin təhlükəsizliyini təmin etmək üçün Platformanın tətbiq etdiyi hər hansı tədbiri dəf etmək, hər hansı bir sistemə, məlumata, şifrəyə və ya digər Platforma, İstifadəçi məlumatları və ya Xidmətlərə icazəsiz giriş əldə etmək üçün cəhd göstərmək, hər hansı məlumatı əldə etmək üçün revers mühəndis və ya digər yolla Xidmətlərin hər hansı bir hissəsini ayırmaq, yaxud hər hansı bir proqramdan istifadə etməklə Platformanın hər hansı bir hissəsində icazəsiz gəzmək; 

5) Qüvvədə olan qanunvericilik üzrə korrupsiyaya qarşı tələbləri pozmaqla, hökümət orqanının vəzifəli şəxsinə və ya işçisinə və ya dövlət orqanının nəzarəti altında olan hər hansı bir şəxsə və ya hər hansı bir siyasi partiyaya, siyasi partiyanın vəzifəli şəxsinə və ya rəsmi şəxs qismində çıxış edən hər hansı digər şəxsə təklif, ödəniş, ödəniş vədi, ödənişin təsdiqi, pulun və ya digər qiymətli əşyanın verilməsi ilə bağlı ödənişlərin maliyyələşdirilməsi məqsədi ilə Layihəyə hər hansı bir məlumat və ya sorğu daxil etmək və ya Layihədən əldə edilmiş maliyyə vəsaitlərindən istifadə etmək.

6) Tərəflərdən hər hansı birinə tətbiq olunan hər hansı sanksiyanı pozmaqla, qüvvədə olan qanunvericilik üzrə terrorçu təşkilat kimi müəyyən olunan təşkilatın hər hansı şəxsinə, nümayəndəsinə və ya işçisinə, yaxud bu təşkilat tərəfindən idarə olunan digər şəxsə, yaxud terrorist məqsədlər ilə əlaqədar fəaliyyət göstərməsi ilə bağlı şübhə  olan digər şəxsə təklif, ödəniş, ödəniş vədi, ödənişin təsdiqi, pulun və ya digər qiymətli əşyanın verilməsi ilə bağlı terrorçu kimi təyin oluna bilən şəxsi maliyyələşdirmə, vəsait vermə və ya hər hansı fəaliyyətinə, sahibkarlığa və ya dəstək göstərmə məqsədilə ödənişlərin maliyyələşdirilməsi məqsədi ilə Layihəyə hər hansı bir məlumat və ya sorğu daxil etmək və ya Layihədən əldə edilmiş maliyyə vəsaitlərindən istifadə etmək.

İdeyanıza bizimlə həyat verin!