[email protected] World Language Center (Səid Rüstəmov 17)
Dunning-kruger effekti nədir?

Dunning-kruger effekti nədir?

 Az şey bilib özünü hamıdan ağıllı sayan insanlar yəqin ki, hamımızın həyatında var. Psixilogiyada bunun bir adı var: Dunning-Kruger effekti.

Dunning-Kruger effekti və ya Dunning-Kruger sindromu 1999-cu ildə Cornell Universitenin psixoloqları Justin Kruger və David Dunning tərəfindən irəli sürülmüşdür.

 Günlük həyatda tez-tez qarşılaşdığımız bir işin öhdəsindən gələcək bacarıqlara sahib olmadıqları halda o işi görmək üçün cəsarətlə önə atılan insanları araşdıran psixoloqlar mövzu ilə bağlı nəzəriyyələr hazırlamışdılar. Xalq arasında cahil cəsarəti olaraq bilinən deyimi araşdıran psixologlar, bu şəxslərin cəsarətlərinin bilgisizlikdən qaynaqlandığını və bu şəxslərin Dunning-Kruger sindromu yaşadıqlarını demişdir.

Bilgili və bacarıqlı olan şəxslərin bunu dilə gətirməyərək təvazökarlıq etdikləri, özlərini dəyərləndirmə bacarıqlarının zəif olduğu aşkarlanmışdır. Bunun nəticəsi olaraqda belə insanlar öz sahələrində yüksəlməkdə çətinlik çəkirlər, özlərinə güvənləri az olur. Əksinə cahil və heçbir bacarığı olmayan şəxslər özlərini hər daim övən, özünü hər işdə ön planda görən, özlərini hərtərəfli olaraq bacarıqlı görər və mənfilərini müsbətə çevirərlər. Belə insanlar iş həyatında olsun, şəxsi həyatlarında olsun yüksək yerlərə gələrlər. Bunu görən bacarıqlı insanlar daha da özgüvənsiz olmağa başlarlar. Psixoloqlar cəhalətin insanın özgüvənini artıraraq bacarıqlı insanların önünə keçdiyini aşkarlamışlardır. Cahil insanlar həm bilgisizliklərini görməzlər, həm də özlərini bilgili və bacarıqlı sayarlar. Bu da onların xoşbəxt olmalarına yol açar. Halbuki vəziyyət heç də onların düşündükləri kimi deyil, sadəcə o qədər cahildirlər ki, heçnəyin fərqində deyillər.

 

 Qəribə bank qarəti

 

 

Dunning-Kuruger effekti qəribə bir hadisədən sonra kəşf edilmişdir. 1995 ilində McArthur Wheeler adında biri limon suyunun tərkibini “qəribə” olaraq adlandırıb, limon suyunun tərkibi ilə bağlı dərin bilgilərə sahib olduğunu deyərək üzünü limon suyuna bulayıb 2 bankı qarət etməyə çalışdı. İddiasına görə limon suyunun “görünməzlik” özəlliyi varmış, üzünü limon suyuna batırdığı üçün görünməz olmuş və kameralar onu görməmişlərdir. Bankları qarət edə bildi, lakin kameralara düşdüyü üçün polis onu elə həmin gün rahatlıqla tapdı. Bu qəribə hadisənin səbəbi Wheeler`in cahilliyi idi. Limon suyunun tərkibi, eləcə də kimya ilə bağlı bilgisiz olmasına baxmayaraq, bunlar haqqında dərin bilgiləri sahib  olduğunu düşünürdü. Bu da onun Dunning-Kruger sindromu yaşadığını göstərir.

Bu hadisə böyük marağa səbəb oldu və tədqiqatçılar bununla bağlı araşdırmalara başladılar. Zamanla insanların bilgisiz olmalarına baxmayaraq özlərini bilgili və bacarıqlı saymalarının səbəbləri daha da çox araşdırılmağa başlanıldı və nəticədə Dunning-Kruger effekti psixologiya sahəsində özünə yer tapdı.

 

Biznesdə Dunning-Kruger effekti

Dunning-Kruger effekti iş həyatının araşdırılmasında və inkişafında özünə yer tapmışdır. Dunning-Kruger effekti iş həyatında aşağıdakı vəziyyətlərə səbəb ola bilər:

  • Şirkətlər özünə güvənən, lakin işin öhdəsindən gələ bilməyən insanları işə götürür
  • Məhdud bacarıq və təcrübəyə sahib insanlar iş dünyasında sürətlə yüksəlir, lakin lazımi bacarıq və təcrübəyə sahib olanlar yüksəlmir
  • Yanlış məlumatların paylaşılması və təbliği

Bu və başqa belə hadisələr iş yerində və müştərilərdə narazılığa səbəb ola bilər.

 

Dunning-Kruger effektinin aradan qaldırılması

Dunning-Kruger effekti bizim bacarıqlarımızı həddindən artıq yüksək və ya həddindən artıq aşağı qiymətləndirməyimizə səbəb olur. Bu isə bizə mənfi təsir göstərir. Bizim müxtəlif sahələrdə ilərləməyimizə maneə törədir. Bu səbəblə effekti həyatımızdan kənarlaşdırmağa çalışmalıyıq. O zaman iş həyatı və ya şəxsi həyatımızda daha çox uğur qazana bilərik.

 Aşağıda bu effekti aradan qaldırmağa kömək edəcək bəzi məsləhətlər verilmişdir:

  • Düşünmək üçün vaxt ayırın: Bəzən bir şeyə qərar verərkən ani qərarlar veririk. Bu ani qərarlar bəzən yanlış seçimlərə yol aça bilər. Bunun üçün məsələ ətrafında hərtərəfli düşünərək qərar qəbul etməkdə fayda var.
  • Öyrənməyə irəli gedən yol kimi baxın: Birşey haqqında ağlınızda sual yarandısa sual verməkdən çəkinməyin. Heçkim hərşeyi bilə bilməz. Unutmayın, bilməmək eyib deyil, öyrənməmək eyibdir.
  • Məntiqinizi dəyişin: Qarşılaşdığınız hər situasiyaya eyni məntiqlə mi yanaşırsınız? Yeni yanaşmaları sınamaq sizə faydasız nümunələrdən qurtulmaqda kömək edəcək.
Bağış et

Dəstək Olmaq İstəyirsiniz?

dəstək ol

İdeyanıza bizimlə həyat verin!