campaign-7 davam edir
  • BİTMƏYİNƏ qaldı:

    23 gün

  • Hədəf

    2000 AZN

  • Toplanılan Məbləğ

    77 AZN

Ürəkdən yaz

Yüzlərlə insanı bir araya gətirək və onlara “Bu günə qədərki ən böyük peşmanlığınız nədir?” sualını verək. Əminəm ki, cavabların çoxsu biruzə verilməmiş hisslər, dilə gətirilməmiş cümlələr, sahibinə çatmamış məktublar ilə bağlı olacaqdır. Məsələn, siz ən son nə zaman kiməsə dəstəyi üçün təşəkkür edib, onu çox sevdiyinizi demisiniz? Və ya qəlb qırıqlığınızı gizlətməkdənsə, danışmağa çalışmısınız? Bəhs etdiyimiz məsələ kiçik kimi görünsə də, bizim öz dünyamızda yaşadıqlarımız və ya yaşaya bilmədiklərimiz gələcəyimizin təməlini formalaşdırır.

 

Bəhs etdiyim reallıqla üzləşdiyimiz zaman komandamızla qərara gəldik ki, “Ürəkdən yaz” adlı layihəmizi ərsəyə gətirək. Və 2020-ci ildə ilk fəaliyyət olaraq “Libra kitab” nəşriyyatının dəstəyilə “Övladına məktub yaz” başlığı altında bir müsabiqə başlatdıq. İstədik ki, gec olmadan valideynlər öz övladlarına qarşı hiss etdiklərini, onlara qarşı duyduqları sevgini və bu günə qədər etmədikləri etirafları öz məktubları ilə dilə gətirsinlər.

 

2 ay ərzində müxtəlif şəxslərdən 100-ə yaxın məktub qəbul etdik. Bir ay ərzində  xüsusi ekspert qrupu tərəfindən bütün məktublar dəyərləndirilərək kitab halına gətiriləcək 20 məktub seçilmiş oldu.  

 

Bu məktubları kitab halına gətirməkdə məqsədimiz ölkəmizdə fərqli yönlərdə cərəyan edən ailə münasibətlərinə fayda verməkdir. Siz də bizim kampaniyamıza dəstək olaraq, kitabların nəşr olunmasına, həmçinin “KitabGəzər” komandasının könüllü dəstəyilə bölgələrimizdəki valideynlərə, müəllimlərə bu kitabların çatdırılmasına töhfə verə bilərsiniz.

 

Beləliklə, 8 AZN ödədikdə:

 

Adınız kitabın dəstəkçilər bölümündə qeyd olunacaq;

1 “Övladına məktub yaz” kitabına sahib olacaqsınız;

1 kitab isə sizin adınızdan "KitabGəzər" layihəsinə ianə olunacaq.

 

 

16 AZN ödədikdə:

 

Adınız kitabın dəstəkçilər bölümündə qeyd olunacaq;

2 “Övladına məktub yaz” kitabına sahib olacaqsınız;

2 kitab isə sizin adınızdan "KitabGəzər" layihəsinə bağışlanacaq;

"Libra kitab" nəşriyyatından bir sifariş üçün 10 %-lik endirim kuponu əldə edəcəksiniz.

 

25 AZN ödədikdə:

 

Adınız kitabın dəstəkçilər bölümündə qeyd olunacaq;

3 “Övladına məktub yaz” kitabına sahib olacaqsınız;

3 kitab isə isə sizin adınızdan "KitabGəzər" layihəsinə bağışlanacaq;

"Libra kitab" nəşriyyatından bir sifariş üçün 20 %-lik endirim kuponu əldə edəcəksiniz.

Müəlliflərdən biri ilə fərdi görüşdə iştirak etmək şansı əldə edəcəksiniz. 

 

 

Qeyd edək ki, “KitabGəzər” layihəsinə ianə olunacaq kitablar bölgələrimizdəki valideynlərə, müəllimlərə və gənclərə çatdırılacaq.

 

Kitabın rəsmi satış qiyməti isə 5 AZN olacaq. 

 

Kampaniya üçün 1 ay müddət ayırmışıq və son tarix 13 oktyabr 2021-ci ildir.

 



  TOP
Layihəyə dəstək ol