campaign-7 davam edir
  • BİTMƏYİNƏ qaldı:

    20 gün

  • Hədəf

    3500 AZN

  • Toplanılan Məbləğ

    359 AZN

"Lakeside Garden"da qonaq evi

2019-cu ildən bəri İsmayıllı rayonunun Təzəkənd kəndində sosial sahibkarlıq subyekti kimi fəaliyyət göstərən "LakesideGarden - Ismayilli" aqroekoturizm təsərrüfatı qonaqlar üçün xüsusi dizaynlı 2 otaqlı qonaq evinin tikintisini planlaşdırır.

 

Qonaq evinin inşası üçün tələb olunan məbləğin bir qismi əldəedilən gəlirlərdən formalaşsa da, 3500 AZN-lik vəsaitə ehtiyac var. Təsərrüfat bu vəsaiti qonaqlarının, gələcəkdə qonaqolmağı planlayanların, eləcə də ölkədə sosial sahibkarlıq fəaliyyətinə dəstək olmaq istəyən şəxslərin ianələri hesabına qarşılamağı nəzərdə tutur.

 

Edəcəyiniz ianələrin qarşılığında nələr əldə edəcəksiniz?

1 AZN - Xüsusi dizaynlı təşəkkür post kartı;

5 AZN - Təsərrüfatda yetişən və qablaşdırılan təbii bitki çayları;

10 AZN - Orqanik kənd məhsullarından ibarət kənd boğçası;

20 AZN - Orqanik kənd məhsullarından ibarət böyük kənd boğçası;

50 AZN - Təsərrüfatda keçiriləcək növbəti musiqi festivalına 1 nəfərlik bilet (hər şey daxil);

100 AZN - Yeni hazırlanan qonaq evində səhər yeməyi daxil olmaqla 2 gecə gecələmək.

 

"Lakeside Garden - Ismayilli" bir ailə təsərrüfatıdır və əsas məqsədi kənd sakinlərinin istehsal etdiyi orqanik məhsulların qonaqlara birbaşa satışını təmin etmək, turistlər üçün kənddə alternativ sosial istirahət imkanları yaratmaqdır.

Hər bir dəstək bizim üçün önəmlidir!



  TOP
Layihəyə dəstək ol