Bəzən bu düşüncələrdə özümüzü tapa bilirik: “İnsanlar məni dərhal unudurlar. Onlarla görüşümü xatırlayıram, amma onlar bu görüşlə bağlı heç bir şey xatırlamırlar. Düşünürəm ki, kifayət qədər yaddaqalan deyiləm.”
Yaddaqalan olmaq hər bir təşəbbüskar və sahibkar üçün vacibdir - axı insanlar varlığınızı xatırlamasalar, sizin layihənizi maliyyələşdirməyəcək və ya sizdən heç nə almayacaqlar.
Güclü və qalıcı bir təəssürat yaratmağın beş yolu:
Həmsöhbətlinizlə ortaq bir xüsusiyyət tapmağa çalışın.
Psixoloq Robert Cialdini deyir ki, qarşındakı insanın marağını özünə cəlb etmək üçün ən yaxşı yol həmin insanla ortaq bir xüsuyyətinizi tapmağınızdır. Eyni doğulub-yaşadığınız şəhərdən olmağınız, hətta ikinizin ortaq şəkildə itləri və çəhrayı rəngi sevməyiniz kifayət edəcək ki, sizin arasında bir bağ qurulsun, bunu hiss edən həmin şəxs də sizinlə əlaqə qurmaqda maraqlı olacaqdır. Əgər onlar sizi bəyənir və güvənirsə, deməli, sizi xatırlayacaqlar!
Maraqlarını cəlb edin!
Bizim bir çoxumuz söhbəti ilk 10 saniyədə “öldürürük”. Kimsə nə işlə məşğul olduğumuzu soruşduqda bizim sıxıcı cavabımız artıq hazır olur: “Öz biznesim var”, ya da “Texnologiya sahəsində çalışıram”. Bizim isə daha yaxşı cavablara eşitməyə və eşitdirməyə ehtiyacımız var! Ona görə də qarşınızdakı şəxsin marağını cəlb etməli və daha çox sual verməyə sövq etməliyik.
“Mən şirkətlərin tanınmasına kömək edirəm” və ya “Evinizdən çıxmadan həkimlərlə əlaqə yaratmağınıza imkan yaradacaq bir işə başlayacağam” cavabı daha marağı cəlb edən və yaddaqalandır, elə deyil?
Öz tərzini yarat!
Bəzən qarderobunuz sizi ön plana çıxarmağa kömək edə bilər(lakin nəzərə alın ki, əgər bu sizə səmimi və real gəlmirsə, bunu etməyə bilərsiniz). Məsələn, Kanadanın baş naziri Justin Trudeau öz rəngli corabları ilə fərqlənir. Steve Jobs’u çox vaxt boğazlı qara köynəklə xatırlayırıq. Sizin də xoşunuza gələn bir aksessuar və ya stiliniz varsa, bunu brendinizin bir parçasına çevirə bilərsiniz. “Hamı kimi geyinən Filankəs”-lə müqayisədə “rəngli corab geyinən Filankəs”-i xatırlamaq daha rahat və asandır.
Çoxlu suallar ver.
Çox da məntiqli gəlməyə bilər, amma çoxlu suallar verməyiniz qarşınızdakının sizi xatırlamağına səbəb ola bilər. Çünki insanlar özləri haqqında danışmağı xoşlayır. Buna görə, özlərinə dəyər verildiyini, başa düşüldüyünü hiss etdikləri üçün maraqlı suallar verən birini xatırlayacaqlar.
Bir görüşü davamlı et.
İnsanlar sizi xatırlamırsa, güman ki, siz onlara bu imkanı verməmiş ola bilərsiniz. Bir dəfə görüşdüyümüz insanı xatırlamaq çox çətindir, xüsusən də bu görüş çox qısa çəkibsə. Əgər siz qısa görüşünüzü daha qalıcı bir əlaqəyə çevirmək istəyirsinizsə, deməli, söhbətinizin davam etməsinə təkan yaradacaq bir çıxış yolu tapmağa çalışmalısınız. Bunun üçün tanış olduğunuz şəxslərin əlaqə məlumatlarını alın. Bəlkə onlara maraqlı gələ biləcək məqalələr göndərə bilər, yaxud azerkeş olduqları komandaları qalib gəldikdə onları təbrik etməkçün əlaqə saxlaya bilərsiniz. Nə qədər onların gözü önündə olsanız, bir o qədər də sizi növbəti görüşdə xatırlama ehtimalları olacaq.
Güclü təəssürat yaratmaq, işinizdə uğur qazanmağınız üçün olduqca vacibdir. Bu üsulları izləyərək insanların maraqlarını cəlb edəcəyinizdən əmin ola bilərsiniz.