2000-ci illərin əvvəllərində, Perry Chen də digər musiqiçilər kimi pul qazanmaqla bağlı bir sıra çətinlik və risklərlə üzləşirdi. O, digər sənətçilərin də çıxışlarını reallaşdırmaq üçün riskli sərmayə qoymaq əvəzinə, aldıqları dəstək dərəcəsinə uyğun çıxış etməsini və ya sənətlərini minimum risklə icra etmələrini istəyirdi. Beləliklə, həm sənətçilərin öz çıxışlarını, həm də əvvəlcədən ödəniş edən şəxslər göstərdikləri dəstəyi riskə atmayacaqdı. (Çıxışlar zamanı gözlənilən iştirakçı sayının olmaması sənətçilər üçün böyük vəsait itkisi idi. Bu zaman az da olsa gələn iştirakçılara görə çıxış mütləq baş tutmalı olurdu.)
2007-ci ildən etibarən Chen, bu problemi kraudfandinq modelinə çevirmək üçün Yancey Stricler və Charles Adler ilə bir araya gəldi. Proqram təminatı və dizayn məsələsini ilk investor və məşhur sənətkar Tobias Fünke'nin dəstəyi ilə həll edən komanda, 2009-cu ildə Kickstarter onlayn platformasını işə saldı.
Ancaq platforma hazır olan kimi yaradıcı layihələrin tez bir zamanda yayımlandığını və lazımi dəstəyi topladığını düşünməyin. Hətta kraudfandinq termini də o vaxt mövcud deyildi, daha doğrusu, heç kəs belə bir şeyin istifadə olunacağını düşünmürdü. Onlar yalnız inanaraq bu yola çıxmışdılar.
İndi isə ilk Kickstarter layihələrinə nəzər salaq:
• Layihələrdən biri $ 1000 dəstəyə ehtiyac duyur amma tamamlaya bilmir.
• Digəri 20 dollarlıq dəstəyə ehtiyac duyur və 3 nəfərdən 35 dollar toplayır.
Bu gün dəstək istəyən layihələr $ 10,000 məbləğindədir.
Kickstarter partlaması yarandığı üç il ərzində baş verdi. İlk milyon dollarlıq layihə "iPhone-lar üçün ən yaxşı dok" olan Elevation Dock oldu. 12 mindən çox dəstəkçi onun istehsal olunduğunu görmək üçün qısa müddətdə bir milyon dollar topladı.
İkinci layihə bir oyun inkişaf etdiricisinin layihəsi idi. “Broken age” adlı oyunun hazırlanması üçün 3 milyon dollardan artıq vəsait oyunçular tərəfindən toplanıldı. Əslində, oyun kateqoriyası bu günə qədər Kickstarter'in ən çox maliyyələşən bir kateqoriyalardan biridir və yeni oyun layihələri üçün 1 milyard dollardan çox vəsait toplanmışdır. Bir neçə yüz tərəfdar ilə oyun yaratmaq kimi çətin və bahalı bir prosesi reallaşdırmaq daha da asanlaşdı.
Unutmayaq ki, yalnız Kickstarter-də bu günə qədər 16 milyon dünya vətəndaşı layihələrə dəstək verir, başqa bir kraudfandinq platforması olan gofundme vasitəsilə 5 milyard dollardan çox vəsait toplanmışdır.
Ölkəmizdə kraudfandinq, kütləvi maliyyələşmə sahəsində platformalardan biri və birincisi "Toxum" platformasıdır.
Bu platforma 2 ildir fəaliyyət göstərir və sosial, sosial sahibkarlıq layihələrinin bu üsulla maliyyələşməsini həyata keçirir.
Toxum platformasında bu günə qədər 15 layihə yerləşdirilib, və təxmini 3000 AZN vəsait toplanılıb.
Bu layihələrdən bəzilərinə nəzər salaq:
Coşqun Kərimov “Onqaku” kitabını çap etdirmək üçün lazım olan vəsaitin bir hissəsini (640AZN) buradan toplamağa müvəffəq olmuşdur. Rauf Rəhimov isə “Qırqovulları təbiətə qaytaraq” adlı ekoloji layihəsində Kür çayının ətrafında qırqovulların çoxaldılması üçün lazım olan 300AZN məbləği toplaya bilmişdir.
İqrar Qurban sosial sahibkarlıq layihəsi olan “Tor cafe” üçün lazımlı məbləğin bir qismini toplayaraq, Lənkəranda gənclər üçün kreativ industiyalar vasitəsilə yeni nəfəslik yaratmaq üçün ilk addımı ata bildi.
Sosial layihələrdən bəziləri “III Animafilm” beynəlxalq animasiya festivalı, “Sosial həll”, “Booklab” isə ilkin mərhələ üçün lazımlı vəsaiti toplamaqla bağlı çətinliklər yaşayırlar.
Cəmiyyətimiz üçün yeni bir fikir olan kütləvi maliyyələşmə, kraudfandinq insanlar tərəfindən tanınsın deyə vaxtaşırı layihələr, təlimlər, seminarlar keçiririk.
Bu fikrin sizlər üçün daha da anlaşıqlı olması üçün dünyada olan kraudfandinq platformalarına keçidi məqalənin sonuna əlavə edirik. Paralel olaraq, Toxum-u nəzərdən keçirib, əslində dəstək mədəniyyətini yaymaqla layihələrə həyat verməyin nə qədər asan olduğunun şahidi olacaqsınız.
Eləcə də ölkəmizdə Toxum-la yanaşı Wish.az platforması da bu sahədə fəaliyyət göstərir.