Covid-19 virusunun dünyanı təsiri altına alıb, insanların çoxunu evlərinə bağladığı bu günlərdə bir çox müəssisə çətin günlərdən keçir. Müştərilərlə (bizim fəaliyyətimizdə onlar dəstəkçidir) ünsiyyət çətin kimi görünsə də, bir çox marketinq mütəxəssisləri hesab edirlər ki, təşəbbüslər bu vəziyyəti yaxşıya çevirə bilər. Bu yazıda, bir çox mütəxəssisin fikirlərindən faydalanaraq, "Təşəbbüskarların karantin prosesində insanlarla əlaqəsi necə olmalıdır?" sualına cavabını axtarırıq.
Sosial mediada aktiv olmağın doğru vaxtıdır!
Evlərimizə bağlı, xaricdəki fəaliyyətimizdən məhrum olduğumuz zamanlarda hamımız sosial mediaya qucaq açdıq və sosial mediadan istifadə hər zamankindən daha çox olmağa başladı. Bu artım, layihənizin sosial mediada daha çox insana çatdırmaq və qarşılıqlı əlaqə qurmaq üçün əsl fürsətdir. O zaman sosial mediadan aktiv istifadə etməklə əlaqələr yaratmağın vaxtıdır! Xüsusilə əyləncəli və məlumatlandırıcı məzmunla həmişəkindən daha çox diqqət mərkəzində ola bilərsiniz!
Sosial Məsuliyyətinizi yaradın.
Gənc istehlakçıların ümumi dəyər hesab etdikləri markaları seçməyə meyl etmələri, sosial mesajların verilməsinin vaxtının gəldiyini göstərə bilər. Odur ki, Covid-19 ilə mübarizəyə markanızı da əlavə edin! Bu həm marka imicinizi gücləndirər, həm də dünyanın ümumi problemi olan bu pandemiyaya qarşı kiçik bir addım olar.
Həyatverici xüsusiyyətlərinizi göstərin.
Həm şirkətlər, həm də insanlar çətin anlar yaşayırlar. Bir çox şirkətin satışları əhəmiyyətli dərəcədə azalıb və fəaliyyətlərini səmərəli şəkildə həyata keçirə bilmirlər. İnsanlar tərəfindən baxdığımız zaman çox sayda insanın evlərə bağlandıqları üçün özlərini bədbəxt və uğursuz hiss etdiklərini görmək olur. Bu müddətdə insanlar və ya şirkətlər üçün həyatı asanlaşdıra biləcək bir xüsusiyyətiniz varsa, onu vurğulamaq üçün doğru zamandır. Ümumi bir baxımdan düşünmək olar ki, bütün məhsullar və layihələr insanların həyatını asanlaşdırmaq və onları xoşbəxt etmək üçün istehsal olunur. Buna görə bu xüsusiyyətləri vurğulamaq çox çətin olmamalıdır.
Pozitiv ünsiyyət vacibdir.
Pandemiyadan zərər görən bütün insanlar həm iqtisadi qeyri-müəyyənliklər, həm də sağlamlıqları üçün görə çox narahtdırlar. Pozitiv ünsiyyət ilə həm onların motivasiyasını artıra, həm də layihəniz üçün konstruktiv görüntü yarada bilərsiniz. Əlbəttə ki, bunu edərkən məsafəli olmamaq və ya süni görünməmək daha doğrudur. Pozitiv və müsbət ünsiyyət karantin müddətində təşəbbüslərin uğurlu olması üçün mütləqdir.
Karantin müddətində maksimum dərəcədə pozitivliyinizi qorumaq və bu günləri ən az zərərlə başa vurmaq üçün linkə keçid edib “Pandemiya-qeyri-müəyyənliklə yaşamaq” adlı məqaləmizlə tanış ola bilərsiniz.