[email protected] World Language Center (Səid Rüstəmov 17)

Kraudfandinq nədir və platforma necə işləyir?

 

Kraudfandinq , sosial biznes, layihə və fərdlərə lazım olan kapitalı toplamaq üçün çoxlu kiçik dəstəyi bir araya gətirən maliyyələşmə formasıdır.Toxum.org kütlənin dəstəyi ilə istənilən layihənin reallaşdırılması üçün lazım olan kapitalı bir araya gətirən platformadır. Layihə sahibləri dəstək qarşılığında öz layihələri ilə bağlı  xidmətlər təklif edirlər. Toxum.org layihə sahiblərinə layihə səhifələri yarada, ödəniş sistemlərindən istifadə edə və kampaniyalarını həyata keçirə biləcəkləri mühit təklif edir.

LAYİHƏLƏRƏ NECƏ DƏSTƏK OLUNMALI?

Toxumları fidan etmək hamımızın məsuliyyətidir!

LAYİHƏLƏRƏ NƏZƏR SAL

Platformada sizin dəstəyinizi gözləyən onlarca layihə var. Onların hekayəsi ilə tanış ol, inandığın layihələri dəstəkləməkdən çəkinmə!

ÇOXLU MÜKAFATLAR

Hər bir layihədə dəstək miqdarına uyğun olaraq mükafatlar var. Dəstək ol, mükafat əldə et!

DƏSTƏK OL!

Marağını çəkən, faydalı hesab etdiyin layihəyə online dəstək ol. Dəstək barmağının ucundadır.

EŞİTMƏYƏN QALMASIN!

Dəstəklədiyin layihələri dostlarınla bölüş, daha çox insana çatmaqda yardımçı ol.

daha çoxunu kəşf et

LAYİHƏ NECƏ YERLƏŞDİRİLMƏLİ?

Öz arzunu işıqlandır!

PROYEKT YARAT

Layihənin hekayəsini və detallarını dəstəkçilərlə bölüş. Hekayəni daha maraqlı təsvir etmək üçün video və rəsmlər əlavə et. Özündən, komanda yoldaşlarından bəhs et.

HƏDƏF TƏYİN ET

Sizə lazım olan məbləği təyin edin. Hədəfə çatdıqda onu necə sərf edəcəyini qeyd edin.

MÜKAFATLAR ƏLAVƏ ET

Layihənlə bağlı 3 hədiyyə əlavə et. Bu layihənlə bağlı məhsul və ya xidmət ola bilər.

REKLAMA BAŞLA

Layihən sayta yerləşdirildikdən sonra sosial media üzərindən dəstəkçi toplamağa çalış.

daha çoxunu kəşf et

İdeyanıza bizimlə həyat verin!