campaign-7 davam edir
  • BİTMƏYİNƏ qaldı:

    11 gün

  • Hədəf

    5000 AZN

  • Toplanılan Məbləğ

    400 AZN

Khan Academy Azərbaycanca Layihəsi

Khan Academy nədir?Khan Academy, hər kəs üçün hər yerdə, ödənişsiz, dünya səviyyəli təhsil imkanı yaradır. Khan Academy Azərbaycanca komandası olaraq məsuliyyətimiz, Khan Academy məzmununun lokalizasiyası üzərində işləmək və platformanın Azərbaycan dilində də fəaliyyət göstərməsini təmin etməkdir. 

 

Khan Academy Azərbaycanca komandası bu vaxta qədər nə edib?Bu vaxta qədər komandamız aşağıdakı uğurlara imza atıb:

  • 10 milyona yaxın söz tərcümə edilib.
  • 1000-dən artıq video hazırlanıb. 

 

İanə verməyiniz niyə vacibdir?İanələriniz bizə bu ödənişsiz, görkəmli rəqəmsal təhsil mənbəyini minlərlə azərbaycanlı uşağa, tələbəyə, fərdə, xüsusən də  keyfiyyətli təhsil almaq imkanı olmayanlara çatdırmaqda kömək edəcəkdir. Bunu oxuyan hər kəs 5 manat ianə versə, Azərbaycan dilindəki Khan Academy illərlə inkişaf etməyə davam edə bilər.

 

İanəniz nə üçün istifadə olunacaq?İlkin ianələr 2 (2x350 AZN) ədəd mikrofonun alınmasnda istifadə olunacaq. Daha sonra isə geriyə qalan ianə ilə Cəbr, Biologiya, Həndəsə, Kompyuter elmləri bölməsindən videoların hazırlanması və tərcümə olunmuş tapşırıqların yoxlanılması üçün müvəqqəti olaraq işə götürüləcək videoqraf, tərcüməçi və ekspertin maaşının verilməsində istifadə olunacaq. Hər bir videonun ərsəyə gəlməsi üçün 60-70 AZN vəsait lazımdır.

Khan Academy-in Azərbaycanda rəsmi əməkdaşlıq etdiyi şəxslər Leyla Qasımova və Ayaz Kərimovdur. Bu ianə layihəsi onlar tərəfindən idarə olunur. 



  TOP
Layihəyə dəstək ol