[email protected] World Language Center (Səid Rüstəmov 17)
KFC şirkətinin uğur hekayəsini bilirdinizmi?

KFC şirkətinin uğur hekayəsini bilirdinizmi?

Budur, öz biznesini inkişaf etdirməyi bacaran birinin ilhamlandırıcı uğur hekayəsi- bugünkü gündə KFC olaraq tanınan şirkət qətiyyət, fədakarlıq və etiqadın bariz nümunəsidir.

Dünyada bir çox şəxsiyyətlər üzləşdikləri çətinliklərin böyüklüyündən asılı olmayaraq öz xəyallarının unudulmasına, batmasına əsla icazə vermirlər.

Colonel Harland Sanders də bu möhkəm iradəli şəxsiyyətlərdən biri olaraq biznes aləmində Kentucky Fried Chicken (KFC) şirkətini “barmaqlarınızı yaladacaq ləzzət” sloqanı altında uğurla marketləşdirdi.

O, öz güclü xarakteri sayəsində məğlubiyyətlərinə meydan oxuyaraq onları böyük fürsətlərə çevirdi.

Onun həyatı hətta biznesinin təməllərini qoyduğu və ya qlobal arenaya qədər genişləndiyi dövrlərdə belə müxtəlif çətinliklərlə dolu olub. Buna görə də, Colonel Sandersin hekayəsi hər bir sahibkara böyük motivasiya qaynağı ola bilər.

Belə ki, Colonel Sanders özünün xüsusi reseptlə hazırladığı toyuqların uğurla satışını həyata keçirənədək düz 1009 dəfə onun bu ideyası yararsız sayılaraq rədd edilib!

Bu şirkətdən əvvəlki həyatında isə müraciət etdiyi hər işdə uğursuz nəticələr əldə edib. Bunlara satıcılıq, hüquqşünaslıq və s. digər işlər də daxildir. Colonel-in hekayəsi artıq yeni bir addım atmaq üçün gec olduğunu, vaxt qalmadığını düşünən hər bir kəs üçün ümid verici və ruhlandırıcıdır.

Biznes dünyasında mükəmməl bir ideya və müəyyən dərəcədə cəsarət birləşdikdə istədiyiniz və xəyalını qurduğunuz hər şeyi əldə etmək üçün kifayət qədər uğurlu bir kombo olur.

Xəyalında olduğun ideyanı reallaşdırmaq üçün 20 ya da 70 yaşında olmağının fərqi yoxdur, o addımı atmaq üçün hər an bir fürsətdir!

Buna görə də, KFC-nin uğur hekayəsi start up ideyası olan şəxslər üçün böyük bir ilham mənbəyi olacaq!

KFC şirkətinin əsası 1952-ci ildə Colonel Sanders tərəfindən Utah şəhərində qoyulmuşdur. O, bu fast food zəncirinə başlamamışdan əvvəl müxtəlif sahələrdə çalışmışdı.

O, öz reseptlərini boş vaxtlarında hazırlamaq və onları qurduğu kiçik restoranda insanlara satmaqla məşğul olurdu.

Nəhayət, bir gün o, 11 ədviyyatın qarışımından ibarət “Orijinal Resept” adlandırdığı reseptini kəşf edir və hazırladığı toyuqlara tətbiq etməyə başlayır.

1952-ci ildə isə Colonel ilk dəfə öz sirli resepti olan “Kentucky Fried Chicken”-i ilk dəfə françayz edir.

Bu səyahət müddətində 1009 restorandan rədd təklifi alır, lakin öz ideyasından əsla geri dönməyərək çalışmağa davam edir. Səyahət zamanı maşınının arxa tərəfində yatır, getdiyi hər bir restorandaki işçilərə xüsusi reseptlə hazırladığı toyuqlardan təklif edir, işçilər və rəhbərlik bəyəndiyi təqdirdə onlara françayzinq təklif edirdi. Bu proses dəfələrlə bu cür təkrarlanır, lakin Colonelin qarşısında bir məqsəd var idi - bu resepti məşhurlaşdıraraq öz restoran zəncirini yaratmaq!

Həftələr boyu davam edən arayışdan sonra, nəhayət, o, 1964-cü ildə öz hissələrini 2 milyon dollara satmağı bacarır. Daha sonra isə 1968-ci ildə Kentucky əyalətində “Colonel Sanders Dinner House” adlı ilk böyük restoranını açaraq böyük bir uğurun başlanğıcını qoyur.

Hazırki dövrdə isə artıq KFC-nin səhmləri dəfələrlə artıb və 2021-ci il statistikasına görə isə dünya üzərində 4000-dən çox ünvanda fəaliyyət göstərir.

Bu gün özünü KFC qlobal arenada dünyanın 2-ci ən böyük qida zənciri olaraq tanıdaraq 136 ölkədə fəaliyyət göstərir.

Və beləcə, bu dəfə sizinlə üzləşdiyi çətinliklərdən qorxmayaraq, yorulmayaraq öz məqsədlərinin ardınca gedən bir şəxsin uğur hekayəsini bölüşdük.

Bu gün bu blogu oxuyan sən də, sabahın uğurlu bir sahibkarı ola bilərsən!

Elə isə, sadəcə oxumaqla kifayətlənmə, indicə hərəkətə keç. İdeya və ya layihəni formalaşdır, toxum.org-da qeydiyyatdan keçərək saytımızda yerləşdir və ilk addımını at!

Necə deyərlər, səndən hərəkət, toxum-dan dəstək! 

Bağış et

Dəstək Olmaq İstəyirsiniz?

dəstək ol

İdeyanıza bizimlə həyat verin!