[email protected] World Language Center (Said Rustamov 17)

Azerbaijan Tech

Texnologiya sahəsində uğurlu olmaq üçün komanda yaradıram.İlkin mərhələ üçün (Web-side,3D üçün)maddi yardım lazımdır.Böyük layihə PUA düşünülür(Fərqli vəzifəli)
0 azn Collected
Target 2000 azn
  • 0 Supporter

  • Expired!

  • 23 July 2023 - End date

All or Nothing. The project must have achieved its goal for funding to be received. The supports of the projects that do not reach their goals are returned to the supporters.
Avatar

Project Owner

İLKİN CƏFƏRZADƏ

Azərbaycan,Bakı

Awards

5 azn
Təşəkkür mesajı
5 Azn və daha çox yardım edən şəxslərə təşəkkür emaili yazılacaq.
0 times bought (Total : 100)
50 azn
Endirim
Gələcəkdə yaradılacaq sistemimizdə satılacaq işlərimizdə endirim olacaq.
0 times bought (Total : 10)
1000 azn
Sponsorluq
1000 AZN və daha çox dəstək edən şəxslərin adı sponsor kimi qeyd ediləcək və sponsorluq müddəti 3 aydır.
0 times bought (Total : 5)

Salam.

“Azerbaijan Tech” Cəfərzadə İlkin İlqar oğlu tərəfindən 1 aprel 2023-cü il tarixində qurulmuşdur.

Mən Cəfərzadə İlkin İlqar oğlu, 07.12.2002 tarixində Azərbaycan Respublikası, Bakı şəhərində doğulmuşam. 2009-cu ildə 54 saylı A. Şaiq adına məktəbdə orta təhsilimə başlamışam. 2014-cü ildə (4-cü sinifdə) 54 saylı A. Şaiq adına məktəbdə ayrılaraq təhsilimi 2 saylı H. Mahmudbəyov adına Texniki Humanitar Elmlər Liseyində davam etdirib və o təhsil müəssisəsindən məzun olmuşam. 2020-2021 tədris ilində Türkiyə Respublikasının Bursa şəhərində yerləşən, Uludağ universitetinin, mühəndislik fakültəsini (Elektrik Elektronika mühəndisliyi) qazanmışam.Universitetin 1. Kursunun ikinci yarımilində Uludağ universitetinin,mühəndislik fakultəsinin fəxri fərmanı ilə tərtif olunmuşam.Mühəndisliyə marağım olduğu üçün bir çox təlimlərə qatılıb və sertifikatlar qazanmışam.Mühəndislik ilə bağlı: Google-Dijital Atölye sertifikatı; Orta Doğu Teknik Üniversitesi-3D,Yapay zeka (süni intellect) ,Google Drive ilə Blue texnologiyası,E-Teach sertifikatlarını;Marmara universiteti-2021 Elektrik elektronik mühəndislərinin klubunun sertijikatı;Amasya universiteti-Autodesk Fusion 360 sertifikatı;Uludağ universiteti-Onur Belgesi (Fəxri Fərman) , Gənc mühəndislər birliyinin,Təhlükəli yerdə işləmək ilə bağlı (İş sağlığı ve güvenliği) ,Android 12 & Kotlin 101 sertifikatlarını ;Turkcell-Qlobal Məlumat sertifikatı;Avtomobil yay məktəbinin müvəffəqiyət sertifikatı; Türkiyə Sivil Havacılık Genel Müdürlülüğünün-İHA(PUA) pilot sertifikatlarını qazanmışam.
Azərbaycan Respublikasının Cənab Prezidenti İlham Əliyevin səyləri və diqqəti nəticəsində təhsil,idman və digər sahələrdə ölkəmiz uğurlar qazanır.Lakin,çox təəssüf ki,texnologiya sahəsində uğurlu işimizin sayı çox azdır.

Məqsədim Azərbaycanın gənc, yeniliklərə açıq, texologiyalara maraqı olan könüllü mühəndisləri ilə birlikdə öz texnologiyalarımızı yaratmaqdır.

Layihələrimizin dövlət tərəfindən dəstək olunması istənilir. Hal-hazırda nazirliklər ilə danışıq prosesi davam edir.

İlk maddi dəstək bizə Veb səhifə,3D işlər üçün lazıdır.O işlər ilə maliyə problemimizi aradan qaldıraraq layihəmizə yatırım etməyi düşünürəm.

İlk layihə olaraaq PUA (Pilotsuz Uçuş Aparatı-Fərqli işlər icra edən) misal göstərə bilərəm.Hal-hazırda vətənimdə olduğum üçün və Azərbaycanın texnologiyasına faydalı olmacaq işlər görmək istədiyim üçün bu layihəyə başlamaq qərarını aldım.
Bizə qoşulmaq və komandamızın bir parçası olmaq istəyən hər kəs üçün qeydiyyatdan keçmək mümkündür. Komandamızın üzvləri ilə təcrübə və bilik paylaşmaq üçün təlimlər keçiriləcəkdir.

 

Azərbaycan Gənci Ağıllı Və Savadlıdır !

Gəlin bir yerdə gələcəyimizi quraq !
#MilliTexnologiya


Diqqətinizə görə təşəkkür edirəm.

Hörmətlə,

İlkin Cəfərzadə

Links

Tags

#MilliTexnologiya #AzerbaijanTech #Technology #Azerbaijan #Mühəndis

Realize your ideas with us!