[email protected] World Language Center (Said Rustamov 17)

Əlilliyi olan şəxslərə Bakıda moda nümayişi keçirməyə dəstək ol!

May ayının 11-də əlilliyi olan şəxslər Kekalove Adaptive Moda Nümayişində model kimi səhnəyə çıxacaqlar. Onlara dəstək olmağın zamanıdır!
466 azn Collected
Target 3000 azn
  • 10 Supporter

  • Expired!

  • 05 May 2023 - End date

All or Nothing. The project must have achieved its goal for funding to be received. The supports of the projects that do not reach their goals are returned to the supporters.
Avatar

Project Owner

Mahammad Kekalov

Azərbaycan,Bakı

Awards

reward image
20 azn
Moda Nümayişinə Dəvətnamə
20 AZN-dən yuxarı dəstək olan hər kəsə 11 may tarixində keçiriləcək moda nümayişimizə dəvətnamə göndərəcəyik! Bu şouda biletlər satışa çıxmayaq və bilet əldə etməyin yeganə yolu 20 AZN və daha çox ianə etməkdir.
6 times bought (Total : 50)
reward image
10 azn
Stiker Paketi
Bizə 10 AZN dəyərində dəstək olan hər kəsə illustrator Emilya Həsənovanın bizim üçün xüsusi dizayn etdiyi və əlilliyi olan şəxslərin problemlərini kreativ şəkildə işıqlandıran 10 stikerdən ibarət stiker paketi hədiyyə edəcəyik!
0 times bought (Total : 50)
50 azn
Aksesuar və Dəvətnamə
Bizə 50 AZN və yuxarı məbləğdə dəstək olan hər kəsə həm 11 may moda nümayişinə dəvətnamə, həm də tədbirimizdə əlilliyi olan qadınların dizayn edib hazırladığı seksuar seçimi hədiyyə ediləcək.
0 times bought (Total : 25)
1 azn
Saytda Xüsusi Paylaşım (Şəkilsiz)
Bizə minimal (1 AZN) dəstək göstərən hər kəsin adını 11 may moda nümayişimizdən sonra saytımızda çap edəcəyimiz xüsusi səhifədə qeyd edəcəyik!
0 times bought (Total : 500)
5 azn
Saytda Xüsusi Paylaşım (foto ilə)
Bizə 5 AZN dəstək göstərən hər kəsin adını və seçdiyi fotoşəkli 11 may moda nümayişimizdən sonra saytımızda çap edəcəyimiz xüsusi səhifədə qeyd edəcəyik!
1 times bought (Total : 500)
1000 azn
Sponsorluq
Bizə 1,000.00 AZN və ya daha çox dəstək olan hər bir əxs və ya təşkilat 11 may moda nümayişimizdə sponsor kimi qeyd olunacaq və seçim üzrə loqosu bütün tədbir materiallarında yerləşdiriləcək.
0 times bought (Total : 3)
3000 azn
Kolleksiya
Bizim ehtiyacımız olan məbləği (3000 AZN-i) ianə edən şəxs (təşkilat) tədbirin və tədqim edəcəyimiz kolleksiyanın adını təyin edəcək. Tədbirin sonunda təqdim olunan geyimləri öz adından modellərə hədiyyə etmək şansı qazanacaq.
0 times bought (Total : 1)

(на русском ниже) (English Below Russian)

 

Salam, dostlar!

 

Biz, Kekalove Adaptive, 2019-cu ildə Bakıda yaranmışıq və əlilliyi olan şəxslər üçün geyim brendiyik. May ayının 11-də keçiriləcək moda nümayişinə hər birinizi gözləyəcəyik. 

 

Bizim ilk moda nümayişimiz 2021-ci ildə baş tutub. Bu tədbir o qədər çox bəyənildi ki, biz davamlı şəkildə ancaq əlilliyi olan modellərin səhnəyə çıxdığı moda nümayişləri təşkil emtəyə başladıq. Son 2 il ərzində biz 5 dəfə bu cür tədbir təşkil edərək 50-dən çox əlilliyi olan model üçün yeni gəlir yeri yaratmışıq. Təkcə 2022-ci ildə bizim modellərimiz ümumilikdə 6 min AZN-dən çox gəlir əldə ediblər. 

 

Model olaraq səhnəyə çıxaraq biz əlilliyi olan şəxslərin bir çox işi, o cümlədən modelliyi də kifayət qədər yaxşı bacardığını insanlara izah etməyə çalışırıq. Bizim Kekalove Adaptive Moda Nümayişi tədbirimiz əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi üçün hazırladığımız yaradıcı incəsənət məhsuludur. 

