[email protected] World Language Center (Səid Rüstəmov 17)

"Toxum.org" sosial və sosial sahibkarlıq layihələri üçün yaradılmış kraudfandinq platformasıdır. 2017-ci ildən fəaliyyət göstərən platforma bu illər ərzində istifadəçilərə müxtəlif layihələrin reallaşması üçün vəsait toplamaq və təşəbbüsləri ətrafında çevrə qurmaq üçün fürsət yaradır. Toxumun əsas məqsədi ölkəmizdə kraudfandinq və dəstək mədəniyyətini formalaşdırmaq, onu həyat tərzinin bir hissəsinə çevirməkdir.

Bizim təsəvvürümüzdə olan toxumlardan fərqli olaraq, hazırda məlumat aldığınız "Toxum" sizin ideyanızı təsvir edir. Burada siz toxum mərhələsində olan ideyalarınızı nəhəng layihələrə çevirə biləcəksiniz.

"Toxum.org" layihələri kraudfandinq üsulu ilə maliyyələşdirir. Bu maliyyələşməyə könüllü dəstəkçiləri və ideya sahiblərini bir araya gətirməklə nail oluruq. Toxum bunun üçün ən doğru ünvandır.

Platformada sosial və sosial sahibkarlıq layihələrinin yerləşdirilməsinə xüsusilə diqqət edirik.

Toplanılan məbləğ nağd formada layihə sahibinə təhvil verilir.

Toxum öz fəaliyyətini yalnız dəstəkçilərlə layihə sahiblərini bir araya gətirməklə məhdudlaşdırmır. Eyni zamanda sizlərin inkişafı üçün layihələr, seminarlar, video dərslər təklif edir. Digər təkliflərimizi dəyərləndirməklə də siz, özünüzdə müxtəlif mövzularla bağlı daha dərin təsəvvür formalaşdıra bilərsiniz. Öyrənəcəyiniz bilik və bacarıqlardan istər professional fəaliyyətinizdə, istərsə də ideyalarınızı həyata keçirmək mərhələsində faydalana bilərsiniz.

Toxum-da qeydiyyatdan keçdiyiniz təqdirdə əməkdaşlarımız 2 gün ərzində sizinlə əlaqə yaradacaqlar. Eyni zamanda sosial şəbəkələrdə də (facebook/instagram) bizə yaza bilərsiniz.

Sosial yönümlü start-up və kiçik layihələrin həyata keçirilməsi üçün kütləvi maliyyələşdirmə metodudur. Əvvəllər bir çox layihələr üçün ya qrantlara, sponsorlara müraciət olunurdu, ya da investor və ya kifayət qədər məbləğ olmadığından həyata keçirilə bilmirdi, lakin kraudfandinq üsulu ilə bu məbləği sadə və rahat yolla əldə edə bilərsiniz. Layihənizi dəstəkləyən şəxslər könüllü olaraq lazımi məbləğin yığılmasında dəstək göstərir, beləcə ideyalarınızı daha rahat yolla həyata keçirə bilirsiniz. Və kraudfandinqin 4 növü var: İanə xarakterli, hansı ki insanlar könüllü olaraq heç bir mənfəət gözləmədən bu dəstəyi göstərirlər. Bir çox insan tərəfindən kiçik məbləğli ianələr toplanaraq həyata keçirilir. Mükafat xarakterli, hansı ki edilən ianənin qarşılığında layihənin növündən asılı olaraq ya hazırlanan məhsul təqdim edilir, ya da ödənişsiz xidmət təklif olunur. Borc əsaslı kraudfandinq isə tamamilə borc sistemi üzərində qurulur və ehtiyac duyulan məbləğin daha tez toplanmasında böyük rol oynayır. Səhm əsaslı kraudfandinqdə isə, ödədiyiniz məbləğin qarşılığında layihənin bir ortağına çevrilirsiniz, yəni buradaki fəaliyyətdən sizə də pay düşür.

Sosial sahibkarlıq sosial layihələrin biznes yönümlü inkişaf etdirilməsinə yönəlmiş bir fəaliyyət növüdür. Yəni, sosial dedikdə, ekoloji şüurluluq, gender və insan haqları məsələləri burada daha çox əksini tapır. Sosial sahibkarlıq bəzən xeyriyyəçiliklə qarışdırılır, lakin fərqli cəhət ondadır ki, xeyriyyəçilik fəaliyyətlərində davamlılıq olmur, lakin sosial sahibkarlıq fəaliyyətində isə davamlılıq əsasdır. Layihə üçün qoyulan kapitalla layihə özü-özünü davam etdirməli, hətta daha da çox inkişaf etməlidir. Sosial sahibkarlığın əsas məqsədi sosial problemləri davamlı biznes yolu ilə həll etməkdir.

Sosial layihə həyata keçirildiyi zaman ətraf mühitə fayda verə biləcək layihələrdir. Yəni, burada əsas məqsəd ətraf mühit və ya cəmiyyətdə olan problemlərə toxunmaq, onları aradan qaldırmaqdır.

