[email protected] World Language Center (Səid Rüstəmov 17)
Gerilla Marketinq nədir?

Gerilla Marketinq nədir?

Gerilla marketinq bir məhsulu və ya brendi tanıtmaq üçün qeyri-adi metodlar istifadə edən bir marketinq sahəsidir. Məqsəd, məhsul və ya brend haqqında insanları təəccübləndirməkdir. Bir müştərinin məhsulu alma və ya başqalarına danışma ehtimalını artırır.

Termin 1980-ci illərin əvvəllərində bir sıra peşəkar  sahələrdə gerilla marketinq haqqında kitab yazan biznes yazıçısı Conrad Levinson tərəfindən yaradılmışdır. Təbii ki, o dövrdə marketinq anlayışı çox fərqli idi və Gerilla marketinq dövrümüzdə də istifadə olunsa da, böyüyən rəqəmsal dünya getdikcə dəyişir.

Gerilla sözünün mənası “partizan” deməkdir. Ona görə də birçoxları bu termini eşidəndə ağılllarına partizan müharibəsi gəlir. Əslində bu məntiqlidir, çünki bu marketinq üslubu adını partizan müharibəsindən almışdır. Rəqibi təəccübləndirmək, qorxutmaq və sonra məğlub etmək üçün pusqu qurmaq kimi qeyri-adi taktikaların istifadə edildiyi gerilla müharibəsi Conrad Levinson tərəfindən araşdırıldı və marketinqə tətbiq edildi.

Daha sonra markalar və müəssisələr bu taktikanı məhsul və ya xidmətlərini dəstəkləmək üçün öz işlərinə tətbiq etdilər.

Uğurlu Gerilla marketinq kampaniyası üçün aşağıdakı mühüm amillər lazımdır:

  • Məkan – Kampaniyalar yüksək dərəcədə xüsusi yerlərə yönəldilməlidir.
  • Hədəf kütlə - Hədəf kütlənizi yaxşı bilsəniz marketinq strategiyanızı düzgün qura biləcəksiniz.
  • Surprizli və sirli bir element
  • Reallıq
  • Orijinallıq
  • Düzgün vaxt
  • Brend ilə uyğunlaşma – Gerilla marketinq kampaniyanızın brendiniz ilə uyğunlaşması lazımdır. Brendinizi ifadə etməlidir.
  • İzləyicilərlə qarşlıqlı əlaqə

 

Gerilla marketinqin bəzi üstünlükləri

Xərcləri azaldır

Gerilla marketinqin xərcləri böyük ölçülü kütlələrə edilən marketinq çalışmalarından daha az xərclidir. Burada əsas məsələ sizin nə qədər yaradıcı olmağınızdır.

Yadda qalandır

Yaradıcı və orjinal fikirlər ilə yaradıldığı üçün, eyni zamanda insanların qarşısına heç gözləmədikləri zamanlarda çıxdığı üçün Gerilla marketinq yadda qalan bir marketinq növüdür.

Brendin tanınmasına kömək edir

Gerilla marketinqin yadda qalan olması təbii ki, brendin tanınmasına da kömək edir. Müştərilərlə doğru mesajlarla əlaqə saxlamaq və onları təəccübləndirmək brendinizin də yadda qalan olmasına böyük təsir göstərir.

 

 

Bəzi diqqət çəkən Gerilla Marketinq nümunələri

 

KitKat skamyaları

Şirniyyat markası olan KitKat diqqət çəkmək üçün ətraf mühitdə Gerilla Marketinqdən istifadə etmişdir.

Brend adi ictimai skamyaları öz şirniyyat çubuqlarına bənzəyən skamyalara çevirdi.

Bu kampaniya Gerilla Marketinqi izah etmək üçün əla bir nümunədir.

Yoldan keçən insanlar bu skamyalara xüxusi diqqət yetirdilər. Bu onlarda əyləncəli və təəccübli hislər yaratdı. Nəticədə marka yadda qalan oldu.

 

 

Colgate`in dondurma barlarındakı taxta çubuqları

Colgate Ağız Sağlamlığı ayında xüsusi bir kampaniya təşkil etməyi düşündü. Belə ki, ağız gigiyenasını təbliğ etmək üçün diş fırçasına bənzəyən taxta çubuqlar dondurmaların içinə daxil edildi. Bu çubuqlarda Colgate sözü ilə yanaşı “Unutma” sözləri də yerləşdirilmişdi və dondurmanı yeyib bitirdikdən sonra dişlərini fırçlamağı unutmamaları deyilirdi.

 

 

Barbie`nin xüsusi avtobus dayanacaqları

İctimai yerlərdən ən populyar gerilla marketinq yeri demək olarki, avtobus dayanacaqlarıdır. Bu dayanacaqaları sadəcə avtobusa minənlər deyil, həmçinin piyada və ya nəqliyyat vasitəsilə keçənlər də görə bilər.

Məhşur Barbie kuklasının istehlsalçısı Mattel markasına diqqət çəkmək üçün avtobus dayanacaqlarını Barbie mövzusu ilə dolduraraq diqqəti cəlb etmək qərarına gəlir. Dayanacaqda olan oturacaqlar, qıraqdakı posterdəki yazılar, zibil qutuları hamısı Barbie mövzusunu təmsil edirdi.

Bu taktika nəinki yaxınlıqdakı insanların diqqətini cəlb etdi, həmçinin internettə paylaşmağa başladı və viral oldu.

 

 

McDonald`s piyada keçid kartofları

McDonald`s çox vaxt Gerilla marketinq taktiklarından istifadə edir. Ətrafda brendin elementlərini nümayiş etdirməyi sevir. Ən maraqlı kampaniyalarında biri piyada keçidi yerinə yolda McDonald`sın məşhur kartof qızartmalarından istifadə edilməsi idi. Təsəvvür edin ki, yolu keçdiyiniz zaman yerə çəkilmiş nəhəng bir kartof qızartması şəkli görürsünüz, reaksiyanız necə olardı?

 

 

 

Bağış et

Dəstək Olmaq İstəyirsiniz?

dəstək ol

İdeyanıza bizimlə həyat verin!