[email protected] World Language Center (Səid Rüstəmov 17)
image

Toxum School

“Toxum School” nədir?

2018-ci ildən fəaliyyət göstərən platformamızın ən cəlbedici məhsullarından biri “Toxum School” layihəsidir. “Toxum School” layihəsinin məqsədi kraudfandinqin kiçik detallarından başlayaraq ideyaların layihə halına gətirilməsini, maddi dəstəyin necə toplanmasını öyrətməkdir. Əyani və onlayn təlim proqramları sosial sahibkarlıq, kraudfandinq, layihələrin idarəedilməsi, marketinq, brendinq, idarəetmənin hüquqi aspektləri və bir çox digər mövzuları əhatə edir. Bu layihə vasitəsi ilə biz insanların ideyalarının fikir olaraq qalmağına yox, həyata keçirməyinə vasitəçi olmağa çalışırıq. İndiyə kimi keçirdiyimiz “Toxum School” proqramında bir neçə şəxslərin ideyalarının həyata keçirilməsi üçün kampaniyaya başlamışıq.

2020-ci ildə isə “Toxum School” layihəsindən tək böyüklər yox həmçinin yeniyetmələrin də faydalanması üçün şərait yaratdıq. Buna görə “Toxum School”-un tərkibində “Toxum School Teenager” pilot layihəsini (vebinar) Gürcüstanın Kant`s Academy ilə birlikdə həyata keçirdik.

 

Layihənin əsas mövzuları aşağıdakılar idi:

  • Sosial sahibkarlıq;
  • Brendin formalaşması;
  • Layihə yazılması və idarə edilməsi;

 

Layihəmizə Hədəf liseyindən, Oxford, Avropa Azərbaycan və Dünya IB məktəblərindən şagirdlər iştirak etdilər. Üç gün təşkil olunan vebinarları 28 nəfər iştirakçı uğurla tamamladı. Təlimçilər öz sahələri üzrə peşəkar yerli və xarici mütəxəssislər idi.

“Toxum School Teenager” proqramı ideya toxumundan son məhsula qədər gedən yolu bütün incəlikləri ilə yeniyemətlərə çatdırır. Bunu nəzəri və praktiki addımlarla gücləndirir. Yeniyetmələrin layihələrinin kraudfandinq üsulu ilə maliyyələşməsi və reallaşdırılması üçün tərtib olunub. Proqramın ilk hissəsi 4 həftə olmaqla 8 dərsdən ibarətdir. Hər bir dərs 3 saat davam edəcək. Toxum School Teenager özündə bir çox dərsləri əhatə edir. Dərslər kraudfandinq, sosial sahibkarlıq, layihə yazılması və idarə edilməsi olaraq üç hissəyə bölünür. Bu dərslərin hər biri də öz növbəsində alt başlıqlara bölünür.

Proqramın ikinci hissəsində uşaqlar öz ideyalarını Toxum.org platformasında yerləşdirərək kraudfandinq üsulu ilə maliyyələşdirilməsi üçün mentor dəstəyi aldılar.

 

Proqramın məqsədi

“Toxum School” iştirakçılarda layihə həyata keçirilməsi və layihələrin kütləvi  maliyyələşdirilməsi sahəsində kompleks bilik və bacarıqlar formalaşdırmaq, onların nəzəri biliklərinin praktiki tətbiqi boşluğunu doldurmaqla iştirakçıların arzularının işıqlandırmasına yardımçı olmaqdır.

 

Proqramın iştirakçıları

Peşə və ixtisasından asılı olmayaraq cəmiyyət üçün faydalı olduğunu düşündüyü sosial və sosial sahibkarlıq layihəsi olan və onu həyata keçirmək istəyən hər kəs.

 

İştirakçılar bu proqramdan nə əldə edəcək?

Sosial məsuliyyət: Övladlarınız artıq yeniyetmə yaşlarından ətrafdakı sosial problemlər haqqında məlumatlı olmağı və buna həll yolu təklif etməyi öyrənəcəklər.

Təşəbbüskarlıq: Yenilik yaratmaq, bundan çəkinməmək, uğur qazanmaq və bu yolda bələdçi olmaq bacarıqlarını kəşf edəcəklər.

Sosial sahibkarlıq: Sosial sahibkarlığın mahiyyətini, sosial sahibkar üçün lazım olan yumşaq (Soft) bacarıqları mənimsəyəcəklər.

Layihə idarəetməsi: İdeyanı layihəyə çevirmək, onu təqdim etmək və reallaşdırmaq üçün lazım olan bilgiləri və metodları öyrənəcəklər.

Kraudfandinq: Ümumi maliyyə savadlılığı ilə yanaşı kraudfandinq üsulu ilə layihələrini reallaşdırmaq üçün şans əldə edəcəklər.

Özgüvən: Yeniyetmələrin proqram boyu öyrəndikləri bilik və bacarıqlar onları həm akademik həm də praktiki iş mühitində fərqləndirəcək.

Proqramın qrup şəkildə tədris olunması nəzərdə tutulub.

Proqramın qiyməti: 195 azn.

 

Qeyd üçün bildirək ki, məktəblər və digər təşkilatlarla əməkdaşlıq edilə bilər. Bizim haqqımızda ətraflı məlumatı saytımız və sosial media hesablarımızdan öyrənə bilərsiniz.

Proqramın müddəti: 1 ay / 23 saat

Tədris tezliyi: Həftədə 2 gün / 3 saat

Tədris saatları: 11:00-14:00

Tədris metodikası: Təqdimatlar, interaktiv müzakirələr, fərdi tapşırıqlar, qrup işləri.

Tədris materialları: Təqdimat və paylama materialları, “T`OXU`M” kitabı.

İstək göndər

İanə et

Layihələrimizə Dəstək Olmaq İstəyirsiniz?

dəstək ol

Bizimlə Əlaqə

Komandamız suallarınıza cavab üçün hər zaman hazırdır!

İdeyanıza bizimlə həyat verin!