Korporativ sosial məsuliyyət (ing. Corporate social responsibility) - şirkət və quruluşların cəmiyyətə qarşı olan məsuliyyətlərinin məcmuəsidir. Korporativ sosial məsuliyyət ilk olaraq şirkət və ya qurumun yaşadığı cəmiyyətdə vergilərin ödəməsi, ətraf mühitə hörmətlə yanaşması və öz işçilərinin iş şəraitinin düzgün qurmasından başlayır. Daha sonra bu fəaliyyət cəmiyyətin yararına olan hər hansı bir problem və ya paradiqmanı inkişaf etdirmək və ona dəstək olmaqla davam edir. Korporativ sosial məsuliyyət ictimaiyyətlə əlaqədar aktdır. Bunun digər marketinq fəaliyyətlərindən fərqi və bənzər tərəfləri var. Fərqli tərəfləri ondan ibarətdir ki, şirkət və ya qurum korporativ sosial məsuliyyətə fəaliyyəti zamanı cəmiyyətin hər hansısa bir problemli bir sahəsinə kömək göstərir və bu köməklik qalıcı olur. Digər marketinq aktlarından fərqli olaraq korporativ sosial məsuliyyət zamanı media da öz öhdəliyini yerinə yetirərək bu fəaliyyətləri işıqlandırır. Və beləliklə, şirkətlər də korporativ sosial məsuliyyəti yerinə yetirməyə maraqlı olur.
Azərbaycanda korporativ sosial məsuliyyətin cari vəziyyətini qənaətbəxş hesab etmək olmaz.Belə ki, hal-hazırda Azərbaycanda şirkətlərin sosial fəaliyyəti mövcud olan 6 fəaliyyət növündən əsasən ikisi ilə məhdudlaşır ki, bunlar da sponsorluq və ya xeyriyyəçilik tədbirlərindən ibarətdir. KSM fəaliyyəti ilə seçilən başlıca iri şirkətlərdən biri kimi dövlət neft şirkəti olan ARDNŞ bu istiqamətdə bir sıra layihələrə imza atmışdır. Şirkətin verdiyi sosial hesabata əsasən idmanın təbliği və inkişafında vacib rolu olan “Neftçi” İdman Sağlamlıq Mərkəzi yaradılmış, humanitar tədbirlər çərçivəsində Ağdam rayonunda yerləşən məcburi köçkünlərə bayramla əlaqədar ərzaq yardımları etmişdir. Regional tədbirlər çərçivəsində isə şirkət məktəb və bağçalarda təmir-bərpa işləri aparılmışdır. Ölkədə KSM sahəsində fəallığı ilə seçilən iri şirkətlərdən biri də "Azəri-ÇıraqGünəşli" neft və "Şahdəniz" qaz yataqlarına operatorluq edən "BP Azərbaycan"-dır. Şirkət sosial,iqtisadi,təhsilin inkişafı əlaqədar layihələr həyata keçirmiş, xeyriyyəçilik tədbirləri görmüşdür. “BP-Azərbaycan” 2010-cu ildə Layihə İdarəetmə Məktəbi yaratmışdır. Məktəbdə əsasən özəl və ictimai sektordakı şəxslərin layihə idarəetmə bacarığı inkişaf etdirilir. Bundan əlavə şirkətkimya mühəndisliyi fakültəsi üçün 2011-ci ildə Qafqaz Universitetində beş yeni laboratoriyasını açmışdır. Azərbaycanda və Türkiyə universitetlərinin neft mühəndisliyi fakültəsindəki yerli tələbələrə dəstək məqsədilə təqaüd proqramları hazırlamışdır. Ölkədə KSM sahəsində bankların da fəallığı özünü göstərir. Belə ki, “Bank Technique”in sosial hesabatında qeyd olunur ki, bank 2013-cü ilin may ayında talassemiyalı uşaqlara qanvermə aksiyası təşkil etmiş, Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar olaraq, şahmat turniri və futbol çempionatı keçirmişdir.Eyni zamanda bank incəsənət sahəsində bacarığı olan,istedadlı gənclərə dəstək məqsədilə “İndi” layihəsini həyata keçirmişdir. “Avropada ən yaxşı KSM Proqramı” nominasiyasında mükafat almış Paşa Bankın İctimaiyyətlə əlaqələr və marketinq departamentinin məlumatına əsasən qısa müddət keçsədə bankın KSM sahəsində böyük nailiyyətlərə imza atdığını bildirib. Təhsil, idman və mədəniyyət layihələri həyata keçirilib. “Atabank” da öz fəaliyyətində korporativ sosial fəaliyyətə, idman,mədəniyyət təhsil layihələrinə xüsusi diqqət ayırır. Bank humanitar tədbirlər çərçivəsində kimsəsiz uşaqlar arasında rəsm müsabiqəsi keçirmiş, Novruz bayramı ərəfəsində uşaq evlərinə ziyarət etmiş, idmana qayğı məqsədilə Xokkey Çempionatı keçirmişdir. Mobil operator şirkətləri arasında ilk növbədə“Bakcell” şirkətinin KSM fəaliyyətini qeyd etmək lazımdır. Belə ki, “Bakcell” şirkətinin UAFA ilə birgə əməkdaşlıq çərçivəsində 1 iyun Uşaqların Müdafiə günü ilə əlaqədar olaraq Azərbaycanın bir çox rayonlarında uşaq evlərini ziyarət etmiş, tədbirlər keçirmişdir. Şirkət SOS uşaq kəndlərinə dəstəyini əsirgəməmişdir. "Uşaqların tolerantlıq təhsili" layihəsini hazırlamış, Azərbaycanda qadınların idman və fiziki tərbiyəsi, həmçinin onların bu sahədə fəaliyyətinin inkişafı ilə əlaqədar "İdman qadınlar üçün" layihəsinə imza atmışdır. Digər bir mobil operatorun- “Nar Mobile” şirkətinin KSM fəaliyyətində də xeyriyyəçilik ön plandadır. 2012-ci ildə şirkət “Savab dünyası” Talassemiya Assosiasiyası ilə birgə qanvermə aksiyası keçirmişdir. “Nar Mobile”-ın KSM siyasətində təhsilə və gənclərə yönəlmiş layihələr üstünlük təşkil edir. Belə ki, karyera həftəsi çərçivəsində şirkət Azərbaycan Diplomatik Akademiyasında gənclərlə görüşmüş,onları şirkətin fəaliyyəti və orada karyera imkanları barədə məlumatlandırmışdır. Ümumiyyətlə götürdükdə, göründüyü kimi Azərbaycanda reallaşdırılan korporativ sosial məsuliyyət layihələri daha çox neft şirkətləri və banklar tərəfindən reallaşdırılır. Bu siyahıya mobil operatorların da daxil olunması məqsədəuyğundur.
Xeyriyyəçilik yoxsa KSM?
Cəmiyyətdə çox hallarda KSM və xeyriyyəçilik qarışıq salınır. Halbuki bunlar tamamilə ayrı anlayışlardır. KSM məqsədyönlü strateji xətdir. Şirkətlərin bütün fəaliyyətini əhatə edir. Şirkətin KSM fəaliyyəti, büdcəsi və strategiyası əvvəlcədən müəyyən edilir və il ərzində həyata keçirilir. Xeyriyyəçilik isə ildə bir və ya bir neçə dəfə baş verir. KSM fəaliyyətinə şirkətin bütün əməkdaşları cəlb edilir. Xeyriyyəçilik isə adətən şirkət rəhbərliyinin fəaliyyəti ilə məhdudlaşır.
Korporativ sosial məsuliyyət iki növə bölünür:
Biznesin daxili sosial məsuliyyətibu işçilər üçün rahat və təhlükəsiz iş şəraiti, layiqli əmək haqqı, əlavə tibbi sığorta, işçilərin davamlı təhsili, çətin həyat şəraitində əlavə yardım nəzərdə tutur.
İşin xarici sosial məsuliyyətixeyriyyəçilik, ətraf mühitin qorunması, ictimaiyyətlə iş və müxtəlif təşkilatlarla qarşılıqlı fəaliyyət, fövqəladə halların həll edilməsində yardım və s.
Aşağıdakı sosial məsuliyyətli iş proqramları mövcuddur:
Dövlət qurumları ilə birlikdə.
Qeyri-kommersiya birlikləri ilə ortaq.
Həmkarlar ittifaqı təşkilatları və digər ictimai birliklərlə əməkdaşlıqda.
Media ilə iş və ictimaiyyətlə əlaqələr.
Birbaşa təşkilatın özü tərəfindən yaradılan proqramlar.
Sosial məsuliyyətli iş proqramlarını həyata keçirmək üçün alətlər:
sosial proqramlara investisiya qoymaq;
xeyriyyə;
sponsorluq;
maliyyə qrantlarının yaradılması;
korporativ fondun yaradılması.
Əməkdaşı olduğunuz şirkəti KSM fəaliyyətinə dəvət etmək haqqında düşünmüsünüzmü?
Hazırda ölkədə hüquqi şəxs adına 22514 mikro sahibkarlıq subyekti var.
Yalnız mikro sahibkarlıq subyektlərinin hər biri ayda 50-100 AZN civarında sosial layihələrə ianə etsə, 1 125 700-2 251 400 manat ianə toplanardı.