[email protected] World Language Center (Said Rustamov 17)

“Nərgiz” animasiya filmi

Əfsanəvi “Tıq-Tıq xanım” animasiya filminin rejissoruna dəstək verək!
1382 azn Collected
Target 1900 azn
  • 14 Supporter

  • Expired!

  • 09 July 2023 - End date

All or Nothing. The project must have achieved its goal for funding to be received. The supports of the projects that do not reach their goals are returned to the supporters.
Avatar

Project Owner

Rəşid Ağamalıyev

Azərbaycan,Bakı

Awards

20 azn
Adınız filmin titrlərində qeyd olunacaq
3 times bought (Total : 1000)
50 azn
Filmin premyerasına dəvətnamə
+ əvvəlki mükafat
2 times bought (Total : 500)
100 azn
Məsud Pənahinin imzası ilə filmin açıqçası hədiyyə
+ əvvəlki mükafatlar
0 times bought (Total : 250)
200 azn
Məsud Pənahidən təşəkkür məktubu
+ əvvəlki mükafatlar
0 times bought (Total : 100)
500 azn
Məsud Pənahinin imzası ilə filmin orijinal eskizi
+ əvvəlki mükafatlar
0 times bought (Total : 20)
1000 azn
Məsud Pənahi ilə Bakıda şam yeməyi
+ əvvəlki mükafatlar
1 times bought (Total : 10)
5000 azn
Filmin rəsmi sponsorlarından biri olursunuz
+ əvvəlki mükafatlar
0 times bought (Total : 5)
10000 azn
Filmin rəsmi baş sponsorlarından biri olursunuz
+ əvvəlki mükafatlar
0 times bought (Total : 3)
30000 azn
Filmin ko-prodüseri olursunuz
+ əvvəlki mükafatlar
0 times bought (Total : 1)

Əziz dostlar!

 

Məşhur “Tıq-Tıq xanım” animasiya filminin rejissoru Məsud Pənahi uşaqlar üçün “Nərgiz” adlı yeni film hazırlamaq niyyətindədir!

 

“Nərgiz” filminin əsas maarifləndirici məqsədi işğaldan azad olunmuş ərazilərdə düşmənin basdırdığı mina sahələrinə diqqəti yönəltmək, minaların necə təhlükəli olduğunu uşaqların diqqətinə çatdırmaqdır.

 

Qarabağ müharibəsinin başa çatmasından ötən 2 il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlaması nəticəsində həlak olub ya da ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il lazımdır. Bu baxımdan “Nərgiz” filmi uşaqlar üçün olduqca önəmlidir.

 

“Nərgiz” filminin məqsədi, həmçinin, ərazilərimizdən minaların təmizlənməsi işinə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək və Azərbaycanın dövlət orqanlarına informasiya dəstəyi göstərməkdir.

 

Əziz dostlar!

 

Sizdən xahiş edirik, dövrümüz üçün son dərəcədə aktual olan “Nərgiz” qısametrajlı animasiya filminin çəkilib yayılması üçün bizə dəstək olasınız.

 

Mədəniyyət Nazirliyinə, Elm və Təhsil Nazirliyinə, Minatəmizləmə Agentliyinə və digər aidiyyatı qurumlara müraciət edirik – bu həyati əhəmiyyətli layihəyə dəstək olun!

 

Hörmətlə,

Məsud Pənahi, “Nərgiz” filminin rejissoru

Rəşid Ağamalıyev, “Nərgiz” filminin prodüseri

 

BÜDCƏ İLƏ BAĞLI MƏLUMAT:

  • 1900 AZN – bu məbləğlə filmin ssenarisi yazılacaq və storyboard çəkiləcək.
  • 10000 AZN – bu məbləğlə filmin bütün pre-production mərhələsini bitirəcəyik – ssenari, storyboard, personaj dizaynı, layout, animatik.
  • 46000 AZN – bu məbləğlə filmin pre-production və production mərhələlərini bitirəcəyik. Production mərhələsinin işləri bunlardan ibarətdir: animasiya, clean-up, coloring, VFX, kompoziting.
  • 58000 AZN – bu məbləğlə filmin pre-production, production və post-production mərhələlərini bitirəcəyik. Post-production mərhələsinin işləri bunlardan ibarətdir: kompoziting, montaj, musiqinin yazılması, səsləndirmə, soundmix, DCP export.

Links

Tags

Animasiya cizgi film Tik-Tik xanim animafilm kino

Realize your ideas with us!