[email protected] World Language Center (Səid Rüstəmov 17)

Uğur Hekayələri

Animafilm - ilk tam maliyyələşən layihə

Animafilm - ilk tam maliyyələşən layihə

Uşaqlar və böyüklər üçün ANİMAFİLM adlı animasiya festivalı təşkil olunur. Əsas məqsəd yerli və xarici tamaşaçıları, peşəkarları sevindirəcək, həmçinin, Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edəcək illik tədbirin yaradılmasıdır. 2020-ci ildə festival 3-cü dəfə – 14-18 oktyabr tarixlərində Bakıda keçirilir. Maraqlı animasiya filmlərinin nümayişi ilə yanaşı, azyaşlılar və yuxarı yaş kateqoriyasından olan tamaşaçılar üçün peşəkar ustad dərsləri, maraqlı mühazirələr, musiqili axşamlar, xüsusi uşaq proqramları və s. kimi maraqlı tədbirlər təşkil olunur. Festival beynəlxalq status daşıyırdı. Hər il bizə 50-60 ölkədən 500-600 sayda maraqlı animasiya filmləri və ssenarilər göndərilir və beynəlxalq münsiflər heyəti tərəfindən dəyərləndirilir. Təşkilatçılar festivalın keçirilməsi üçün vəsaitinin bir qismini sponsorlardan, digər hissəsini isə kraudfandinq hesabına əldə etmək istəyirdilər. İstəklərinə nail oldular. Məqsədə nail olmaq üçün 1000 AZN lazım idisə, bizim platforma va- 60 61 sitəsilə 1041,3 AZN əldə etmək imkanları oldu.

Son uğur hekayələri

Bağış et

Dəstək Olmaq İstəyirsiniz?

dəstək ol

İdeyanıza bizimlə həyat verin!