campaign-7 müddətİ bİtİb
  • BİTMƏYİNƏ qaldı:

    müddətİ bİtİb!

  • Hədəf

    5000 AZN

  • Toplanılan Məbləğ

    0 AZN

Khan Academy Azərbaycan Dilində

Khan Academy nədir? Khan Academy, hər kəs üçün hər yerdə, ödənişsiz, dünya səviyyəli təhsil imkanı yaradır. Khan Academy Azərbaycanca komandası olaraq məsuliyyətimiz, Khan Academy məzmununun lokalizasiyası üzərində işləmək və platformanın Azərbaycan dilində də fəaliyyət göstərməsini təmin etməkdir.

Khan Academy Azərbaycanca komandası bu vaxta qədər nə edib? Bu vaxta qədər komandamız aşağıdakı uğurlara imza atıb:

  • 11 milyondan yaxın söz tərcümə edilib.
  • 2400-dən artıq video hazırlanıb. (https://www.youtube.com/user/KhanAcademyAzeri)

İanə verməyiniz niyə vacibdir? İanələriniz bizə bu ödənişsiz, görkəmli rəqəmsal təhsil mənbəyini minlərlə azərbaycanlı uşağa, tələbəyə, fərdə, xüsusən də  keyfiyyətli təhsil almaq imkanı olmayanlara çatdırmaqda kömək edəcəkdir. Bunu oxuyan hər kəs 5 manat ianə versə, Azərbaycan dilindəki Khan Academy illərlə inkişaf etməyə davam edə bilər.

Bundan əvvəlki Toxum.org platformasında topladığımız ianə harada istifadə olundu? Toxum.org platforması sayəsində 2021-ci ilin yanvar-aprel aylarında 747 AZN ianə toplanıldı. Toplanılan ianənin hamısı Khan Academy-in azərbaycan dilində olan platformasında yerləşən riyaziyyat tapşırıq və məqalələrinin tam olaraq hazırlanılması üçün istifadə edildi və bu sayədə 438 tapşırıq və 235 məqalə platformaya yerləşdirildi.

İanəniz nə üçün istifadə olunacaq? Bu mərhələdə toplanılacaq ianələr Cəbr, Biologiya, Həndəsə, Kompyuter elmləri bölməsindən videoların hazırlanması və tərcümə olunmuş tapşırıqların yoxlanılması üçün müvəqqəti olaraq işə götürüləcək videoqraf, tərcüməçi və ekspertin maaşının verilməsində istifadə olunacaq. 

Khan Academy-in Azərbaycanda rəsmi əməkdaşlıq etdiyi şəxslər Leyla Qasımova və Ayaz Kərimovdur. Bu ianə layihəsi onlar tərəfindən idarə olunur.



  TOP
Layihəyə dəstək ol