 

Biz sizdən moda nümayişimizi davamlı emtək üçün bizə dəstək olmağınızı xahiş edirik

 

Mən əlilliyi olan şəxslərin problemlərini gözdən əlilliyi olan və tam görmə qabiliyyətini itirmiş nənəm Səlimətin təcrübələrindən öyrənmiəm. Bu gün nənəm ilhamlanaraq bu işə başlayan bizim ailəmiz artıq onlarla insandan - modellərdən, dizaynerlərdən, dərzilərdən və könüllülərdən ibarətdir. 

 

Bizim kampaniyamıza dəstək olan hər kəsi öz ailəmizin bir üzvü hesab edirik və 20 AZN və yuxarı ianə edən hər kəsi öz moda nümayişimizə sevə-sevə dəvət edəcəyik

 

Əlilliyi olan şəxslər model qismində səhnəyə çıxarkən:

 

  • əlilliyi olan insanlara qarşı stereoptipləri sındırırlar, həmin stiqmanın üstündən öz arabaları ilə keçərək hətta poza da veririlər, 
  • əlilliyi olan şəxslərin bacarıqlarının nəyə qadir olduğunu ortaya qoyurlar,
  • inklüziv, əlilliyi olan şəxslərin daxil oldğu iqtisadiyyata və əmək bazarına töhfə verirlər,
  • moda sənayesində əlilliyi olan şəxslər üçün yeni cığır açırlar, hətta asfalt yol çəkirlər, 
  • özlərinə olan inamı, güvəni artırırlar, 
  • mediyada əlilliyi olan şəxslərin düzgün təmsilçiliyinə şərait yaradırlar,
  • əlilliklə bağlı bütün yalnız düşüncələrə son qoyurlar. 

 

İndi sizin da bizim üçün çox dəyərli olan bu tədbirə töhfə vermək şansınız var! 

 

Biz 50-ə yaxın modellə birgə çalışmışıq. Onların arasında həm yaşlılar, həm gənclər, həm də əlilliyi olan körpə uşaqlar olub. Biz Azərbaycanda yerləşən səfirliklər, beynəlxalq təşkilatlar və böyük bizneslərlə əməkdaşlıq etmişik. Bizim keçmiş əsas partnyorlarımıza ABŞ, İngiltərə, Fransa, Almaniya, İzrail, İsveç, İsveçrə səfirlikləri, USAİD, Qara Dəniz Fondu, EVZ Fondu, Ottobock və Seni şirkətləri daxildir. 

 

Bizim bu kampaniyamıza artıq iki böyük dəstəkçi də qoşulub - Almaniya və Fransanın Azırbaycandə səfirlikləri Kekalove Adaptive Moda Nümayişinin təşkilində bizə müəyyən dəstək göstərəcəklər. Almaniyanın ölkəmizdəki səfiri cənab Horlemanın qonaqpərvərliyi sayəsində biz tədbirimizi onun evində keçirəcəyik. Almaniya Səfirliyi bizim bütün qonaqlarımıza qida və içkilər də təmin edəcək. Fransanın ölkəmizdəki səfirliyi isə bir daha əlilliyi olan şəxslərə olan diqqət və qayğısını bizim adaptiv geyim kolleksiyasının hazırlanmasını öz boynuna götürərək göstərdi. Onlar sizə nümayiş etdirəcəyimiz geyimlər üçün parçaların alınması və dərzi xərclərini  qarşılayırlar.

 

Amma buna baxmayaraq, sizin dəstəyiniz bizim üçün çox önəmlidir. Mayın 11-də sizi nələr gözləyir? 

 

  • Paraleli ancaq ABŞ-da keçirilən əlilliyi olan şəxslərin moda nümayişinə dəvətnamə, 
  • Tədbir zamanı içkilər və yüngül qidalar, 
  • Əlilliyi olan qadınların dizayn və istehsal etdiyi aksesuarlar,  
  • Əlilliyi olan modellərlə şəbəkələşmə və birbaşa tanışlıq imkanı, 
  • Almaniyanın Azərbaycandakı səfirinin evini ziyarət etmək imkanı, 
  • Bir çox xarici təşkilat, səfirlik və Kekalove Adaptive tərəfdaşları ilə tanış olmaq şansı, 
  • Azərbaycanda incəsənət əsaslı əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi hərəkatına dəstək olmaq şansı. 
     

Sizin dəstəyiniz bizim hansı ehtiyaclarımızı qarşılayacaq? 

 

  • Modellik üçün ödənişlər, 
  • Tədbir üçün çap və promo xərcləri,
  • Fotoqraf və videoqraf xərcləri, 
  • Dizaynerlər, könüllülər və menecerlər üçün nəzərdə tutulan qonorarlar,
  • Modellər üçün saç, makyaj, tədbirə hazırlıq,
  • Modellər üçün nəqliyyat xərcləri,
  • Tədbirin reklam xərcləri. 
     

