[email protected] World Language Center (Səid Rüstəmov 17)
Alexande Cabanel - Düşmüş Mələk

Alexande Cabanel - Düşmüş Mələk

Şeytan Dante`yə belə dedi: Tanrını həqiqətən tanısaydın, sən də ona xəyanət edərdin... Fransız rəssam Alexandre Cabanel`in bizi içimizdəki şeytanla görüşdürən, öz qəlb qırıqlıqlarımızı xatırladan, daha dərin düşünməyimizə vadar edən Düşmüş Mələk əsərindən bəhs edəcəyik. Birçoxumuzun ağlında “niyə Şeytanı belə təsvir edib?” , “ Şeytanla aramızda bir bağ olduğuna inanmağındakı səbəb nə idi?” kimi suallar vermək istəyirik.

 Cabanel güclü bir xəyal gücünü ön planda tuturdu və ayrıca Şeytanla empatiya yaratmağımıza kömək edirdi və bunu mükəmməl bir vizuallıqla bizə təqdim edirdi. Bu səbəblərə görə də Düşmüş Mələk əsəri incəsənət tarixinin ən yadda qalan əsərlərindən biri olmuşdur. Cabanelin bu əsər üçün ilham mənbəyi John Milton`un “İtirilmiş Cənnət” epik poeması və düşmüş mələklər Moloch, Belial, Mulciber, Mammon və Beelzebub olmuşdur.

 İnsanlar müxtəlif duyğular içində dünyaya göz açar. Sevinc, kədər, xəyal qırıqlığı... Duyğularımızla bağlı danışmaq heçvaxt asan olmamışdır. Bəzən ifadə edəcək sözlər, cümlələr tapa bilmirik, bəzən də duyğularımızı ifadə etməkdən çəkinirik. Bəzən heç özümüzə belə etiraf edə bilmirik duyğularımızı. İnsanların sahib olduqları duyğular həmişə yaxşı duyğular olmasa da kimsə pis duyğulardan danışmaq istəməz. Nifrət, kin, paxıllıq, təkəbbür. İnsan bu duyğularla mı dünyaya gəlib yoxsa sonradan qazanılan bir şeydir mi?

Hamımız yaxşı duyğularla yanaşı pis duyğulara da sahibik. Hamımız kiminsə xəyanəti ilə qarşılaşarıq, kiməsə xəyanət edərik, qəlbimiz qırılar, qılb qırarıq ya da günahın sonsuz dırinliklərində özümüzə bir yer taparıq.

 Alexandro Cabanel bu əsərində bizi içimizdəki şeytana, qəlbi qırıq və qəzəbli olduğumuz vaxtlarımıza götürür. Şəklə baxanda insan dərin hislər keçirir.

 Cabanel`in əsərinin baş qəhrəmanı Lucifer`dir. Lucifer “işıq verən” mənasına gəlir. Yəni əslində bizim bildiyimiz o çirkin, bədheybət iblis yerinə o gözəllik və zərifliyi təmsil edir və rəssam da əsərində bunu insanlara göstərməyə çalışmışdır.

 Rəssam əsərindəki şeytan obrazını daha çox Tövrad`dakı mətinlərdə bəhs edilən şeytanı əsas alaraq canlandırmışdır. Tövrad`da şeytandan bəhs edilən hissə:

“Sən gözəllər və müdriklər içində ən möhtəşəmi idin. Tanrı`nın bağında, Edendə idin. Libasın daş-qaşlar və qızılla bəzənmişdi. Bunlar sənə yaradıldığında verildi. Gücün və qüdrətinə görə səni gözətçim seçdim. Tanrı`nın müqəddəs dağına və alovdan tarlalarına girə bilirdin. Etdiyin heçnəyə görə məsuliyyət daşımırdın. Sonda için pisliklə doldu. Şiddəti yaratdın və günahkar oldun.

 Buna görə sənə Tanrı bağını qadağan etdim. Gözəlliyinə görə için təkəbbürlə doldu. Müdrikliyini isə təkəbbürün və şöhrətin üçün sui-istifadə etdin.

 İçindəki alovla birlikdə səni dünyaya həbs etdim. Sənin  arxanca gələnlərlə birlikdə sonsuz alovlarda yanacaq, küllərə dönüşəcəksən. Bu sənin üçün faciəvi sondur.”

 Şəkildə təsvir olunan Şeytan təkəbbürünə məğlub olmuş və cənnətdən təzə qovulmuşdur.

 Əsərin obrazının gözlərinə diqqətlə baxsanız gözündəki qəzəbi görə bilərsiniz. Xəyal qırıqlığına uğrayan birinin qəzəbinə oxşayır. Bu anda obraz ilə empatiya qurmaq rahatlaşır. Hamımız belə hadisələr yaşamışıq və bu hislər bizim üçün heç də yad deyil.

 

 

Gözlərindəki yaşlara fikir verin. O göz yaşları heç də saf deyil. İçində çox böyük bir qəzəblə qisas almaq üçün yanıb tutuşur. Bu da bizə yenə öz kibrimiz, qəzəbimiz və xəyanətlərimizi xatırladır.

 Əslində Alexandre Cabanel`in bu qədər duyğular ön planda olan bir əsər ərsəyə gətirməsində başqa bir səbəb var. Səbəbi o dövrün duyğulardan uzaq əsərlərə bir reaksiyası idi.

 Seçdiyi mövzu baxımından kütlə tərəfindən qınaq obyekti olan, akedamiyadan qovulan Cabanel`in vəziyyəti cənnətdən qovulan Şeytandan heç də fərqlənmirdi.

Rəssamın güclü xəyal gücü və bacarığı sayəsində əsərə baxarkən gülümsəməmək əldə deyil.

Sərgiləndiyi gündən etibarən ciddi qınaq görən əsər Cabanel`in öz duyğularını da ifadə edibdi. Duyğullarını bu şəkildə yansıtmasaydı, bəlkə də, bu qədər möhtəşəm bir əsəri görmə şansımız olmayacaqdı.

Bağış et

Dəstək Olmaq İstəyirsiniz?

dəstək ol

İdeyanıza bizimlə həyat verin!