Necə daha effektiv işləmək olar?
Bir çox insan günün, demək olar ki, böyük bir hissəsini müxtəlif işlərlə məşğul olaraq keçirir. Buna görə də digər fəaliyyət və ya məşğuliyyətlərə vaxtları qalmır. Buna görə də onlar lazımi qədər düzgün çalışmadıqlarını zənn edirlər və bu da motivasiya düşkünlüyü yaradır. Bəs davamlı olaraq saatlarla çalışmaq nə qədər effektiv ola bilər?
Biz bu gün sizinlə daha effektiv və məhsuldar işləmək üçün 7 texnikanı bölüşəcəyik!
Çağımızın ən böyük problemlərindən biri işləri çatdırmaqda çətinlik çəkməkdir. Bundan qurtulmaq üçün aşağıdakı tövsiyələrdən faydalana bilərsiniz.
1) Hər işə nə qədər vaxt ayırdığınızın fərqində olmaq lazımdır. Tutaq ki, 1 saatlıq görüşünüz varsa, siz vaxt planlayanda 1 saatın üzərinə görüşə hazırlaşma vaxtını, texniki müddəti və s. əlavə etməlisiniz. Bu həm məsuliyyət, həm də dəqiq planlama üçün çox vacibdir.
2) İşi hissələrə bölmək ən yaxşı vaxt idarə etmə metodlarından biridir. Böyük bir fili yeməli olsaydınız, bunu necə edərdiniz? Böyük ehtimalla hissələrə ayıraraq.
3) İşə daha yaxşı fokuslanmaq üçün fikrinizi yayındıracaq hər şeyi uzaqlaşdırın. İşiniz üçün sizə nələr lazım ola bilərsə, həmin əşyaları əvvəlcədən hazırlayın ki, hər dəfə qalxıb fokusu itirməyəsiniz. Eyni zamanda, çalışdığınız zaman sizə lazım olmayan digər əşyaları ətrafınızda və ya masanızın üzərində saxlamayın, işləmək üçün daha geniş və rahat bir məkan produktivliyi artırmağa mütləq kömək edəcək.
4) Başqa məşhur iş bölmə texnikası isə Pamadaro adlanır. 25-5 prinsipinə əsaslanan formada, hər 25 dəqiqəlik iş üçün 5 dəqiqə fasilə verirsiniz. Bu işin məhsuldarlığını artıraraq 25 dəqiqəni daha yaxşı işləməyə səbəb olur. Youtube və s. bu kimi platformalarda bu üsulun tətbiqi barədə bir çox məlumatlandırıcı videolar mövcuddur, onlardan da istifadə edə bilərsiniz.
5) Təxirə salmayın. Təxirə salmaq tənbəllik olmasa da, sizi uzun müddət gərgin vəziyyətdə saxlayacaq. Tutaq ki, sizin yazmalı olduğunuz böyük bir iş var. Onu hissələrə bölüb etmək daha yaxşıdır, yoxsa özünüzə işiniz olduğunu davamlı xatırladaraq son dəqiqələrə saxlamaq? Əgər bir yerdən başlasanız, əmin olun ki heç bir maneə və ruh düşkünlüyü olmadan işlərinizi vaxtında çatdıra bilərsiniz.
6) İşlərinizi yazılı olaraq planlayın. Bu linkdən keçid edərək maraqlı həftəlik planlama şablonları yükləyə bilərsiniz. (https://t.me/visualis0/240 )
Hər işi bitirdikdən sonra ✔️ qoymaq beyində dopamini artıraraq daha həvəsli işləməyinizə səbəb olacaq.
7) Şəxsi tövsiyəm isə odur ki, öz bacarığınızın fərqində olun. Zamanı yaxşı idarə edə bilirəmmi, fokuslanmaq mənim üçün nə qədər asandır və s. Onda problemlərlə mübarizə aparmaq daha asan olacaq.
Ən sonda isə Toxum-dan sizə kiçik bir məsləhət: inkişaf et, özünü tap və kim olduğunun fərqinə var, daha sonra isə arzusunda olduğun, xəyalını qurduğun hədəflərin arxasınca get!
İdeyalarını işıqlandıraraq kiçik toxumları fidan etməyi isə unutma!