Bütün bunlar sizin ianələrinizlə qısa zamanda həll oluna bilər. Elə isə nə gözləyirsiz? Elə indicə əlilliyi olan şəxslərin Bakıdakı moda nümayişini təşkil olunmasına öz dəstəyini göstər. 

 

Dəstək olan hər kəsə öz dərin minnətdarlığımızı bildiririk <3 

 

Hörmətlə,

Məhəmməd Kekalov

Sosial Sahibkar, Kekalove Adaptive Moda Nümayişinin təsisçisi

 

[RUS] 

 

Здравствуйте друзья!

 

Мы, Kekalove Adaptive, были основаны в Баку в 2019 году и являемся брендом одежды для людей с ограниченными возможностями. Ждем каждого из вас на модном показе 11 мая.

 

Наш первый показ мод состоялся в 2021 году. Это событие было настолько хорошо встречено, что мы начали постоянно организовывать показы мод, на которых на сцене появлялись только модели с ограниченными возможностями. За последние 2 года мы организовали 5 таких мероприятий, создав новый источник дохода для более чем 50 моделей с инвалидностью. Только в 2022 году наши модели в сумме заработали более 6 тысяч манатов.

 

Появляясь на сцене в качестве моделей, мы пытаемся объяснить людям, что люди с инвалидностью могут делать многие вещи, в том числе модельный бизнес, достаточно хорошо. Наше мероприятие Kekalove Adaptive Fashion Show — это творческий арт-продукт, который мы создали для защиты прав людей с ограниченными возможностями.

 

Мы просим вас поддержать нас в продолжении нашего модного показа.

 

О проблемах людей с инвалидностью я узнала из опыта своей бабушки Салимат, которая была слабовидящей и полностью слепой. Сегодня наша семья, начавшая этот бизнес по вдохновению моей бабушки, уже состоит из десятков человек — моделей, дизайнеров, портных и волонтеров.

 

Мы считаем каждого, кто поддерживает нашу кампанию, членом нашей семьи, и мы с радостью пригласим всех, кто пожертвует 20 AZN и выше, на наш показ мод.

 

Когда люди с ограниченными возможностями появляются на сцене в качестве моделей:

 

  • они ломают стереотипы в отношении людей с инвалидностью, они даже позируют с инвалидными колясками из-за этого клейма,
    раскрыть, на что способны люди с инвалидностью,
    способствовать инклюзивной экономике и рынку труда с учетом интересов инвалидов,
    они прокладывают новый путь для людей с инвалидностью в фэшн-индустрии, даже прокладывают дорогу,
    они повышают их уверенность и уверенность в себе,
    создают условия для надлежащего представления лиц с инвалидностью в СМИ,
    они положили конец всем только мыслям об инвалидности.
     

Теперь у вас есть шанс внести свой вклад в это событие, которое очень ценно для нас!

 

Мы работали примерно с 50 моделями. Среди них были старики, молодежь и младенцы с ограниченными возможностями. Мы сотрудничали с посольствами, международными организациями и крупными предприятиями, расположенными в Азербайджане. Нашими бывшими крупными партнерами являются посольства США, Великобритании, Франции, Германии, Израиля, Швеции, Швейцарии, USAID, Black Sea Foundation, EVZ Foundation, компании Ottobock и Seni.

 

К нашей кампании уже присоединились два крупных сторонника - посольства Германии и Франции в Азербайджане окажут нам некоторую поддержку в организации Kekalove Adaptive Fashion Show. Благодаря гостеприимству г-на Хорлемана, посла Германии в нашей стране, мы проведем наше мероприятие в его доме. Посольство Германии также предоставит еду и напитки всем нашим гостям. Посольство Франции в нашей стране в очередной раз проявило свое внимание и заботу о людях с ограниченными возможностями, взяв на себя подготовку нашей коллекции адаптивной одежды. Они покрывают расходы на покупку тканей и пошив одежды, которую мы вам покажем.

 

Тем не менее, ваша поддержка очень важна для нас. Что вас ждет 11 мая?

 

  • Приглашение на параллельный показ мод для людей с ограниченными возможностями, проходящий только в США,
    Напитки и закуски во время мероприятия,
    Аксессуары, разработанные и произведенные женщинами с ограниченными возможностями,
    Возможность нетворкинга и прямого знакомства с моделями с ограниченными возможностями,
    возможность посетить дом посла Германии в Азербайджане,
    Возможность познакомиться со многими иностранными организациями, посольствами и партнерами Kekalove Adaptive,
    Шанс поддержать движение по защите прав лиц с инвалидностью, связанной с искусством, в Азербайджане.

