Ölkəmizdə və dünyada çox populyar olan və sürətlə inkişaf edən "crowdfunding" sisteminin nədən ibarət olduğu, sistemin necə işlədiyi haqqında məqalələrdən sonra sistemin təşəbbüskarlar üçün hansı mənfi və müsbət cəhətləri olduğu ilə tanış olmaq lazımdır.
Sistemin üstünlüklərinə nəzər salaq:
- Kraudfandinq çox sayda dəstəkçiyə çatmağın ən təsirli yoludur və bu, çox vaxt aparan bir proses olan investorların axtarışı, əlaqələr qurması və inandırılması prosesini asanlaşdırır.
- Kraudfandinq dəstəyi ilə təşəbbüskarlar, məhsullarının və ya xidmətlərinin bazar potensialını yoxlamaq və layihələrini başlatmazdan əvvəl istehlakçıları məlumatlandırma imkanı əldə edirlər. Eyni zamanda, layihənin maliyyələşdirmə məqsədlərinə cavab verərlərsə, ilk təşviqatlarına da uğurla nail ola bilərlər.
Digər tərəfdən, kütləvi maliyyələşmə vasitəsilə layihənin kütlələrdən razılığını görmək, investorlar üçün layihənin cəlbediciliyini artıran bir amildir. Böyük investorlar bunu riskləri azaltmaq kimi görə bilərlər. Bu baxımdan, kraudfandinq gələcək maliyyələşmə imkanlarını asanlaşdıran bir mexanizm sayılır.
- Sistem sayəsində təşəbbüskarlar hədəflədikləri bazar və marketinq barədə əvvəlcədən rəy alırlar. İstehlakçıların və dəstəkçilərin rəyləri planlaşdırılan iş modelində yeniliklərə və dəyişikliklərə imkan verə bilər.
Nəhayət, kraudfandinq kapitalın formalaşmasının coğrafi sərhədlərini aradan qaldırır. Çünki sahibkarlar öz layihələrini onlayn platformalar vasitəsilə birbaşa dəstəkçilərə təqdim edə bilərlər.
Başqa sözlə, layihə sahiblərinin dünyanın hər yerindən dəstəkçi tapmaq şansı var.
Sistemin bu cür üstünlüklərinə baxmayaraq, mənfi cəhətləri də var. Sistemin çatışmazlıqlarını aşağıdakı kimi ümumiləşdirmək olar:
- Kraudfandinqdə dəstəkçilərin layihəni maliyyələşdirməsi , təşəbbüskarın təqdim etmək istədiyi iş və məhsul / xidmət ilə bağlı kraudfandinq platformasında təqdim edəcəyi məlumatlara əsaslanır.
Lakin məlumatın açıqlanması layihə hüquqlarının müdafiəsi ilə bağlı problemlərə səbəb ola bilər və aydındır ki, rəqiblər platformalarda yayımlanan ideya ilə bağlı məlumat əldə edə bilərlər.
Buna görə, layihənizi platformada paylaşmadan əvvəl layihənizin hüquqlarını təmin etməyi unutmayın. Layihənizi qorumaqla bağlı tədbirlər aldıqdan sonra kütləvi maliyyələşmə üçün onu insanlara təqdim edə bilərsiniz.
- Digər tərəfdən, kraudfandinq prosesi zamanı təşəbbüskarları mentorluq proseslərinin olmaması ilə bağlı çətinliklər yaşaya bilərlər. Mentorluq, şəbəkə, sənaye biliyi, marketinq və s. əlavə dəyərlər təşəbbüskarlar üçün qeyri-maddi dəyərlərdir, lakin kapital kimi vacibdir.
Toxum.org komandası olaraq, həmin çatışmazlıqları aradan qaldırmağınız üçün onlayn dərs və təlimlər təklif edirik.
Sosial medya postlarımızı və bloqlarımızı daimi izləməklə çatışmayan tərəflərinizi rahatca aşkarlaya, onları aradan qaldırmağa çalışa bilərsiniz.