Crowdfunding terminini heç vaxt eşitməmiş olsanız belə, böyük ehtimalla sosyal mediada bunun bir çox örnəyi ilə rastlaşmısınızdır. Crowdfunding hər hansı bir layihəni və ya məqsədi həyata keçirmək üçün geniş kütlə tərəfindən maliyyə və ya digər vəsaitlərin təmin edilməsidir. Şəxslər vəyə kiçik şirkətlər, fikirləri üçün dəstək almaq məqsədilə bundan yararlana bilərlər.
Əgər ağlınızda həyata keçirmək istədiyiniz bir ideya var, lakin maliyyə cəhətdən problem yaşayırsınızsa, crowdfunding`lə məşğul olan platformaları araşdırmağınız sizin üçün əla fürsət olacaq. Aşağıda sizə 2022 il üzrə dünyanın ən yaxşı 5 crowdfunding platformasının siyahısı təqdim olunub:
Ümumilikdə ən yaxşı: Kickstarter
2.ci ümumilikdə ən yaxşı: İndiegogo
Kreativ və yaradıcılar üçün ən yaxşısı: Patreon
Şəxsi fandreyzinq üçün ən yaxşısı: GoFundMe
Kapital Crowdfunding üçün ən yaxşısı: CircleUp
Ümumilikdə ən yaxşı: Kickstarter
Kickstarter yaradıcılığa diqqət yetirən qlobal bir Crowdfunding platformasıdır. Şirkətin missiyası "kreativ layihələrin həyata keçirilməsinə yardım etməkdir". İncəsənətdən musiqiyə daha birçox layihələrə maliyyə fondu təmin etmişdir. Şirkət qurulduğu 2009-cu ildən bəri 6.5 milyard dolların üstündə pul topladı.
Kickstarter layihələrini dəstəkləyən şəxslərə yardımları qarşılığında hədiyyələr və ya təcrübələr təklif edər. Şirkət dünyanın hər yerindən dəstəkçilərə və ABŞ, İngiltərə, Kanada, Avstriya, Yeni Zellandiya, Hollandiya, Danimarka, Norveç və.s daxil olmaqla birçox ölkədən məzmun yaradıcılarına çatmaqdadır.
İanə toplamaq olduqca asandır. Məqsədinizi planlayaraq başlaya bilərsiniz və ardından onu tamamlamaq üçün bir zaman aralığı müəyyən edə bilərsiniz. Layihənizə başlamadan əvvəl onun Kickstarter tərəfindən təsdiq edilməsi lazımdır.
2.ci ümumilikdə ən yaxşı: İndiegogo
İndiegogo istifadəçiləri adətən texnoloji yeniliklər, yaradıcı çalışmalar və sosial layihələr üçün kampaniya yaradırlar. Bu cowdfunding platforması da Kickstarter`ə oxşar formada çalışır.
İndiegogo şirkəti, 2008-dən bugünə 800.000-dən çox kreativ layihənin həyata keçməsinə dəstək olmuşdur. Bugün, 235 ölkə və bölgəni təmsil edən 9 milyondan çox dəstəkçi qrupu var.
Kickstarter ilə birlikdə İndiegogo, ən populyar 2 cowdfunding platformasından biridir. Kickstarter`dən fərqli olaraq İndiegogo`nun daha sərbəst prinsipləri vardır və bu istifadəçilərin digər platformaların edə bilmədiyi kampaniyaları İndiegogo`da maliyyələşdirməsinə icazə verir. Məsələn, Kickstarter Sağlamlıq Xidmətləri layihələrinə icazə vermir, lakin İndiegogo`da bunu asanlıqla reallaşdıra bilərsiniz.
Kreativ və yaradıcılar üçün ən yaxşısı: Patreon
Patreon Youtube istifadəçiləri, podkastçılar və blog yazarları arasında olduqca populyardır. Bu platformada tək səfərdə pul yığılmasının əksinə, istifadəçilər hər ay və ya yaratdıqları layihələr əsasında müəyyən miqdarda ianə toplanması üçün abonəlik modeli vardır.
Platforma, yaradıcı şəxlərin öz heyranları ilə əlaqə yaratmasına kömək edir və onların layihələrini maliyyələşdirməsi üçün heyranlarını və digər şəxsləri həvəsləndirir. Yaradıcı şəxslər nə qədər çox iş ortaya çıxarsalar o qədər uğur əldə edərlər, lakin davamlı yeni işlər ortaya çıxmayanda insanlar abonəliklərini ləğv edə bilərlər.
Patreon, platformada hər ay qazanılan gəlir üçün 3 fərqli şəkildə plan təklif edər: Lite (%5), Pro (%8) və Premium (%12). Seçdiyiniz plana görə gəliriniz də dəyişəcəkdir.
Şəxsi fandreyzinq üçün ən yaxşısı: GoFundMe
Böyük ehtimalla sosial mediada, özəlliklə İnsagram`da təcili vəziyyətlər və ya xeyriyyə işləri üçün GoFundMe ianə toplama vasitələrini görmüsünüz. 2010-2020 illəri arasında 120 milyondan çox dəstəkçinin təşəbbüsü ilə platformada 9 milyard dollar ianə toplanmışdır. Platforma, online ianə toplanmasında dünyada 1-ci və ən güvənilir liderdir.
GoFundMe fondu tibbi xərclər, təhsil, hətta arzusunda olduğunuz bir tətil kimi şəxsi səbəbləriniz üçün maliyyə dəstəyi yarada bilər. Başlama və bitmə tarixi olmadığı üçün məqsədinizə çatandan sonra belə fondu toplaya bilərsiniz.
GoFundMe, Las Vegas Qurbanları Fondu (11,8 milyon $) başda olmaqla birçox uğurlu kampaniya həyata keçirmişdir. İanə toplama faaliyətiniz tibbi ehtiyaclar və ya təcili vəziyyətlər kimi məqsədlərə uyğundursa bu platforma sizin üçün çox uyğundur.
Kapital Crowdfunding üçün ən yaxşısı: CircleUp
Bir istehlak brendi yaratmaq istəyirsinizsə, CircleUp`ı nəzərdən keçirməyinizdə fayda var. CircleUp platforması, sahibkarlara ehtiyacları olan maliyyə dəstəyini verməkdədir. Platforma dünyanın ən yaxşı biznes quruluşlarının inkişaf etməsi və kəşf olunması üçün çalışır.
Plarformanın özünəməxsus yaratdığı proqram təminatı vardır – Helio. Helio 1 milyondan 15 milyon dollara qədər gəlir əldə edən firmaları müəyyən edir ki, onların finansal dəstək alma şansı çox yüksəkdir.
Sahibkarlar bu platformadan finansal dəstək əldə etmək üçün bir-birilə rəqabət içindədir. Çünki CircleUp ən yaxşı biznes quruluşlarını seçib inkişafına dəstək olur.
Sizin üçün araşdırıb ən yaxşı Crowdfunding platformalarını tapdıq. Artıq ağlınızda bir ideya olanda hara müraciət edə biləcəyinizi bilirsiniz. Bu platformalar arasında Toxum.org`u da unutmayın. Siz xəyal edin, biz reallaşdıraq ;)