campaign-7 müddətİ bİtİb
  • BİTMƏYİNƏ qaldı:

    müddətİ bİtİb!

  • Hədəf

    6000 AZN

  • Toplanılan Məbləğ

    2 AZN

TABİAT hərəkatı

TABİAT Hərəkatı nədir?

“Türkiyə Azərbaycan Birliyinin İnkişafı adına Ağacəkmə Təşəbbüsü” - TABİAT  hərəkatı Türkiyə Respublikası ərazisində  28 iyul -12 avqust 2021-ci il tarixlərində meşə yanğınlarının nəticələrinin aradan qaldırılması məqsədilə başladılıb. Hərəkat iki ölkə arasında mövcud dostluq və qardaşlıq münasibətlərinə söykənir.

Hərəkatın əsas missiyası ölkəmizin işğaldan azad edilmiş torpaqlarının hər qarışında Türkiyənin dəstəyi olduğu kimi, qardaş ölkənin yanmış meşələrinin bərpasında da Azərbaycanın dəstəyini hiss etdirməkdir.

İanəniz nə üçün istifadə olunacaq?

Başladılmış hərəkat çərçivəsində Türkiyənin yanmış meşə zolaqlarında Azərbaycan vətəndaşlarının dəstəyi ilə TABİAT meşələri salınacaq. İlkin hesablamalara əsasən 1 hektar ərazinin yaşıllığının bərpası üçün 2000 ağac əkilməlidir. Bir ağac üçün lazım olan məbləğ 2 AZN (10 TL) nəzərdə tutulur . (mənbə: TEMA vakfı)  

Qeyd edək ki, TABİAT hərəkatı çərçivəsində Azərbaycan vətəndaşlarının dəstəyi ilə salınacaq meşə zolağının ərazisi bir şəhər üçün minimum 15 hektar olaraq nəzərdə tutulur.

Siz ianə etdikdə nələr əldə edəcəksiniz?

Fiziki şəxs olaraq:

  • "TABİAT" meşəsini əks etdirən ağacların üzərində ilk 100 dəstəkçilərdən biri olaraq adınız qeyd olunacaq;
  • TABİAT hərəkatının rəsmi saytında yerləşən fiziki dəstəkçilər bölməsində adınız qeyd ediləcək;
  • Hərəkata dəstək olduğunuz üçün sizə iştirakınızı təsdiq edən təşəkkürnamə göndəriləcək.

Hüquqi şəxs olaraq:

  • "TABİAT" meşəsinin  açılış mərasimi zamanı yerləşdirilən  məlumat lövhəsində şirkətinizin adı və loqosu yerləşdiriləcək;
  • TABİAT hərəkatının rəsmi saytında yerləşən hüquqi dəstəkçilər bölməsində adınız qeyd olunacaq;
  • Hərəkatla bağlı mediada yayınlanacaq paylaşımlarda şirkətinizin adı qeyd olunacaq;
  • Hərəkata dəstək olduğunuz üçün iştirakınızı təsdiq edən təşəkkürnamə təqdim olunacaq

Qeyd: Eyni zamanda siz sayt vasitəsilə hesabat xarakterli bütün məlumatları əldə edə bilərsiniz.

Hal-hazırda TABİAT hərəkatına 41 nəfər fiziki şəxs ianə edib, 1754 AZN vəsait toplanıb.

İanələrin toplanılmasında bizə dəstək olun!

Hər bir dəstək bizim üçün önəmlidir!

  TOP
Layihəyə dəstək ol