Elon Musk 21-ci əsrin avtomobil şirkətini, yəni Teslanı yaratmışdı. İndisə kosmik səyahəti gerçəyə çevirməklə bağlı xəyallarını həyata keçirməyə çalışır. Elon Musk bir neçə sahədə uğursuz olsa da, risk almada cəsarəti onu digər sahibkarlardan həm fərqli, həm də zəngin edir. Biz bugün sizinlə birlikdə Elon Muskdan cəsarətin təməl qaydalarını öyrənəcəyik.
1. Risk almaqla bağlı edəcəyiniz ən riskli qərar – risk almamaqdır!
Çünki uğursuzluqla keçirdiyiniz həyatda özünüzü təkmilləşdirdiyiniz müddətcə risk almaqdan çəkinmək lazım deyil. Elon Musk Cənubi Avstraliyanın enerji şəbəkəsini düzəltmək üçün özünə 100 günlük bir müddət təyin etdi və hər kəsin bundan pulsuz istifadə edə biləcəyini bildirdi. Bunu etdi, çünki son tarixi təyin etmək hərəkət və sürətlənmək üçün yaxşı bir yoldur. Bu gün yeni fikiriniz barədə özünüzə söz verməyə nə qədər cəsarətlisiz?
2. Uğursuzluqda birinci olun!
Roma imperatoru Marcus Aureliusun "Meditasiyalar" kitabı təşəbbüskarlar arasında ən populyar kitablardan biridir. Bu kitabın əsas ideyası budur: “Zehninizi idarə etmək gücünüz var, kənar hadisələrisə idarə edə bilməzsiniz. Bunun fərqində olsanız, özünüzü güclü hiss edəcəksiniz. " Yəqin ki, bunu həyatına tətbiq edən ilk şəxs Elon Musk idi. Maneələri aşmaq, inandığı şey üçün mübarizə aparmaq və təslim olmamaqda Elon Musk yaxşı bir örnəkdir. Bunun əsasında isə təvazökarlıq dayanır. Səhvlər, uğursuzluq sizi dəyərsiz etməz heç bir vaxt. O, CNN-ə verdiyi müsahibəsində özünü bu cümlələrlə izah edir:
“Tesla və SpaceX-i qurarkən, hər ikisində uğur qazanma şansımın 50%-dən az olduğunu düşünürdüm. Deyəsən, uğur qazanacağımdan əmin idim. "Yəqin ki, alınmaz, amma alınsa, nəticələri çox vacib olacaq, buna görə sınamağa dəyər" deyə düşünürdüm. "
3. Viking ruhunu mənimsə.
Elon Musk uğursuzluqlarından sistematik şəkildə sürətlənmək üçün istifadə edir. Təkcə sözdə deyil, həm də hərəkətlərində də cəsarətlidir. "Cüzi bir uğursuzluq ehtimalına görə nəsə etməkdən qorxmamalıyıq. Əcdadlarımız bunu düşünsəydilər, ABŞ olmazdı." - Musk deyir. Musk finlərin "Sisu" adlandırdığı "Çətinlik qarşısında fövqəl əzm və müqavimət qabiliyyəti"-nə sahibdir. Müəmmalığa doğru getmək "sisu" tələb edir. Sahibkarlar “sisu” inkişaf etdirdikdə özünəinam, nikbinlik (yaxşı şeylərin olmasını gözləmək), əzmkarlıq (məqsədə bağlılıq və asanlıqla təslim olmamaq) və möhkəmlik (maneələrə uyğunlaşmaq və tez bir zamanda özünə gəlmək) sahibi olurlar.