[email protected] World Language Center (Səid Rüstəmov 17)
İdeyam oğurlanarsa ?!

İdeyam oğurlanarsa ?!

İdeyam oğurlana bilərmi?

Bəli! Oğurlana bilər! Hər bir ideya hər bir kəs tərəfindən oğurlana bilər! Amma... Amazon.com, dünyanın ən böyük alış-veriş məkanının sahibi, Jeff Bezos deyir ki,

İdeya özündə heç bir məna daşımır. İdeyaları yaratmaq asandır. Onları həyata keçirmək - ən vacibi bax budur!

Nəyə görə ideyanızın oğurlanmasından qorxmaq lazım deyil? Bunu öyrənmək üçün əvvəl müəyyən edək ki, ideyalar necə olur?

Mövcud ideyanın yenilənməsi

İnnovativ, ixtira, bazarda yeni bir biznes

1-ci formada olan ideyaları hər kəs düşünə bilər. Siz düşündüyünüz hal-hazırda düşünülmüş olmasa, belə əvvəl-axır tezliklə kimsə düşünəcək. Ona görə ideyanın düşünülməsi vacib deyil. Bu səbəbdən investorlar ideya deyil, ideyanı həyata keçirəcək şəxsin axtarışındadır. 2-ci formada düşünülmüş ideyaların həyata keçirilməsi üçün isə sizin kimi nadir və ideyanı həyata keçirə biləcək şəxslər azdır. Hər kəs düşünə bilər, ancaq hər kəsin öz prototipi olmayacaq. Bir çox hallarda layihənin uğuru ideyanın özündən yox, onu həyata keçirən komanda, komandanı birlikdə toplayan liderdən asılı olur. Ola bilər ki, ideya uğursuzdur, ancaq komanda onu inkişaf etməyi, bazara çıxarmağı və ondan qazanc əldə etməyi bacarır. Və yenə də, o qərara gəlirik ki, ideyanın özündən daha çox komanda vacibdir. Skype-ı yaradan Estoniyalı komanda həmişə deyir ki,

Biz estonlar velosiped icad edə bilməsək də, mövcud velosipedi mükəmməl etməyi bacardıq.

Estoniyalılar Skype-ı yaradarkən bazarda artıq digər bu üsulda kommunikasiya yaradan şirkətlər mövcud idi. Rusiyalılar Acronis proqram təminatını yaradarkən dünyada minlərlə “backup” proqramları var idi. Amma bunlar bu iki şirkətə öz sahəsində ən mükəmməl olmaları üçün mane olmadı. Heç vaxt düşünməyin ki, sizin ideya heç kimin ağlına gəlməyib. Bilin ki, kimsə artıq bu haqda düşünüb, ancaq həyata keçirməyib. Buna cəsarət, komanda, resurs, inam, dəstək çatışmazlığı və s. səbəb ola bilər. Onlardan fərqli olaraq Siz bunlara sahib olmağa hazırsınızsa, ideyanızı platformamızda yerləşdirərək, maddi dəstək toplamaqla işə başlaya bilərsiniz. Boş yerə deməyiblər ki, bacarana can qurban!

Bağış et

Dəstək Olmaq İstəyirsiniz?

dəstək ol

İdeyanıza bizimlə həyat verin!