    Какие потребности будет удовлетворять ваша поддержка?

 

  • Плата за моделирование,
    Расходы на печать и рекламу мероприятия,
    Расходы на фотографа и видеооператора,
    Роялти для дизайнеров, волонтеров и менеджеров,
    Прически, макияж, подготовка мероприятий для моделей,
    Стоимость доставки моделей,
    Расходы на рекламу мероприятия.

    Все это можно решить за короткое время с помощью ваших пожертвований. И так, чего же ты ждешь? Поддержите организацию показа мод для людей с ограниченными возможностями в Баку.

 

Выражаем огромную благодарность всем, кто поддержал нас <3

 

Искренне,

Мухаммад Кекалов

Социальный предприниматель, основатель Kekalove Adaptive Fashion Show.

 

[ENG]

 

Dear friends!

 

We, Kekalove Adaptive, were founded in Baku in 2019 and are a clothing brand for people with disabilities. We will wait for each one of you at the fashion show on May 11.

 

Our first fashion show took place in 2021. This event was so well received that we started to continuously organize fashion shows where only models with disabilities appeared on stage. Over the past 2 years, we have organized 5 such events, creating a new source of income for more than 50 models with disabilities. In 2022 alone, our models earned more than 6 thousand AZN in total just from modeling.

 

By appearing on stage as models, we try to explain to people that people with disabilities can do many things, including modeling, quite well. Our Kekalove Adaptive Fashion Show event is a creative art product that we created to protect the rights of people with disabilities.

 

We ask you to support us in continuing to absorb our fashion show!

 

I learned about the problems of people with disabilities from the experiences of my grandmother Salimat, who was visually impaired and completely lost her sight. Today, our family, which started this business inspired by my grandmother, already consists of dozens of people - models, designers, tailors and volunteers.

 

We consider everyone who supports our campaign as a member of our family and we will gladly invite everyone who donates 20 AZN and above to our fashion show

 

When people with disabilities appear on stage as models:

 

  • they break the stereotypes against people with disabilities, they even pose with their wheelchairs over that stigma,
    reveal what the abilities of people with disabilities are capable of,
    contribute to an inclusive, disability-inclusive economy and labor market,
    they are paving a new path for people with disabilities in the fashion industry, even paving the way,
    they increase their confidence and self-confidence,
    they create conditions for proper representation of persons with disabilities in the media,
    they put an end to all only thoughts about disability.
     

Now is your chance to contribute to this event, which is very valuable to us!

 

We have worked with about 50 models. Among them were old people, young people, and babies with disabilities. We have cooperated with embassies, international organizations and large businesses located in Azerbaijan. Our former major partners include the embassies of USA, UK, France, Germany, Israel, Sweden, Switzerland, USAID, Black Sea Foundation, EVZ Foundation, Ottobock and Seni companies.

 

Two big supporters have already joined our campaign - the embassies of Germany and France in Azerbaijan will give us some support in organizing the Kekalove Adaptive Fashion Show. Thanks to the hospitality of Mr. Horleman, the ambassador of Germany to our country, we will hold our event in his house. The German Embassy will also provide food and drinks to all our guests. The Embassy of France in our country once again showed its attention and concern for people with disabilities by taking upon itself the preparation of our adaptive clothing collection. They cover the purchase of fabrics and tailoring costs for the garments we will show you.

 

However, your support is very important to us. What awaits you on May 11?

 

  • Invitation to a parallel fashion show for people with disabilities held only in the United States,
    Drinks and snacks during the event,
    Accessories designed and produced by women with disabilities,
    The possibility of networking and direct acquaintance with models with disabilities,
    the opportunity to visit the house of the German ambassador to Azerbaijan,
    A chance to meet many foreign organizations, embassies and Kekalove Adaptive partners,
    A chance to support the movement for the protection of the rights of persons with art-based disabilities in Azerbaijan.

    What needs will your support meet?

 

  • Payments for modeling,
    Printing and promotional costs for the event,
    Photographer and videographer expenses,
    Royalties for designers, volunteers and managers,
    Hair, makeup, event preparation for models,
    Shipping costs for models,
    Advertising costs of the event.

    All this can be solved in a short time with your donations. So what are you waiting for? Show your support for organizing a fashion show for people with disabilities in Baku.

 

We express our deep gratitude to everyone who supported us <3

 

Sincerely,

Mahammad Kekalov

Social Entrepreneur, founder of Kekalove Adaptive Fashion Show

Links

Tags

əlillik incəsənət moda inklüziya müyəssərlik

Realize your ideas with us!