[email protected] World Language Center (Said Rustamov 17)

Monopolist Hacı Qara

Monopoliya oyununun Azərbaycan dilində hazırlanaraq satışa çıxarılması
1 azn Collected
Target 3000 azn
  • 1 Supporter

  • Expired!

  • 21 July 2022 - End date

All or Nothing. The project must have achieved its goal for funding to be received. The supports of the projects that do not reach their goals are returned to the supporters.
Avatar

Project Owner

Əliqulu Abbasov

Azərbaycan,Bakı

Awards

50 azn
Təşəkkür e-maili
50 manata qədər ianə edən şəxslərə tərəfimizdən təşəkkür məktubu göndəriləcək.
0 times bought (Total : 1)
51 azn
50% Endirim kuponu
51-100 manat aralığında ianə edənlərə ilk satışa çıxacaq olan "Monopolist Hacı Qara" adlı oyunumuzu 50% endirimlə əldə edə biləcəklər.
0 times bought (Total : 1)
reward image
101 azn
Monopolist Hacı Qara oyunu
101 manat və daha çox ianə edən şəxslərə ilk satışa çıxacaq olan "Monopolist Hacı Qara" adlı ilk oyunumuzu hədiyyə olaraq göndərəcəyik.
0 times bought (Total : 1)

Mən Əliqulu və dostum Elvin, 30-lu yaşlardayıq. Hal hazırda Lənkəran şəhərində özəl şirkətlərdən birində çalışırıq. Bu günə qədər şəxsən həyata keçirdiyimiz və investorların dəstəyi ilə həyata keçirdiyimiz bir çox uğurlu layihələrimiz olmuşdur, lakin sosial sahibkarlıq istiqamətində bu layihəmiz bir ilk olacaqdır. 

 

Layihə ölkəmizdə Azərbaycan dilində tərcüməsi olmayan və ya çox çətinliklə tapılan, intellektual və əyləncəli ailə və uşaq oyunlarının istehsalını və bu sahədə olan boşluğu doldurmağı özündə cəmləşdirir. Belə ki, biz ilk olaraq dünyaca məşhur MONOPOLİYA oyununun Azərbaycana, xüsusən də Bakı şəhərinə aid prototipini yaratmağı planlalaşdırırıq.  Bu istiqamətdə artıq bir çox işlər görmüşük. Layihəni reallaşdırmaq üçün lazım olan ilkin büdcə 6000 manat təşkil edir ki, bunun da 50%-ni şəxsi qənaətimiz hesabına topladığımız pul ilə qarşılayacağıq. Digər 50 % büdcəni isə kraudfounding hesabına, yəni sizlərin dəstəyi hesabına tamamlamağı planlaşdırırıq.

 İnsanlar düşünə bilər ki, bu layihə öz-özlüyündə heç bir sosiallıq daşımır, sosial layihə deyil. Lakin bir nüansı nəzərinizə çatdırmaq istəyirəm ki, şəxsən mən və mənim timsalımda minlərlə xarici dil biliyi olmayan gənc kütləyə dünyaca məşhur bir oyun haqqında təsəvvürü olmaması çətin gəlir. Digər tərəfdən Monopoliya kimi onlarla xarici oyunlar vardır ki,  bu oyunların oynanılması insanlarda iqtisadi biliklərin inkişafına, biznes təcrübəsinə, insanların xarakterinin öyrənilməsinə, cəld qərar vermə qabiliyyətinin yaxşılaşdırılmasına birbaşa təsir edir. Mənim düşüncəmə görə bu tip oyunların Azərbaycan dilində olması gənclərimizin digər zərərli oyunlardan yayınaraq öyrədici oyunlara daha çox üstünlük verməsinə səbəb olacaqdır.

 

Bu layihədən sizlər nələr qazanacaqsınız? 

Cəmiyyət olaraq əlbəttə ki, kraudfoundingə açıq yetişdirilməmişik, bizlər nələr veririksə qarşılığını da almağa öyrəşmişik. Dahi dramaturqumuz Mirzə Fətəli Axundzadənin Sərgüzəşti Mərdi Xəsis komediyasında “Hacı Qara”-nın dediyi kimi, “Mən faydasız pul verməyə öyrəşməmişəm, 100 qızıla 5 qızıl versəniz sözünüzə qulaq asaram”. 

Lakin cəmiyyət olaraq bu layihədən qazancımız o olacaq ki,  xaricdə yaranan bütün öyrədici oyunların Azərbaycan dilində və Azərbaycan bazarında rahatlıqla tapılmasına vasitə olacağıq. Sizin ianə etdiyiniz hər 1 manat bu toxumu cücərdəcək. 

Əlavə olaraq layihə uğurlu olacağı təqdirdə ianəçilərə təşəkkürümüzü bildirən kiçik hədiyyələr də düşünmüşük.

Belə ki, 1-50 manat aralıqda ianə edənlər bu toxuma su verənlər olaraq tərəfimizdən təşəkkür emaili alacaqlar.

51-100 manat aralıqda ianə edənlər “Monopolist Hacı Qara” adlı ilk oyunumuz satışa çıxdıqda 50% endirimlə əldə edə biləcəklər.

101 manat və daha çox ianə edənlər isə “Monopolist Hacı Qara” adlı ilk oyunumuz satışa çıxdıqda pulsuz əldə etmək imkanı qazanacaqlar. 

Hər bir ianəçiyə qabaqcadan təşəkkürümüzü bildirir, bu ianələrinizin gəncliyimizə bir yatırım olduğunu unutmamağınızı istəyirik.

Links

Realize your ideas with us!