Birçoxumuz günboyu yorğun bir gün keçiririk. Bunun müxtəlif səbəbləri ola bilər.Hamımız bu vəziyyətdən şikayətçiyik. Lakin sizin də qarşınıza çıxmışdır, günboyu pozitiv qalabilən, əyləncəli, aktiv və uğurlu insanlar. Bəs fikirləşmisiniz mi, siz günboyu yorğun olarkən onlar necə aktiv və pozitiv qala bilir? Bunun əsas səbəbi həmin insanların müxtəlif vərdişlərinin olması və bunun da onların həyat keyfiyyətlərini yüksəltməsidi. Siz də həyatınızı yaxşılaşdırmaq və aktiv bir fərd olmaq istəyirsinizsə müxtəlif yaxşı vərdişlər və hobbilər tapın. Aşağıda həyat keyfiyyətinizi artırmağınıza kömək edəcək bəzi vərdişlər vardır.
Yuxu rejminizi qaydaya salın
Müntəzəm bir yuxu rejmi sayəsində siz günboyu gümrah ola bilərsiniz. Həddindən artıq çox yataraq gününüzün böyük bir hissəsini israf etməyin. Səhər tez saaatlarda yuxudan durun, axşam isə tez yatmağa çalışın ki, növbəti günə enerji toplaya biləsiniz. Rahat yatmağınız üçün otağınızın qaranlıq olması vacibdir. Çünki bu həm daha tez yuxuya getməyinizə, həm də melatonin hormunu ifraz etməyinizə kömək edəcək. Melatonin hormonu sadəcə qaranlıqda ifraz olunduğu üçün bu vacib bir şərtdir. Əlavə olaraq səs-küydən uzaq bir şəraitdə yatmağınız da tövsiyyə olunur.
İdmana başlayın
Yale və Oxford universitetlərinin araşdırmalarına görə idmanla məşğul olan insanlar olmayanlardan daha xoşbəxt və pozitivdir. İdmanla məşğul olmaq həm bizim sağlamlığımız üçün, həm də həyat keyfiyyətimizi artırmağımız üçün faydalıdır. Parlaq bir dəri, sağlam bir bədən və yüksək enerji üçün idman vacibdir. Həmçinin rutinli bir şəkildə idmanla məşğul olsanız, artıq daha aktiv olacaqsınız, bununla birlikdə yuxu rejminiz qaydasına düşəcək. Çünki artıq daha hərəkətli bir həyat tərziniz olacaq və günboyu yatmaq yerinə vaxtında yuxudan duracaqsınız. Elə indi idmanla məşğul olmağa başlayın.
Kitab oxuyun
Gününüzün heç olmasa 1 saatını kitap oxumağa sərf edin. Bu həyat keyfiyyətinizi artırmaqla birlikdə sizin şəxsi inkişafınız üçün də faydalı olacaq. Bacardığınız qədər kitab oxuyun. Hərgün yeni məlumatlar öyrənin. Kitab oxumaq sizi daha bilikli bir insan edəcək. Hərşeyi daha yaxşı anlamağınıza, fikirlərinizi aydın və səlist formada qarşınızdakına çatdırmağa kömək edəcək. Kitab oxumağın faydaları yazmaqla bitməz. Kitab oxumağa başladıqdan sonra dünyaya baxışınızın necə dəyişdiyiniz görəcəksiniz. Kitab oxumaq üçün boş vaxt ayırmaq yerinə, onu ən vacib vərdişlərinizdən biri edin.
Yeni və sizə pozitiv şeylər qatacaq insanlarla tanış olun
“Sən ən çox vaxt keçirdiyin 5 insanın ortalamasısan” bu sözlər amerikalı sahibkar Jim Rohm`a aiddir. Həqiqətəndə insan ətrafındakı digər insanların təsirinə məruz qalır. Yaxşı və ya pis, biz qəbul etsək və ya etməsək digər insanların təsiri altında ola bilirik. Ona görə də həyatımıza yalnızca bizə pozitiv faydalar qatacaq insanlar almalıyıq ki, onların təsiri ilə biz də daha yaxşı olaq. Həmçinin kənardan bir başqası bizim həyatımıza baxanda necə sağlam və keyfiyyətli çevrəmiz olduğunu görüb haqqımızda müsbət şeylər fikirləşəcək.
Elektron əşyalarla az vaxt keçirin
Müasir texnologiya dövründə olsaq, istədiyimiz birçox məlumatı 1 kliklə əldə edə bilsək də bəzilərimiz bu texnologiyadan düzgün istifadə edə bilmir. Ölkə statistikalarına baxsaq əhalinin əksərriyəti 24 saatının 8-9 saatını telefonda, sosial mediada keçirir. Təbii ki, internetdə sərfəli vaxt keçirmək də mümkündür. Əsas mənfi tərəfi sosial media və oyunlarda həddindən artıq çox vaxt keçirməkdir. Bu bizim həyat keyfiyyətimizi aşağı salır, insanlarla daha az vaxt keçirməyə başlayırıq və bu da asosyal bir insana dönüşməyimizə gətirib çıxarır.Daha passiv oluruq, yerimizdən qalxmaq istəmirik, yuxu rejmimiz pozulur, əhval-ruhiyyəmiz aşağı düşür və.s. Gördüyünüz kimi texnologiyadan düzgün istifadə etməyəndə birçox zərərli hal baç verir. Onun yerinə internetdə kitab oxuya bilərsiniz, xəbərləri yaxından izləyə bilərsiniz, maraqlandığınız mövzularda araşdırmalar edib məlumat toplaya bilərsiniz. Təbii ki, bunlarla da müəyyən ettiyiniz vaxt ərzində məşğul olun. Bacardığınız qədər telefondan, kompyuterdən, televizor və digər elektron əşyalardan uzaq durun. Vaxtınızı özünüzə ayırın.