Əvvəlcə əgər saytda qeydiyyatınız yoxdursa, qeydiyyatdan keçməli, daha sonra isə layihə yerləşdirmək üçün lazımlı olan qaydaları qəbul etməlisiniz. Bunlara daxildir: layihənin sosial əhəmiyyətinin ətraflı izahı, Azərbaycan Respublikasının qanunlarına zidd olmamalı, müddətlilik və şəffaflıq olmalıdır. Sonda isə, nəticə və hesabat doğru şəkildə sayta yerləşdirilməlidir.

Layihələr və ideyalar zamanla düşünülən, dəyişilən bir şeydir. Buna görə də əsas olan onun oğurlanmağından çəkinmək yox, həyata necə daha mükəmməl şəkildə keçirməyi düşünməkdir. Çünki layihənin mükəmməlliyinin əsas səbəbi ideya ilə yanaşı onu həyata keçirən komandadan da asılıdır. Buna görə də gözləmək əvəzinə layihənizi sayta yerləşdirərək maliyyə dəstəyini əldə etməyə başlaya bilərsiniz.

Hər bir proyekt səhifəsində "Dəstək ol" düyməsini klikləyərək maddi olaraq istədiyiniz məbləği göndərə bilərsiniz. Bundan əlavə layihə haqqında dostlarınızla bölüşərək mənəvi dəstək olmağınız da mümkündür.

Kraudfandinq müəyyən bir kütlə tərəfindən hər hansı sosial layihənin həyata keçirilməsi üçün edilən ianə metodudur. Buna görə də investor sayıla bilmir. Çünki burada sizə maddi dəstəyi göstərən şəxslər sizə ortaq sayılmır, əsasən, mükafat və ya ianə əsaslı olur kraudfandinq. İnvestorda isə tam əksidir.

Layihələr sayta yerləşdirildikdən sonra komanda həmin layihələrin daha çox kütləyə çatması və korporativ əməkdaşlıqların qurulması üçün işlərə başlayır.

Toxum platforması 2017-ci ildən bəri kraudfandinq sistemini inkişaf etdirərək sosial və sosial sahibkarlıq sahəsində ideyaları olan şəxslərin layihələrini reallaşdırmaq üçün vəsait, eyni zamanda, bu ideya ətrafında çevrə toplanmasını təmin etmək üçün çalışır.

Toxum-un əsas xidməti layihələr üçün dəstəkçilər taparaq ideyaları reallaşdırmaq, yəni layihə sahibi və dəstəkçini bir araya gətirmək, məhsul isə bir müddət əvvəl ərsəyə gətirilən, ideyaların işıqlandırılması bələdçi rolu oynayan T’OXU’M kitabıdır. Bunlarla yanaşı öyrədici təlimlərimiz - Toxum SCHOOL da bizim təklif etdiyimiz xidmətlər arasındadır.

Platformada sosial və sosial sahibkarlıq layihələrinin yerləşdirilməsinə xüsusilə diqqət edirik. Bu layihələr ətraf mühit və cəmiyyətdə olan problemlərin həllində rol oynayacaq layihələr olmalıdır.

2017-ci ildən fəaliyyət göstərən platformamızın ən cəlbedici məhsullarından biri “Toxum School” layihəsidir. “Toxum School” layihəsi ilə kraudfandinqin kiçik detallarından başlayaraq ideyaların layihə halına gətirilmə yolları və maddi dəstəyin necə toplanmasını öyrətməyə çalışırıq.

Ağlınızdaki ideyanı qısa məzmun formasında bizim saytımıza yerləşdirərək maliyyə dəstəkçilərini tapa və mümkün olduğu qədər tez bir zamanda layihənizi həyata keçirə bilərsiniz.

Toxum-da yerləşdirilən layihələrə toplanan məbləğin 10%-I Toxum-a çatır. Eyni zamanda, bu 10%-ə sizin ödəməli olduğunuz vergilər və saytın saxlanması xərcləri daxil olur. Geri qalanı isə layihə rəhbərinin özünə nağd şəkildə təqdim olunur.

Əgər siz, toplanan məbləğlə ideyanızı reallaşdıra bilirsinizsə, məbləğ sizə təhvil verilir. Əks halda lazımlı məbləğ toplanana qədər layihənin müddəti uzadılır.

Yığılan məbləğ əməkdaşlarımız tərəfindən nağd şəkildə layihə sahibinə ödənilir.

Layihənin məbləğ hədəfinə çatılmadığı təqdirdə hazırki yığılan məbləğ layihə sahiblərinə qaytarılır.

Kraudfandiqlə siz daha rahat və sadə formada layihəniz üçün lazım olan məbləği yığa, eyni zamanda məhsul və ya xidmətiniz üçün həm yerli, həm də xarici bazara asan çıxış əldə edə bilərsiniz. Həm də kraudfandiqdə istehsalı planlaşdırılmış məhsulunuz üçün əvvəlcədən maliyyə vəsaitinin yığılması imkanı da var.

İanə et

Layihələrimizə Dəstək Olmaq İstəyirsiniz?

dəstək ol

Bizimlə Əlaqə

Komandamız suallarınıza cavab üçün hər zaman hazırdır!

İdeyanıza bizimlə həyat verin!