[email protected] World Language Center (Səid Rüstəmov 17)
Kraudfandinq kampaniyanızda uğur əldə etmək üçün 5 məsləhət

Kraudfandinq kampaniyanızda uğur əldə etmək üçün 5 məsləhət

Öz kütlənizi tapın

Kraudfandinq kampaniyanızda uğurlu olmaq istəyirsinizsə, ilk öncə bir kütləyə ehtiyacınız olacaq. Ortaya qoyacağınız ideya, yaxud məhsulunuzun kimlərin marağında olacağını ətraflı şəkildə müəyyən etməyiniz lazımdır. Bu kütləni tapdıqdan sonra da onları məhsulunuzla bağlı məlumatlandırmalısınız. Sosial mediada, bloqlarda və ya mətbuat vasitəsilə tanıtımlar edə bilərsiniz. Kampaniya başlatmadan öncəki hazırlıq mərhələsində təqdimatınızı yaxşı hazırlamalı və bunu kütləyə çatdırmalısınız.

Kütlənizi təsirləndirin

Məhsulunuzla maraqlananlara düzgün şəkildə xitab etmək kampaniyanızın gedişatında əhəmiyyət kəsb edir. Platformada yerləşdirilən layihədəki istifadəçinin ilk təəssüratı nəzərə alınmalıdır. Onlara prototip göstərməklə inandırıcılığı artıra bilər, geridönüş istəyərək prosesə daxil olmalarını təmin edə bilərsiniz. Əgər doğru kütləni hədəfləsəniz və onlara təsir edə bilsəniz, kampaniya başladıqda geniş bir kütləyə sahib ola bilərsiniz.

İlkin mərhələ 

Kampaniya prosesində ilkin mərhələ vacibdir. Kampaniyanı başlamadan əvvəl yaxşı şəkildə hazırlı olmalısınız. Səhər erkəndən oyanıb işinizə başlayın və ilk gün bildiyiniz bütün üsulları sınayın. Sosial mediyada edə biləcəyiniz qədər paylaşım edərək kampaniyanızın başlatdığınızı elan edin. Kampaniya müddəti uzun olsa belə, hədəfə çatmaq üçün təkcə bir gün vaxtınız varmış kimi hərəkət edin. 24-72 saatlıq bu mərhələni uğurla tamamladıqdan sonra biraz fasilə verib 2-ci mərhələyə keçmək üçün hazırlaşın.

Ünsiyyət

Kampaniya prosesində kütlənizlə çox yaxşı ünsiyyət qurmalısınız. E-poçtunuzu tez-tez yoxlayın və gələn poçtları mümkün qədər tez cavablandırmağa çalışın. Eyni vaxtda kraudfandinq platformasında və sosial mediada gələn şərhləri tez və səmimi bir şəkildə cavablandırın. Bu insanların sizə olan inamını artıracaqdır.

Səbrli olun

Tezliklə hədəfinizə çatmaq istəyə bilərsiniz. Lakin bir gündə əldə edilən uğurlu hekayələr cəlbedici olsa da, nadir hallarda gerçəkləşir. Odur ki, möcüzə gözləmədən qərarlı bir şəkildə hədəfinizə çatmağa çalışın. Əgər sizə uyğun bir platforma seçsəniz və layihənizi daha yaxşı şəkildə hazırlasanız, uğurlu bir kraudfandinq kampaniyasını başa vura bilərsiniz. Yorucu və maraqlı bir prosesdə sizə lazım olan tək şey – səbrli olmaqdır.

Bağış et

Dəstək Olmaq İstəyirsiniz?

dəstək ol

İdeyanıza bizimlə həyat verin!